Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 20.01.2025

Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.

Hər bir ailədə yeni körpə dünyaya gələn zaman sevincə və şadlığa səbəb olur. Ancaq Həzrət Peyğəmbərin (s) ailəsində dünyaya gələn bu ikinci körpə sevinclə bir yerdə özü ilə qəm də gətirmişdi. O, Seyyidi-şühəda olan İmam Hüseyndir (ə).   İmam Rza (ə) nəql edir: “O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) Əsma binti Əmisə buyurur: “Ey Əsma, övladımı mənə gətir!”. İmamı (ə) ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər. Həzrət (s) onu aldı və ətəyinə qoydu. Sağ qulağına azan və sol qulağına iqamə oxudu.   Cəbrayil (ə) nazil olub dedi: “Allah Təala sənə salam göndərir və buyurur: “Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimi olduğu üçün, onu Harunun kiçik oğlunun adı ilə adlandır. Sənin dilin ərəb dili olduğu üçün, onu Hüseyn adlandır”. Peyğəmbər (s) onu öpdü və ağladı. Buyurdu: “Sənin qarşıda böyük müsibətin vardır, Allah onu öldürənə lənət etsin”. Sonra buyurdu: “Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) demə”.   Yeddinci gün olan zaman Peyğəmbər (s) gəldi və buyurdu: “Övladımı mənə gətir”. Körpəni Həzrətin (s) yanına aparan zaman onun üçün ağ və qara olan qoyunu əqiqə qurbanı olaraq kəsdi. Bir budunu doğum mamasına verdi. Başını qırxdılar, saçının ölçüsü qədər gümüş sədəqə etdi və başına xluq çəkdi. Onu ətəyinə qoyub, buyurdu: “Ey Əba Abdullah! Sənin öldürülməyin mənim üçün nə qədər də ağırdır”. Sonra çoxlu ağladı. Əsma dedi: “Atam-anam sənə fəda olsun, bu, nə xəbərdir ki, birinci gün də buyurdunuz, indi də deyirsiniz? Şadlanmaq yerinə ağlayırsınız?”. Həzrət (s) buyurdu: “Bu əziz övladım üçün ona görə ağlayıram ki, Bəni-Üməyyədən olan kafir dəstə onu öldürəcəkdir. Allah mənim şəfaətimi onlara çatdırmasın. Onu o insan öldürəcəkdir ki, dinimin pozulmasına səbəb olacaqdır. Böyük Allaha kafir olacaqdır. Allahım! Sənə bu iki övladın haqqına dua edirəm, o duanı ki, İbrahim (ə) zümrəsinin haqqında etmişdi. Allahım! Sən onları sev və onları sevənləri sev. Lənət et hər kim onları düşmən bilər, elə bir lənət ki, yeri və göyü doldursun””. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Həzrət İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: “Sizin ümmətiniz sizdən sonra Hüseyni (ə) öldürəcəkdir. Onun türbətini sizə göstərimmi?”. Qanad çalıb bir qədər Kərbəla torpağından gətirdi və onu Peyğəmbərə (s) göstərdi. Sonra buyurdu: “Bu, o türbətdir ki, Hüseyn (ə) onun üzərində öldürüləcəkdir””.   Bəli, bu, elə mövluddur ki, möminləri həm sevindirir və həm də Həzrətin (ə) çəkdiyi müsibətlərə görə göz yaşı tökməyinə səbəb olur.   Salam olsun sənə, ey Şəhidlər Sərvəri! Mövludun mübarək, ey Əba Abdullah!/Deyerler.org/

