Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub?

Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? – Cavab: Gecə dəfn olmaq, xəlifənin xəbəri, hüzuru olmadan qılınan namaz, gizli qəbir Peyğəmbər (s)-in vəfatından sonrakı hadisələrin üstündən qələm çəkib iz itirməyə cəhd göstərənlər üçün xanımın qoyub getdiyi ən gözəl sübütdur. Doğrudur xanım özü belə istəmişdi və belə vəsiyyət etmişdi. Amma nə baş vermişdir ki, xanım belə bir vəsiyyət etmək məcburiyyətində qalbı?!! Xanımın belə vəsiyət etməsi onun düşmənlərinə qarşı qəzəbinin, narahatlığının təzahürü deyilmi? Həqiqətdə həzrət bu əməliylə gələcək nəsillərin iti baxışlarını bir neçə düşündürücü suala cəlb etməklə həqiqəti onlara catdırmaq istəyib: Niyə xanım Fatimənin qəbri gizlidir? Niyə Peyğəmbər (s)-in qızı gecə və gizlində dəfn olundu? Niyə Əli (ə) onu pak peykərinə Əbubəkrin və Ömərin xəbəri olmadan namaz qıldı? Və… Peyğəmbər (s)-in canişinliyi iddiasında olan Peyğəmbər (s) qızının peykərinə namaz qılmaq ləyaqətindən məhrum idimi? Bəli xanım gecə, gizli dəfn olmasını vəsiyyət etdi. Ona zülm edənlərin heç birinə xəbər verilməsinə razı olmadı. Bu şiənin haqq olmasını sübüt edə biləcək ən gözəl sənəddir. Xanım Fatimə (s)-in şəhid olduğunu, dünyadan məzlum köçdüyünü və ona zülm edənlərdən ölənədək razı qalmadığını sübut edir. Bu deylənləri sünnü və şiə kitablarında nəql olmuş rəvayətlər təsdiqləyir. Nümunə olaraq onların bir neçəsini nəql edirik. Gecə dəfn olunması əhli-sünnət kitablarında: Buxari öz səhihində yazır: وَعَاشَتْ بَعْدَ النبي صلى الله عليه وسلم سِتَّةَ أَشْهُرٍ فلما تُوُفِّيَتْ دَفَنَهَا زَوْجُهَا عَلِيٌّ لَيْلًا ولم يُؤْذِنْ بها أَبَا بَكْرٍ وَصَلَّى عليها “Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşayıb. Dünyasını dəyişdikdən sonra həyat yoldaşı Əli (ə) Əbubəkrə xəbər vermədən gecə onun namazını qılıb və dəfn etdi.” البخاري الجعفي، محمد بن إسماعيل أبو عبدالله (المتوفي256هـ)، صحيح البخاري، ج 4، ص 1549، حديث: 3998، كتاب المغازي، باب غزوة الخيبر، التحقيق د. المصطفى ديب البغا، الناشر: دار ابن كثير، اليمامة – بيروت، الطبعة: الثالثة، 1407 – 1987 İbn Quteybə Deynuri, “Təvilu müxtələfil-hədis” kitabında yazır: وقد طالبت فاطمة رضي الله عنها أبا بكر رضي الله عنه بميراث أبيها رسول الله صلى الله عليه وسلم فلما لم يعطها إياه حلفت لا تكلمه أبدا وأوصت أن تدفن ليلا لئلا يحضرها فدفنت ليلا. “Fatimə (s) Əbubəkrdən öz atası Rəsulullahın mirasını tələb etdi. Əbubəkr vermədikdə xanım onunla ölənədək danışmayacağına and içdi. Və Əbubəkr onun dəfinində iştirak etmsin deyə gecə dəfn olmasına vəsiyyət etdi. Odur ki, xanım gecə dəfn oldu.” الدينوري، أبو محمد عبد الله بن مسلم ابن قتيبة (المتوفي276هـ)، تأويل مختلف الحديث، ج 