İmam Hüseyn (ə) 20.01.2025

Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri

Aşura hadisəsindən sonra ancaq Əhli-Beytin (ə) ailəsi və bəzi yoldaşları sağ qaldılar ki, qadınlardan, nökərlərdən və uşaqlardan ibarət idilər. Ömər ibni Səd (lən), İmam Hüseynin (ə) şəhadətindən sonra onun əzizlərini və o cümlədən, oğlu İmam Səccadı (ə) əsir edib, özü ilə Kufəyə apardı. Kərbəla vaqiəsindən sonra Əhli-Beyt (ə) əsirləri ilə yanaşı, başqa əsirlər də var idi ki, onlar da öz yaxınlarını şəhid vermişdilər. Şəhərlərinə daxil olan zaman, Kufə qəbilə başçılarının vasitəsilə azad olunmuşdular. Ancaq Haşimi əsirləri elə bu halda qalaraq, Şama aparılmışdılar. Əsirlərin bəzisi isə düşmən tərəfindən qətl edilmişdi. Əhli-Beytdən (ə) olmayan əsirlər ilə tanış olaq: 1. Uqbə ibni Səman. İmam Hüseynin (ə) xanımının nökəri olan Uqbə, İbni Səd (lən) tərəfindən əsir olur və sonra azad edilir. 2. Nafə ibni Həlal. O, Quran qarisi, hədis yazan və Əmirəl-möminin (ə) dostlarından olmuşdur. O, Müslimin şəhadətindən sonra İmam Hüseynə (ə) qoşulmuşdu. Aşura günü düşmənin 12 nəfərini cəhənnəmə göndərmişdi. Yaralandığı üçün döyüşü davam etdirə bilmir. Şimr (lən) də onu əsir götürür. Nafə əsirlikdən sonra Şimr (lən) tərəfindən qətl edilir. 3. Muvəqqə ibni Suməmə. O, Aşura hadisəsi zamanı ağır zərbə alır və yerə yıxılır. Qəbiləsi onu xilas edir. Onu Kufəyə gətirib gizlədirlər. İbni Ziyad (lən) bu hadisədən xəbər tutan zaman, onu öldürmək üçün adam göndərir. Ancaq Bəni-Əsədin bu işə qarışması ilə fikrindən daşınır. Onu zəncirə vurub, Zarəyə sürgün edirlər. 4. Sərar ibni Munəm. O, Aşura hadisəsi zamanı yaralanır və əsir düşür. Ömər ibni Səd (lən) onu öldürmək istəyir. Ancaq qəbiləsi buna mane olur. O, Aşura hadisəsindən 6 ay sonra dünyasını dəyişir. 5. Vəhəb ibni Vəhəb. O, xristian bir şəxs idi ki, anası ilə birlikdə İmam Hüseynin (ə) yanına gəlir və müsəlman olur. O, Aşura günü xeymənin sütununu çıxardıb, onunla düşmənə hücum edir və düşmənin bir neçə nəfərini cəhənnəmə vasil edir. Sonra isə əsir düşür. Onun başını kəsib, İmamın (ə) yoldaşlarına tərəf atırlar. 6. Ümmi Əmr. Ümmi Əmr öz həyat yoldaşı ilə birlikdə Kərbəla karvanına qoşulmuşdu. Əri və oğlu bu hadisə zamanı şəhid olur və o da, başqa qadınlar kimi əsir düşür. 7. Fizzə. O, xanım Zəhranın (s.ə) kənizi idi. O da başqa qadınlar kimi əsir düşür. 8. Ümmi Vəhəb. Kərbəlada bu ləqəbi daşıyan iki qadın olmuşdur. Onlardan biri Aşura günü şəhid olmuş və o birisi isə Şeyx Səduqun nəql etdiyinə görə, xristian qadın idi ki, oğlu ilə birlikdə İmam Hüseynin (ə) vasitəsi ilə müsəlman olmuşdular. O, da əsir düşmüşdür. (İslami saytlara istinadən/Deyerler.org/) Tarixin nəql etdiyinə görə, Əhli-Beytlə (ə) birlikdə çox sayda insan əsir düşmüşdür. O zaman ki, Həzrət Zeynəb (s.ə) İbni Ziyadın (lən) məclisinə daxil olur, əmr edir ki, kənizləri onu əhatəyə alsınlar. Ancaq bu kənizlərin adı tarixə məlum deyildir.

İmam Hüseyn (ə) 20.01.2025

Kərbəla inqilabının carçısı

Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur. Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Hüseyn (ə) 20.01.2025

İmama ilk dəfə növhə oxuyan şəxs

O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu Bu, Aşura gününün günortasından çağlamağa başlayan qaynar bir bulaqdır. O zaman bir mənbəyə əsasən, Zeynəb-Kübra “Təll-Zeynəbiyyə”də – yəni Zeynəbiyyə yüksəkliyində Peyğəmbərə (s) müraciətlə belə dedi: “Ey Məhəmməd! Allahın salamı olsun sənə! Bu sənin Hüseynindir. O, qanına boyanıb, bədən üzvləri kəsilib…”. O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu, gizli saxlamaq istədikləri hadisəni uca səslə dedi. İmamın bu böyük bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə uca səslə Aşura hadisəsini bəyan etdi. Bu bulaq o zamandan çağlamağa başladı və bu günə qədər də çağlayır. Bu, Aşura hadisəsidir.

İmam Hüseyn (ə) 20.01.2025

İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir

1. Pak məkandır. Həzrət Peyğəmbər (s) buyurur: “Kərbəla – yer üzünün ən pak türbəsidir. Ehtiram cəhətdən ən böyük türbəsidir. Kərbəla – behiştin döşəmələrindəndir”.   2. Nicat yeridir. Həzrət Peyğəmbər (s) buyurur: “Oğlum elə diyarda torpağa tapşırılacaqdır ki, ona Kərbəla deyərlər. Üstün yerdir ki, davamlı olaraq İslamın qübbəsi olacaqdır. Necə ki, Allah Həzrət Nuhun (ə) möminlərinə elə oradaca tufandan nicat vermişdi”.   3. Eşq yeridir. İmam Əli (ə) Kərbəla haqqında buyurur: “Bura aşiqlərin qurbangahı və şəhidlərin şəhid olduğu yerdir. Nə keçmiş şəhidlər və nə də gələcək şəhidlər onlara çatmazlar”.   4. Eşq ətri verir. İmam Əli (ə) Kərbəla torpağına xitab edərək, buyurur: “Necə də ətirlisən, ey torpaq! Qiyamət günü səndən elə insanlar qalxacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.   5. Məhşərin qırmızı ulduzudur. İmam Səccad (ə) buyurur: “Kərbəla torpağı Qiyamət günü mirvari ulduz kimi parlayacaqdır və nida verəcəkdir ki, mən Allahın müqəddəs torpağıyam. Pak və mübarək torpaq ki, şəhidlərin rəhbərini və behişt cavanlarının sərvərini özündə qərar vermişdir”. 6. Kərbəla – beytul-müqəddəsdir. İmam Sadiq (ə) buyurur: “Kərbəla – beytul-müqəddəsin torpağındandır”.   7. Fərat və Kərbəla. İmam Sadiq (ə) buyurur: “Kərbəla torpağı və Fərat suyu – ilk torpaq və ilk su olmuşdur ki, Allah Təala onlara müqəddəslik bəxş etmişdir”. 8. Kərbəla – peyğəmbərlərin (ə) Kəbəsidir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə peyğəmbər yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseyni (ə) ziyarət etməyə gəlməsin. Necə ki, bir dəstə Kərbəlaya enən zaman, bir dəstə oranı tərk edər”.   9. Kərbəla, mələklərin sevimli yeridir. İmam Sadiq (ə) buyurur: “Yerdə və göydə elə mələk yoxdur ki, Allahdan icazə alıb, İmam Hüseynin (ə) ziyarətinə gəlməsin. Belə ki, davamlı olaraq Kərbəlaya mələklər dəstəsi enər və oradan başqa dəstə yuxarı qalxarlar”.   10. Behişt yoludur. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) qəbrinin yeri – behişt qapılarından biridir”.   11. Kərbəla – əmin yerdir. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah Məkkəni hərəm qərar verməzdən əvvəl, Kərbəlanı əmin və bərəkətli hərəm qərar vermişdir”.   12. Davamlı ziyarət. İmam Sadiq (ə) buyurur: “Kərbəlanı ziyarət edin və bu işə davam edin. Çünki Kərbəla Peyğəmbərin (s) ən üstün övladını ağuşunda qərar vermişdir”. 13. Mübarək məkan. İmam Sadiq (ə) buyurur: “Allahın Quranda yad etdiyi əmin-amanlı vadi sahili – Fəratdır. Bərəkətli yer isə Kərbəladır”.   14. Ziyarət şövqü. İmam Baqir (ə) buyurur: “Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət vardır, ziyarət şövqündən ölərdilər”.   15. Qəbul olan həcc. İmam Baqir (ə) buyurur: “Allah Rəsulunun (s) qəbrinin ziyarəti, şəhidlərin qəbrini ziyarət etmək və İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir”.   16. Yenidən doğulmaq kimi halət. Həmran nəql edir ki, İmam Hüseyni (ə) ziyarət etdikdən sonra İmam Baqirin (ə) yanına gəlmişdim və Həzrət (ə) mənə buyurdu: “Ey Həmran! Sənə müjdə verirəm ki, hər kim Ali-Muhəmməd (ə) şəhidlərini ziyarət edər və bu işdəki niyyəti Allah rizası və Peyğəmbərə (s) yaxınlaşmaq olarsa günahlarından çıxar, anasından doğulmuş kimi olar”.   17. Behişt amili. İmam Sadiq (ə) buyurur: “Hər kim məskəninin behişt olmasını istəyirsə məzlumu (İmam Hüseyni (ə)) ziyarət etməyi tərk etməsin”.   18. Şəhadət və ziyarət. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) hərəmini ziyarət edin və ziyarətini tərk etməklə ona zülm etməyin. Çünki o, behişt cavanlarının rəhbəri və şəhidlərin sərvəridir”. 19. Ziyarət – ən üstün əməldir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrini ziyarət etmək – ən üstün əməldir ki, yerinə yetirilə bilər”. (Beytutə) 20. Nur süfrəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim Qiyamət günü nur süfrəsində əyləşmək istəyirsə, gərək İmam Hüseyn (ə) zəvvarlarından olsun”.   /Deyerler.org/