1، ص 300، التحقيق: محمد زهري النجار، الناشر: دار الجيل، بيروت، 1393هـ، 1972م. Əbdur-rəzzaq Sənani yazır: عن بن جريج وعمرو بن دينار أن حسن بن محمد أخبره أن فاطمة بنت النبي صلى الله عليه وسلم دفنت بالليل قال فرَّ بِهَا علي من أبي بكر أن يصلي عليها كان بينهما شيء. “Peyğəmbər (s)-in qızı Fatimə (s) gecə dəfn olundu ki, Əbubəkr ona namaz qılmasın. Çünki onların arasında söz-söhbət olmuşdu.” الصنعاني، أبو بكر عبد الرزاق بن همام (المتوفي211هـ)، المصنف، ج 3، ص 521، حديث 6554 و حديث: 6555، التحقيق حبيب الرحمن الأعظمي، الناشر: المكتب الإسلامي – بيروت، الطبعة: الثانية، 1403هـ. Sonra deyir: عبد الرزاق عن بن عيينة عن عمرو بن دينار عن حسن بن محمد مثله الا أنه قال اوصته بذلك. “… Xanım Fatimə özü belə vəsiyyət etmişdi.” الصنعاني، أبو بكر عبد الرزاق بن همام (متوفي211هـ)، المصنف، ج 3، ص 521، حديث 6554 و حديث: 6555، التحقيق حبيب الرحمن الأعظمي، الناشر: المكتب الإسلامي – بيروت، الطبعة: الثانية، 1403هـ. İbn Bəttal səhihi Buxarinin şərhində deyir: أجاز أكثر العلماء الدفن بالليل… ودفن علىُّ بن أبى طالب زوجته فاطمة ليلاً، فَرَّ بِهَا من أبى بكر أن يصلى عليها، كان بينهما شىء. “Əksər alimlər cənazənin gecə dəfn olmasına icazə verirlər. Əli (ə) ibn Əbutalib (ə) da öz zövcəsi Fatimə (s)-i gecə dəfn etdi ki, Əbubəkr ona namaz qılmasın. Çünki, Əbubəkrlə xanım Fatimə (s) arasında söz-söhbət olmuşdu.” إبن بطال البكري القرطبي، أبو الحسن علي بن خلف بن عبد الملك (المتوفي 449هـ)، شرح صحيح البخاري، ج 3، ص 325، التحقيق: أبو تميم ياسر بن إبراهيم، الناشر: مكتبة الرشد – السعودية / الرياض، الطبعة: الثانية، 1423هـ – 2003م. İbn Əbil-Hədid Cahizdən (vəfatı: 255 hicri) nəql edir. وظهرت الشكية، واشتدت الموجدة، وقد بلغ ذلك من فاطمة ( عليها السلام ) أنها أوصت أن لا يصلي عليها أبوبكر. “Xanım Fatimə (s)-in şikayəti, narahatlığı eləbir həddə yetişdi ki, xanım Əbubəkrin ona namaz qılmamasına vəsiyyət etdi.” إبن أبي الحديد المدائني المعتزلي، أبو حامد عز الدين بن هبة الله بن محمد بن محمد (المتوفي655 هـ)، شرح نهج البلاغة، ج 16، ص 157، التحقيق محمد عبد الكريم النمري، الناشر: دار الكتب العلمية – بيروت / لبنان، الطبعة: الأولى، 1418هـ – 1998م. Sonra bu sünnü alimi yazır: وأما إخفاء القبر، وكتمان الموت، وعدم الصلاة، وكل ما ذكره المرتضى فيه، فهو الذي يظهر ويقوي عندي، لأن الروايات به أكثر وأصح من غيرها، وكذلك القول في موجدتها وغضبها. “Xanım Fatimənin ölmünün və qəbirinin gizli olmasını, Əbubəkrin və Ömərin xanımın cənazəsinə namaz qılmamalarını və Seyyid Mürtəzanın bütün dediklərini mən təsdiq və qəbul edirəm. Çünki, bunları sübut edə biləcək rəvayətlər daha səhih və daha çoxdur. Həmçinin xanımın o iki nəfərdən narahat olub və onlardan qəzəblənməsi mənim nəzərimcə digər sözlərdən daha etibarlıdır.” شرح نهج البلاغة، ج 16، ص 170. Gecə dəfn olunması şiə kitablarında: Xanımın belə bir vəsiyyət etməsi şiələr arasında aydın və yekdel qəbul olmuş məsələ olmasına baxmayaraq burada bir rəvayətə işarə edirik. Mərhum Səduq xanımın gecə dəfn olmasının səbəbini belə nəql edri: عَنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِيهِ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عليه السلام لِأَيِّ عِلَّةٍ دُفِنَتْ فَاطِمَةُ (عليها السلام) بِاللَّيْلِ وَ لَمْ تُدْفَنْ بِالنَّهَارِ قَالَ لِأَنَّهَا أَوْصَتْ أَنْ لا يُصَلِّيَ عَلَيْهَا رِجَالٌ [الرَّجُلانِ]. Əli ibn Əbu Həmzə atasından nəql edir ki, imam Sadiq (ə)-dan “niyə xanim Fatimə gündüz yox, gecə dəfn oldu?”- sual etdikdə həzrət buyurdu: Xanım Fatimə özü gecə dəfn olunmasına vəsiyyət etdi ki, Əbubəkrlə Ömər onun cənazəsinə namaz qılmasılar.” الصدوق، أبو جعفر محمد بن علي بن الحسين (المتوفي381هـ)، علل الشرايع، ج1، ص185، التحقيق: التقديم: السيد محمد صادق بحر العلوم، الناشر: منشورات المكتبة الحيدرية ومطبعتها – النجف الأشرف، 1385 – 1966 م . “Mədarik” kitabının müəllifi mərhum Seyyid Məhəmməd Amili deyir: إنّ سبب خفاء قبرها ( عليها السلام ) ما رواه المخالف والمؤالف من أنها ( عليها السلام ) أوصت إلى أمير المؤمنين ( عليه السلام ) أن يدفنها ليلا لئلا يصلي عليها من آذاها ومنعها ميراثها من أبيها ( صلى الله عليه وآله وسلم ). “Müxalif və müvafiqin nəql etdiyinə istinadən xanım Fatimə (s) məzarının gizli qalmasının səbəb budur ki, xanım özü həzrət Əli (ə)-a vəsiyyət edərək tapşırmışdı ki, ona əziyyət və atasının mirasıdan məhrum edənlər onun cənazəsinə namaz qılmasınlar.” الموسوي العاملي، السيد محمد بن علي (المتوفي1009هـ)، مدارك الأحكام في شرح شرائع الاسلام، ج 8، ص279، النشر و التحقيق مؤسسة آل البيت عليهم السلام لإحياء التراث، الطبعة: الأولي، 1410هـ. Nəticə: Bukimin sənədləri, əhli-sünnənin böyüklərinin etiraflarını nəzərə aldıqda məlum olur ki, xanımın gecə dəfn olmasına səbəb onun öz vəsiyyəti olub. Çünki həzrət istəməyib ona zülm edənlər onun cənazəsinə namaz qılsınlar. Bu yolla da xilafəti qəsb edənlərə qarşı qəzəbini tarixin silinməz səhifələrinə yazaraq sonra gələn nəsillər üçün əbədiləşdirdi. “Fatimə mənim bir hissəmir. Onun qəzəbi mənim əzəbimdir.” { Səhihi-Buxari cild 5, səh. 75. “Səhabənin fəzilətləri” bölümü. } “Fatimə cənnət qadınlarının seyyidəsidir.” { Səhihi-Buxari cild 5, səh.74. “Səhabənin fəzilətləri” bölümü. } Xanım Fatimə (ə) Əbu-Bəkrə beyət etmədən vəfat etdi. Həmçinin vəfat edəndə də Əbu-Bəkrə qarşı o qədər qəzəbli halda vəfat etdi ki, meyyit namazını qılmağa hətta cənazəsinin ardıyca yeriməyə belə razı deyildi. Necə ki, Buxari, Əbu-Bəkrin Xanım Fatiməyə (ə) Rəsulallahdan (s) ona qalan mirasını haram etməsi barədə, Aişəyə istinad edərək rəvayət etmişdir: “… Rəsulallahın (s) qızı Fatimə Əbu-Bəkrə qarşı qəzəbləndi və vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də (ə) Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı…; Onun əri Əli kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də cənazə namazına gəlməsinə icazə vermədilər.” { Səhihi-Buxari. Cild 5, səh. 382. “Məğazi” bölümü. “Xeybər müharibəsi” babı. } Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı qəzəbi o həddə gəlib çatmış idi ki, meyyit namazı qılmaması üçün, Həzrəti Əliyə (ə) vəsiyyət etmişdi. Bundan əlavə, cənazəsinin ardınca gəlməsinə belə razı deyildi. Buna görə də Həzrəti Əli (ə) Xanımın pak cəsədini kecə vaxtı gizli şəkildə dəfn etdi. “Əbu-Bəkr Xanım Fatiməyə (ə) istədiklərindən heç nə vermədi. Onun bu əməlinə görə, Xanım qəzəbli qaldı və vəfat edənə qədər onunla danışmadı. Xanım Peyğəmbərdən (s) sonra cəmi 6 ay ömür sürdü. Onun əri Əli (ə) kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də ki, cənazə namazına gəlməsinə icazə vermədilər.” { Səhihi-Buxari cild 5, səh. 382. Məğazi bölümü. Xeybər babı. } Bu rəvayətləri Buxari öz səhihində Aişəyə istinad edərək zikr etmişdir. WWW.EHLİBEYT.İNFO  

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü

Be`sətin 5-ci ili, cəmadius-sani ayının 20-ci günü, imamət və vilayətin 11 parlaq ulduzunun mehriban anası həzrət Fatimeyi-Zəhra (s.ə) Məkkə şəhərində dünyaya göz açdı.Varlıq aləmini üzünün nurlu camalı ilə nurlandırdı. (Vəqayiul-əyyam; səh-290). Belə nəql olunubdur ki, “Merac” gecəsi Allah təala Öz əziz Peyğəmbərinə (s) iyi və rəngi mələkləri təəccübləndirən bir alma hədiyyə verdi. Allah Peyğəmbərə (s) almanı yeməsini əmr etdi. Həzrət (s) almanı böləndə ondan bir nur parıldadı. Cəbrail (ə) dedi: “Ya Rəsuləllah, bu Fatimənin (s.ə) nurudur. O sənin sülbündən gələn bir qızdır”. (Məaniul-Əxbar; səh-376. Biharul-Ənvar; c. 42, s.18). Besətin 4-cü ili şaban ayının 10-u, Cəbrail (ə) Peyğəmbərə (s) Fatimənin (s.ə) dünyaya gəlməsinə zəmin yaratmaq üçün müqadimə olaraq həzrət Xədicədən (s) qırx gün uzaq qalmasını dedi. Bundan sonra Həzrət (s), qırx gün gündüzlər oruc tutur, hər axşam iftar vaxtı Fatimə binti Əsədin evinə gedir və cənnət yeməkləri ilə iftar edirdi. Beləliklə qırxıncı axşam əmr gəldi ki, Xədicənin (s) evinə get. Allah, bu gecə sənin sülbündən pak bir zürriyyə yaradacağına görə Öz zatına and içib. Həzrət yerindən qalxıb Xədicənin (s) evinə getdi. (Əl-ədədul-qəviyyə; səh-220. Biharul-ənvar; c-16, səh-78). Ana bətnində Hamiləlik dövründə, həzrət Zəhra (s.ə) anasının bətndə onunla söhbət edirdi. Anasına təsəlli verir, onu səbirli və dözümü olmağa dəvət edirdi. Peyğəmbər (s) Xədicəyə (s) buyurdu: “Cəbrail (ə) mənə müjdə verdi ki, dünyaya gələcək körpə, qızdır, vücudu pak və bərəkətlidir. Mütəal Allah mənim nəslimi ondan (Fatimədən (s.