İmam Hüseyn (ə) 20.01.2025

Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә bir zәrrә göz yаşı töksә…

Kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr İmаm Hüsеynin (ә) müsibәti İmаm Bаqir (ә) buyurmuşdur: “Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә аğlаyаrаq bir zәrrә bеlә göz yаşı töksә, Аllаh оnun dәryаlаr qәdәr vüsәti vә ulduzlаrın sаyı qәdәr günаhlаrını (әgәr vаrsа) bаğışlаyаr.” (“Tühfәtul-mәcаlis”, sәh. 215.) İmаm Sәccаd (ә) dеyir: “Kufәlilәr Әlinin (ә) yаnınа gәlib yаğışın yаğmаdığındаn şikаyәtlәnәrәk dеdilәr ki, duа еt, Аllаh bizim üçün yаğış göndәrsin. İmаm Әli (ә) оğlu Hüsеynə (ә) dеdi: Qаlх, Аllаhdаn yаğış dilә. İmаm Hüsеyn (ә) аyаğа qаlхаrаq Аllаhа hәmd-sәnа еtdikdәn vә Pеyğәmbәrə (s) sаlаm göndәrdikdәn sоnrа duа еtdi. Hәzrәtin duаsı qurtаrmаmış Аllаh göydәn lеysаn yаğış gön-dәrdi. Hәttа çöl әrәblәri Kufә әtrаfındаn gәlib хәbәr vеrdilәr ki, dәrәlәr vә biyаbаnlаr su ilә dоlmuşdur.” (“İmаm Hüsеynin (ә) buyuruqlаrının külliyyаtı”, sәh. 160.) Аmmа hәmin kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr, Hәzrәtin susuz hаldа bаşını kәsmәkdәn әlаvә, körpә Әli Әsgәrini susuz şәhid еtdilәr, Hәzrәt Әbülfәzlin bәdәnini Fәrаtın kәnаrındа tikә-tikә dоğrаdılаr…

İmam Hüseyn (ə) 20.01.2025

Hüseyn (ə) qiyamının fəlsəfəsi

Əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi İslamın vasitəsi ilə ideal bir hökumət yarandı. Əgər İmam Hüseynin (ə) hadisəsini bir neçə sətirdə xülasə etmək istəsək, belə olur: Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə məruz qalmışdı. Dünyanın ozamankı İran və Roma imperiyalarında mövcud olan Qeysər və Kəsra hökumətlərindən ibarət olan böyük hökumətləri aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hökuməti idi. Ərəbistan yarımadası kimi kiçik hökumətlər isə onlardan da pis vəziyyətdə idi. Cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada Allah Peyğəmbərinin (ə) vasitəsi ilə, Allahın yardımı, xalqın əzəmətli və yorulmaz mübarizəsi ilə İslam nuru əvvəlcə Ərəbistan yarımadasını işıqlandıra bildi, sonra da tədricən genişləndi, şüası hər yeri bürüdü. Peyğəmbər (s) dünyadan köçdükdə bu hökumət tarix boyu bütün bəşəriyyətə nümunə ola biləcək şəkildə güclü bir hökumət idi. Əgər o hökumət həmin istiqamətdə hərəkətini davam etdirsəydi, şübhəsiz, tarix dəyişərdi, ondan əsrlər sonra, indi və İmam Mehdinin (ə) zühuru dövründə yaranması gözlənilən vəziyyət həmin dövrdə yaranardı. Ədalət, paklıq, doğruluq və məhəbbət dolu dünya İmam Mehdi (ə) dövrünün dünyasıdır. Allah bilir ki, bəşər orada hansı əzəmətlərə nail olacaq. Buna əsasən, əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi. Lakin bəzi səbəblər üzündən bu baş vermədi. Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmə əsaslanmaq yerinə ədalətə əsaslanırdı, şirkin və insanın fikir təfriqəsinin yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə söykənirdi, cəhalət əvəzinə elm və bilgiyə arxalanırdı, insanların bir-birinə ədavəti yerinə məhəbbət, münasibət, dostluq və səmimiyyətə söykənirdi; yəni zahirdən və batindən bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah, fəal, həvəskar, aktiv və kamala doğru irəliləyən insan olur. Əlli il ötməklə məsələlər dəyişdi. Adda İslam adı qaldı, lakin batini daha İslam batini deyildi. Ədalətin hakimiyyətinin yerinə yenə zülmün hakimiyyəti gəldi, bərabərliyin və qardaşlığın yerinə ayrıseçkilik, ikitirəlik və təbəqələr arasında böyük fərq vücuda gəldi, elmin yerinə cəhalət hakim oldu. Bu əlliillik dövrdə nə qədər yaxına gəliriksə, bu tənəzzülə dair yüzlərlə fakt və nümunə görürük. Tədqiqatla məşğul olanlar bunları gənc və araşdırıcı beyinlər üçün aydınlaşdırsınlar. Ayətullah Seyid Əli Xamenei