ə) tər.) və vəhy sona çatandan sonra yer üzündə Öz canişini etsin deyə ümmətin imamlarını (ə) onun nəslindən qərar verəcək”. (Biharul-Ənvar; cild-16, səh-78). Tarixdə yazlıb: Həzrət Xədicədə (s) doğuş ağrılarının təsirləri özünü göstərəndə, Qureyş qadınlarının çağırmaq üçün xəbər göndərdi. Amma kimsə onun köməyinə gəlmədi. Çünki onlar Xədicənin (s) Peyğəmbərlə (s) evlənməsinə razı deyildi. Həzrət Xədicə (s) bu hərəkətdən qəmgin oldu. Elə bu vaxt dörd qadın onun başı üzrində zahir olub dedilər: “Ey Xədicə (s)! Kədərlənmə! Biz Allahın elçiləriyik! Biz sənin bacılarınıq. Mən Sara və səninlə cənnətdə bir olan bu xanım Məzahimin qızı Asiya (Fironun həyat yoldaşı tər.), bu İmranın qızı Məryəm və bu da, Şüeybin qızı Səfuradır. Allah bizi sənə kömək etmək üçün yanına göndərdi”. Fatimə (ə.s) dünyaya gəldi! Həzrət Xədicə (s) Fatimeyi-Zəhranı (s.ə) pak və pakizə dünyaya gətirdi. Bu vaxt onun vücudunun parlaq nuru parıldayaraq Məkkənin bütün evlərini işıqlandırdı. O nur bütün aləmə yayıldı. Xədicəyə (s) köməyə gələn qadınlar, yeni doğulmuş körpəni Kövsər suyu ilə yuyub müşk və ənbər iyli ağ parçaya bükdülər. Fatimənin (s.ə) ilk kəlamı bu oldu: “Əşhədu ən la ilahə illəllah. Və ənnə əbi rəsulullah. Seyyidul-ənbiya və ənnə bə`li seyyidul-əvsiya. Və ənnə vələdi, seyidul-əsbat”. Sonra o cənnət xanımlarına adları salamladı. Onlar təbəssüm etdilər. Bu vaxt, asimanda indiyə kimi misli görünməmiş bir nur parladı. Ona görə də, onun adını Zəhra (s.ə) qoydular. (Biharul-ənvar; c-16, səh-80. Əl-ədədul qəviyyə; səh-222). Veb-saytın materiallarından istifadə zamanı istinad (www.Ehlibeyt-AkA.com) edilməlidir!!!

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Fatiməni sevmək 100 yerdə fayda verər

Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Salman! Fatiməni sevmək 100 yerdə fayda verər, onların ən asanı (yüngülü) bunlardır: vəfat edərkən, qəbrdə, əməllərin ölçülərkən (mizanda), məhşərdə (Qiyamətdə toplantı yerində), siratda, mühasibədə (hesab verərkən). Bəs bilin ki, qızım Fatimə kimdən razı qaldısa, mən də ondan razı qalaram və mən kimdən razı qaldımsa Allah da ondan razı qalar və qızım Fatimə kimə qəzəblənərsə, mən də ona qəzəblənərəm və mən kimə qəzəblənərəmsə Allah da ona qəzəblənər. Ey Salman! Ona və onun əri Əmirul-mimininə zülm edən üçün vəyl vardır (cəhənnəmin vəyl dərəsində əzab) və onun (məsum və təqvalı) övladlarına və şiələrinə (köməkçiləri və tərəfdarlarına) zülm edənə də vəyl vardır”. 1. “Fəraidus-səmtəyn” c.2, bab-11, hədis-219; 2. “Kəşful-ğummə” c.1, səh 467.

Xanım Fatimeyi-Zəhra (s.ə) 11.01.2025

Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)

1-Fədək hadisəsi. 2-Xanım Zəhranın evinə olunmuş hücum. Fədək bildiyiniz kimi Xeybər qalası yaxınlığında, Mədinənin təqribən 140 km-də yerləşən bir ərazinin adıdır. Fədək torpağı özünün coşan bulaq və çoxlu xurmalıqları ilə məşhur idi. Bu ərazi müsəlmanların heç bir döyüş keçirtmədiyi halda Allah Rəsuluna hədiyyə verilmişdi. Məşhur əhli sünnə tarixçisi Təbəri yazır: “Xeybər döyüş qənimətlərindəndir və bütün müsəlmanlara məxsusdur. Amma Fədək Rəsulullahın xalis mülki idi, yəni yalnız Ona məxsus idi. Çünki müsəlmanlar onu ələ keçirtmək üçün heç bir zəhmət çəkməmişdilər” (Tarixi Təbəri c2 s138,Zəhəbi “Tarixul İslam”c2 s226). Allah Rəsulunun heç bir döyüş keçirtmədən əldə etdiyi hər bir şey yalnız və yalnız Ona məxsusdur . Odur ki, bu cür əmlak və mallar qənimət kimi müsəlmanlar arasında bölüşdürülmür. Sözümüzün dəlili Həşr surəsinin 6-cı ayəsidir. Beləki Allah-Təala buyurur: “Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir”. Bəs görəsən Peyğəmbər(s) Fədəki Həzrəti Zəhraya bağışlamışdırmı? Buna dair hər hansı bir dəlil movcuddurmu? Əllamə Cəlaləddin Siyuti nəql edir: “İsra surəsinin 26 cı ayəsindəki “Yaxınlarının haqqını ödə” ayəsi nazil olandan sonra Peyğəmbər (s) Fatiməni çağırdı və “Fədək”adlanan ərazini ona hədiyyə verdi. (Əd Durrul-Mənsur c 5, s 2873; Musnədi Əbu-Yəla c 2, s 334; Şovkani Fəthul-qədir c 3, s 224 ). Qısa şəkildə dediklərimizdən məlum olur ki, Fədək bağları Həzrəti Peyğəmbərin(s) şəxsi mülki olmuşdur və o da aşkardır ki, Fədək torpağı Həzrəti Zəhraya atası Peyğəmbər tərəfindən verilmiş hədiyyədir. Rəsulullahdan(s) sonra 1-ci xəlifə hakimiyyəti ələ keçirdəndən sonra Allah Rəsulunun öz sevimli qızına bəxşiş etdiyi Fədək bağlarını musadirə etdi. Həzrəti Zəhra(s.ə) öz haqqını tələb etmək üçün Əbu Bəkrə xəbər göndərsə də onun bu istəyi rədd edildi. Bu barədə əhli sünnənin bir çox mötəbər kitablarında söhbət açılmışdır. Məşhur əhli sünnə kitablarından olan Səhihi Buxari kitabının Məğazi bölməsinin Xeybər qəzvəsi babında bu haqda belə yazılır: ” Ürvə Aişədən nəql edir ki, Rəsulullahın (s) qızı Fatimə (s.ə) Əbu Bəkrə xəbər göndərərək Allahın Mədinə və Fədəkdə Rəsulullaha iadə etdiyi mallardan olan mirasını və Xeybər xumsundan qalan malları istədi. Bunun cavabında Əbu Bəkr dedi: Rəsulullah(s) “Bizlər özümüzdən sonra miras qoymarıq. Bizdən qalan şeylər sədəqədir.” buyurmuşdur…….. Beləliklə Əbu Bəkr bu mallardan Fatiməyə heç bir şey vermədi. Fatimə də Əbu Bəkrə qəzəbləndi və ölənə qədər onunla danışmadı. Fatimə (s.