Namaz Vaxtı 19.01.2025

Bakı və Abşeron üfüqü ilə Noyabr ayı üçün gündəlik namazların azan cədvəli

  İmsak vaxtı Sübh azanı Günəş çıxır Günorta azanı Axşam azanı Gecəyarı 01 05:33 05:48 07:10 12:24 17:53 23:44 02 05:34 05:49 07:11 12:24 17:52 23:43 03 05:35 05:50 07:12 12:24 17:50 23:43 04 05:36 05:51 07:13 12:24 17:49 23:43 05 05:37 05:52 07:14 12:24 17:48 23:43 06 05:38 05:53 07:15 12:24 17:47 23:43 07 05:39 05:54 07:17 12:24 17:43 23:43 08 05:40 05:55 07:18 12:24 17:45 23:43 09 05:41 05:56 07:19 12:24 17:44 23:43 10 05:42 05:57 07:20 12:24 17:43 23:43 11 05:43 05:58 07:21 12:24 17:42 23:43 12 05:44 05:59 07:22 12:24 17:41 23:43 13 05:45 06:00 07:24 12:25 17:41 23:43 14 05:46 06:01 07:25 12:25 17:40 23:43 15 05:47 06:02 07:26 12:25 17:39 23:44 16 05:48 06:03 07:27 12:25 17:38 23:44 17 05:49 06:04 07:28 12:25 17:37 23:44 18 05:50 06:05 07:29 12:25 17:37 23:44 19 05:51 06:06 07:31 12:26 17:36 23:44 20 05:52 06:07 07:32 12:26 17:35 23:44 21 05:53 06:08 07:33 12:26 17:35 23:44 22 05:54 06:09 07:34 12:26 17:34 23:44 23 05:55 06:10 07:35 12:27 17:34 23:45 24 05:56 06:11 07:36 12:27 17:33 23:45 25 05:57 06:12 07:37 12:27 17:33 23:45 26 05:58 06:13 07:38 12:28 17:32 23:45 27 05:59 06:14 07:39 12:28 17:32 23:46 28 06:00 06:15 07:41 12:28 17:31 23:46 29 06:01 06:16 07:42 12:29 17:31 23:46 30 06:02 06:17 07:43 12:29 17:31 23:46    

İmam Hüseyn (ə) 19.01.2025

Bu bayraq həmişə dalğalansın

Aşura sözünün və bayrağının ucalması Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın (ə) və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin (ə) şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər – ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Hüseynin (ə) adını, Hüseynin (ə) qanını və Əbu Abdullahın (ə) şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tar-mar olmuşdular! Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir. Ayətullah Seyid Əli Xamenei

İmam Hüseyn (ə) 19.01.2025

Düşünülmüş və hazırlıqlı qiyam

İmamın qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam – kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun. İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular. Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.  

İmam Hüseyn (ə) 19.01.2025

İmam Hüseyn (ə) məktəbində həqiqi azadlıq

İlahi peyğəmbərlərin (ə) məktəbində insanın kamal və səadəti onda idi ki, ubudiyyət və bəndəlik məqamına çatsın. Bütün pyğəmbərlər (ə) məhz bu risalət üçün məbus olublar. Onlar deyərdilər: “Allaha ibadət edin və Ondan qeyrisindən itaət etməkdən çəkinin”.   Bu risalətdə bütün insanlar bərabər təqdim olunub və heç bir insanın haqqı yoxdur ki, İlahi peyğəmbərlərin risalət və vilayətini inkar etsin. İmam Hüseyn (ə) məktəbinin də risalət və əsil vəzifəsi məhz bu idi. Ona görə də Həzrət (ə) bu məqsədinə çatmaq üçün zalım güruhla vuruşur və ona qarşı qiyam edir. O, Əməvi hökumətinin iç üzünü açaraq, insanlara göstərir və dünyada qul olmamaq üçün şəhadəti seçir.   İmam Sadiq (ə) cəddi İmam Hüseyndən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: “Ey insanlar! Allah Təala bəndələri Ona mərifət əldə etmək üçün xəlq etmişdir. Ona görə də o zaman ki, Onu tanıdılar – ibadət etdilər. O zaman ki, ibadət etdilər – Ona pərəstiş etməyə görə başqasına ibadət etməkdən ehtiyacsız oldular”. (Erfan)   İmam Hüseyn (ə) məktəbinin əsil şüarı budur ki, azad insan Allahdan qeyrisinə ibadət etməməlidir. Çünki insan ancaq bu zaman həqiqi azad ola bilər. Əgər azadlıq bu mənada təmin olunarsa, o zaman bütün azadlıqlar da təmin olunacaqdır.   İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyə verən zaman buyurur: “Oğlum, Allah səni azad yaratdığı üçün başqasının qulu olma”. Başqa insanların qulu olmaqdan azad olmaq – böyük bir nemətdir ki, Xaliq insana bəxş etmişdir. Heç bir başqa nemətlə müqayisə oluna bilməz. O kəs ki, Allahdan savayısı üçün bəndə olmaz, o, həqiqi azad insan olar.   Ərəblərin məhşur yazıçısı olan Məhmud Əqqad İmam Hüseynin (ə) Əbuzəri Rəbəzəyə qədər müşayiət edən zaman dediyi sözləri yada salır və nəql edir: “Sanki o Həzrət (ə) öz həyat şüarını dünyaya qədəm basdığı ilk gündən şəhadətə çatan günə qədər bu bir neçə cümlədə xülasə etmişdi: “Əmican! Allah Təala indi müşahidə etdiyin vəziyyəti dəyişdirməyə qadirdir. Bu qövm dünyalarını səndən saxladılar, sən də öz dinini onlardan saxladın. Həqiqətən, sən nə qədər məhrum etdiklərindən ehtiyacsızsan. Onlar nə qədər sənin onları məhrum etdiklərindən ehtiyaclıdırlar”.   İmam Kazım (ə) Hişama vəsiyyət edən zaman cəddi İmam Hüseynin (ə) kəlamlarını bəyan etmiş və buyurmuşdur: “Elə bir azad vardırmı ki, bu çeynənmiş tikədən (dünydan) əl çəksin və onu əhlinə tapşırsın? Sizin üçün behiştdən savayı qiymət yoxdur. Ona görə də özünüzü ondan qeyrisinə satmayın. Hər kim dünyaya razılıq verər – alçaq və dəyərsiz bir şeyə razı olmuş olar”.   Bəli, azad insanın baxış və əqidəsi belə olmalıdır. İmam Hüseyn (ə) məktəbi başdan-başa azadlıq məktəbidir. Hər kim bu məktəbin şagirdi olar, İmamın (ə) yadigar qoyub getdiyi bu misilsiz dəyərlərə yiyələnər və özünü dünyanın və insanların qulu etməz.   /Deyerler.org/

İmam Hüseyn (ə) 19.01.2025

İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı

İmam Hüseyn (ə) həzrət Əlinin (ə) və Peyğəmbəri- əkrəmin qızı həzrət Fatimənin (s) ikinci oğludur. O həzrət hicrətin üçüncü (bəzi rəvayətlərə görə dördüncü) ilində dünyaya göz açıb. Böyük qardaşı imam Həsən Müctəba (ə) şəhid olduqdan sonra Allahın əmri və qardaşının vəsiyyətinə əsasən imaməti öhdəsinə götürərək on il imamlıq etdi. O Həzrət (ə) imamlığının təxminən altı ayını Müaviyənin xilafəti zamanında ən çətin şərtlər, acılı-ağrılı vəziyyətlər və ən ağır təzyiqlər altında keçirib. Çünki dini hökmlər cəmiyyətdə dəyərini itirmiş, Müaviyə hökumətinin əmrləri Allah və Rəsulunun buyurduqlarını əvəz etmişdi. Həmçinin Müaviyə və dostları əllərindən gələn bütün hiylələrə əl ataraq Əhli-beyti (ə) və tərəfdarlarını əzib, Əlinin (ə) adını aradan aparmaq istəyirdilər. Digər tərəfdən də Müaviyə, oğlu Yezidin xilafətinə güclü zəmin yaradırdı. Yezidin heç bir dini əsas və qaydalara bələd olmadığından xalqın bir qisimi onun xilafətilə razılaşmırdı. Müaviyə də müxaliflərin çoxalmasının qarşısını almaq üçün daha çox, təzyiqlərdən istifadə edirdi. İmam Hüseyn (ə) bu qaranlıq günlərə səbr edərək, Müaviyə tərəfindən edilən hər növ ruhi işgəncə və təzyiqlərə dözürdü. Hicrətin altmışıncı ilində Müaviyə öldü və oğlu Yezid atasının yerini tutdu. O zamanlar ərəblər arasında səltənət, əmirlik və sair bu kimi mühüm məsələlər zamanı beyət mərasiminin qurulması bir ənənə idi. Cəmiyyət, xüsusilə də xalq içində tanınmış şəxslər belə mərasimlərdə sultan yaxud əmirin əlini sıxaraq beyət edərdilər, beyətdən sonra sultana itaətsizlik etmək həmin qövm üçün böyük ar və zillət sayılardı. Eyni zamanda imzadan boyun qaçırmaq qəti olaraq cinayət sayılardı. Müaviyə də həyatda ikən tanınmış şəxsiyyətlərdən Yezidə beyət almışdı. Lakin İmam Hüseynə (ə) toxunmamış və ondan Yezidə beyət almamışdı. Xüsusilə oğlu Yezidə belə vəsiyyət etmişdi:”Əli ibn Hüseyn (ə) beyət etməzsə çox israr etmə”. Çünki Müaviyə məsələnin önünü arxasını ölçməyi bacarırdı. Ancaq Yezid, qürur və təkəbbürü üzündən atasının vəsiyyətini unudub, Mədinə qubernatoruna, “Hüseyndən (ə) mənim xilafətim üçün beyət istə, itaətsizlik etdiyi halda başını Şama göndər”-deyə əmr verdi. Mədinə qubernatoru Yezidin istəyini İmam Hüseynə (ə) çatdırdıqdan sonra İmam ondan bu mövzu haqda düşünməsi üçün vaxt istədi. Bundan sonra ailəsini də götürüb Məkkəyə hərəkət edən İmam (ə), İslamda rəsmi olaraq təhlükəsiz və zəmanətli yer elan edilən Allahın hərəminə (Kəbəyə) sığındı. Bu hadisə hicrətin 60-cı ilində Rəcəb ayının sonları və Şəban ayının əvvəllərində baş verdi. İmam Hüseyn (ə) təxminən dörd ay Məkkəyə sığınaraq yaşadı. Bu xəbər yavaş-yavaş İslam ölkələrinə yayıldı. Bir tərəfdən, Müaviyənin dövründəki haqsızlıqlara razı olmayıb, Yezidin xilafətinə qarşı çıxanlar İmam Hüseynin (ə) yanına gəlib kömək edəcəklərinə dair söz verirdilər. Digər tərəfdən də İraq camaatı, xüsusilə Kufə xalqı fasiləsiz olaraq İmam Hüseynə (ə) məktub göndərib onun İraqa gəlib Müsəlmanlara öndərlik edərək zülm və ədalətsizliyi yox etməsini istəyirdilər. Əlbəttə bu vəziyyət Yezid üçün çox təhlükəli idi. İmam Hüseyn (ə), həcc mövsümünə qədər Məkkədə qaldı. Müsəlmanlar da İslam ölkələrindən dəstə-dəstə həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə axışırdılar. Bu vaxt İmam (ə), Yezidin onu öldürmək üçün hacı qiyafəsində maskalanmış bir dəstəni Məkkəyə göndərdiyini xəbər aldı. Onlar həcc əməlləri əsnasında ehram paltarları altında gizlədikləri silahlarla İmam Hüseyni (ə) şəhid etməyi planlaşdırmışdılar. İmam Hüseyn (ə) həcc əməllərini yarıda qoyaraq (başqa bir rəvayətə görə ümrə həccinə keçib təvaf, səy əməllərini yerinə yetirdikdən sonra ehramdan çıxmışdı), bir yığıncaqda qısa bir xütbə oxuyaraq İraqa doğru hərəkət edəcəyini bildirdi. İmam xütbəsində şəhid olacağına da işarə etdi. Müsəlmanlardan ona kömək etmələrini, bu hədəf yolunda qanlarını və canlarını vermələrini istədi. Sabahısı gün ailəsi və dostlarıyla birlikdə İraqa yola düşdü. İmam Hüseyn (ə) Yezidə beyət etməməyi qəti qərara almışdı və bu yolda şəhid olacağını da yaxşı bilirdi. Bir dəstə tanınmış şəxs, İmamla (ə) görüşərək bu hərəkət və qiyamın təhlükəli olmasaını ona xatırlatmışdı. Lakin İmam (ə) cavab olaraq: ‘‘Mən beyət etməyəcəyəm. Zülm və fəsad hökumətinə boyun əyməyəcəyəm. Hara getsəm, ha-rada olsam məni öldürəcəklərini bilirəm. Qanımın tökülməsiylə Kəbənin hörməti aradan getməsin deyə Məkkədən uzaqlaşmışam”- buyurdu. Beləliklə İmam Hüseyn (ə) Kufəyə doğru yollandı. Hələ Kufəyə bir neçə günlük yol qalmışdı; İmam Kufəyə göndərdiyi elçisi və tanınmış sadiq dostlarından birinin, Yezidin qubernatoru tərəfindən şəhid edilərək, ayaqlarının iplə bağlanıb, Kufə küçələrində süründürülməsini eşitdi. O Həzrət (ə) Kufə və bölgələrinin möhkəmcə nəzarətə alındığını və təchizatlanmış bir ordunun onunla döyüşə hazırlandığını eşitdikdə, ölümdən başqa bir yol qalmadığını anladı. Artıq, burada şəhid olmaq üçün qəti qərara gəldiyini açıq-aşkar bildirib, Kufəyə doğru yoluna davam etdi. Kufənin təxminən yetmiş kilometrliyində Kərbəla adlı bir çöldə Yezidin ordusu onları mühasirəyə aldı. İmam və yoldaşları səkkiz gün burada qaldılar. Bu arada Həzrətin (ə) mühasirəyə alındığı çevrə günbəgün daralırdı. Həmçinin, düşmənin sayı davamlı şəkildə artırdı. Nəhayət, İmam (ə) ailəsi və çox az sayda olan səhabələriylə birlikdə, otuz minlik ordunun muhasirəsində qaldı. Bu bir neçə gün içində İmam Hüseyn (ə) ordusunun mövqelərini nizamladı. Qısa bir xütbədən sonra səhabələrinə üz tutaraq belə buyurdu: “Bizim ölüm və şəhidlikdən başqa bir yolumuz yoxdur. Mən beyətimi sizdən götürdüm. Getmək istəyən, gecənin qaranlığından istifadə edərək özünü bu təhlükəli meydandan qurtarsın. Çünki onlar yalnız məni öldürmək istəyirlər. “Daha sonra işıqların söndürülməsini əmr etdi. Maddi məqsədlər üçün İmama (ə) qoşulanlar ayrılıb dağıldılar. Yalnız haqq aşiqlərindən çox azı (40 adama yaxın) silahdaş və Bəni-Haşimdən olan qohumları qaldılar. İmam Hüseyn (ə) bir daha getməyib, qalanları yığıb danışdı və belə buyurdu: “Sizdən hər kim istəsə, gecənin qaranlığından istifadə etsin və özünü təhlükədən qurtarsın. Onlar yalnız məni istəyirlər.” Lakin bu dəfə İmamın (ə) vəfalı dostları bir-bir qalxaraq, “Biz heç bir zaman sənin öndər olduğun haqq yolundan dönməyəcəyik, əlimiz qılınc tutana, damarımızda qan axana qədər döyüşüb, sənin hörmətini qoruyacağıq, paklığından ayrılmayacağıq…”-deyə öz sadiq olduqlarını bildirdilər. Məhərrəm ayının 9-cu gününün sonlarında son təklif (beyət və ya döyüş) düşmən tərəfindən İmama (ə) çatdırıldı. İmam (ə) o gecəni ibadət üçün möhlət alıb sabahkı döyüşə hazırlaşdı. Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u İmam (ə) azsaylı dostlarıyla (cəmi doxsan adamdan az idi; qırx nəfər əvvəlcədən yanında olanlar, otuzdan bir az çox döyüş günü və gecəsi düşmən ordusundan dönənlər və İmamın Haşimi qohumları, məsələn, oğlanları, qardaşları, qardaşı və bacısı oğlanları və əmisi oğlanları) saysız düşmən qarşısına çıxaraq döyüşə başladı. O gün səhərdən axşama qədər döyüşdülər və son nəfərə qədər şəhid oldular (şəhidlərin içində imam Həsənin (ə) iki kiçik oğlu, İmam Hüseynin (ə) bir kiçik oğlu və qundaqda olan daha bir körpəsini də saymalıyıq). Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə) hərəmini qarət edərək çadırlara od vurub şəhidlərin başını kəsib, paltarlarını çıxardaraq qənimət götürdülər. Cəsədləri dəfn etmədən, sığınacaqsız qızlar və qadınlardan ibarət Əhli-beyt əsirlərini şəhidlərin başlarıyla birlikdə Kufəyə apardılar. (əsirlərin içində kişilərdən yalnız İmam Hüseynin (ə) iyirmi iki yaşlı oğlu İmam Zeynul-Abidin (ə), bir də onun oğlu İmam Məhəmməd Baqir (ə) və İmam Həsənin (ə) oğlu Həsənül-Müsənna var idi. Həsənül-Müsənna döyüşdə ağır yaralandığından şəhidlərin içində qalmışdı, lakin son anlarda əsirlərlə birlikdə Kufəyə aparıldı). Daha sonra əsirləri Kufədən Dəməşqə, Yezidin yanına apardılar. Kərbəla hadisəsi, qadınların əsir alınıb şəhərlərdə gəzdirilməsi və (əsirlər içində olan) həzrət Əlinin (ə) qızı həzrət Zeynəb (s) və İmam Zeynul-Abidinin (ə) Kufə və Şamdakı yığıncaq yerlərində etdikləri çıxışları, Üməyyə oğullarını alçaldaraq Müaviyənin illərcə etdiyi təbliğatı nəticəsiz qoydu. Həmçinin, bu çıxışlar Yezidin Kərbəlada məmurların əliylə etdiyi cinayətdən özünü təmizə çıxarmaq üçün çalışmasına və Kərbəla hadisəsinin təsirinin keçməsinə baxmayaraq, Üməyyə oğullarını səltənətdən salınmasında və Əhli-beyt sevgisinin artmasında böyük rol oynadı. Həmçinin Kərbəla hadisəsinin onlara vurduğu ən zəif təsiri, müxtəlif qısa müddətli savaşlar və on iki il davam edən qanlı döyüşlər oldu. Belə ki, İmam Hüseynin (ə) qatilləri heç biri intiqamdan qaçıb xilas ola bilmədi. Buna “Təvvabin” savaşı misal ola bilər. Tarixin İmam Hüseyn (ə) və Yezidlə əlaqədar hissəsini oxuyub o zamanın hakim sistemini araşdıranlar bilirlər ki, İmamın (ə) yeganə yolu şəhid olmaq idi. İslam dininin açıq-aşkar əzilməsinə səbəb olan beyət, heç bir şərtlə İmam Hüseyn (ə) üçün mümkün deyildi. Çünki Yezid, İslam dininə və onun qanunlarına hörmət göstərməməklə kifayətlənməyib, İslamı açıq-aşkar əzməyə çalışan zalım bir hakim idi. Halbuki ondan əvvəlkilər, əslində dinə müxalif olmaqlarına baxmayaraq zahirdə də olsa dinə hörmətlə yanaşırdılar. Həmçinin, Peyğəmbərə (s) və digər dini şəxsiyyətlərə kömək edib, onların yanında olmaqla öyünürdülər. Bunları nəzərdən keçirən, bəzi tarixçilərin imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında yürütdüyü tarixi fikirlərin səhv olması məlum olur. Məsələn, bəziləri deyirlər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) müxtəlif təbiətli insanlar idilər; İmam Həsən (ə) sülhsevər idi. Qırx min əsgəri olmasına baxmayaraq sülhü qəbul etdi. Amma imam Hüseyn (ə) mübarizə yolunu və döyüşü seçdi. Qırx nəfər döyüşçüsü olmasına baxmayaraq, Yezidlə döyüşə başladı.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75