ə) Rəsulullahdan sonra 6 aydan çox yaşamadı. O dünyasını dəyişəndə Həzrəti Əli (ə) Əbu Bəkrə (dəfndə iştirak etməyə) icazə vermədi, gecə ikən ona namaz qıldı və gecə də onu dəfn etdi. (Səhihi Buxarinin Mənaqib kitabı 3c s200; Səhihi Müslim cihad kitabı s1380 hədis 52; Musnədi Əhməd ibn Hənbəl 1c s 6 və s.) Buxari və Müslimin Fədəyi miras adlandırması onların məşhur adətlərindən olan hədislərə əl gəzdirmək və onları olduğu kimi rəvayət etməmək qəbilindəndir. Unutmayaq ki, Fədək miras deyildi və Peyğəmbərin öz sağlığında xanıma verdiyi hədiyyə idi. Hətta Fədəyin hədiyyə deyil miras olduğunu fikrinə baxdığımız halda belə Əbu Bəkrin qondardığı “Peyğəmbərlər özlərindən sonra irs qoymazlar ” hədisi açıq aşkar Allah Təalanın sözü ilə ziddir. Qurani Kərimdə bir neçə yerdə bu haqda söhbət açılıb. Bu movzuya Məryəm surəsinin 6 cı ayəsini misal göstərə bilərik. Allah təala Həzrəti Zəkəriyyə peyğəmbərin dilindən belə nəql edir ki, “Mənə Öz tərəfindən bir canişin əta et ki,mənim və ali Yəqubun varisi olsun” (Məryəm 6). Göründüyü kimi ” Peyğəmbələrin varisi olmur, peyğəmbərlər irs qoymur ” sözləri hamısı bəhanə və düşünülmüş addım idi. Məgər biz Allah təalanın sözünü buraxıb hansısa bir insanın sözünə əməl etməliyik?! Hətta Əbu Bəkr bu rəvayətdə Peyğəmbəri Əkrəmin mirasını sədəqə adlandırır. O elə bir rəvayətə istinad edərək Xanım Zəhranın tələbini rədd edir ki, onun ravisi yalnız özüdür və bu hədisi ondan başqa heşkim nəql etməmişdir. Necə ki İbn Əbil Hədid yazır: “Məşhur nəzəriyyə budur ki, irsin inkar olunması hədisini Əbu Bəkrdən başqa heç kəs rəvayət etməmişdir”.(Nəhcul bəlağənin şərhi c2, s82) Bir şəxsin öz xeyrinə hədis düzəldərək nəql etməsi hansı dərəcədə məqbul hesab edilə bilər? Digər tərəfdən bir şəxs həm ruhi cəhətdən, həm də cismi cəhətdən Peyğəmbərin bir parçasıdırsa, cənnət xanımlarının ən üstünü olarsa və gəlib Fədəkin ona məxsusluğunu deyərsə onun bu sözünü təkzib etmək, onu yalanlamaq demək deyilmi? Məgər Həzrəti Zəhranın özünə məxsus olmayan bir şeyi tələb etməsi idimi? Cənnət xanımlarının ən üstünü olan bir şəxs yalan danışan hesab oluna bilərmi?! Məgər yalançı cənnətə gedib orada ən üstünlərdən ola bilərmi? Əgər biz Peyğəmbərlərin irs qoymadığını qəbul etsək belə bu yalnız bir dənə şərii hökm ola bilər. Necə oldu ki,bu hökmü Xanım Zəhra, Həzrəti Əli(ə) və digər səhabələr eşitmədilər və yalnız Əbu Bəkr eşitdi?! Əgər bu məsələ Əbu Bəkrin dediyi kimi idisə Həzrəti Peyğəmbərin (s) onu öz Əhli beytindən məxfi saxlaması hansı dərəcədə düzgün iş hesab oluna bilər? Bəzi avamlar belə başa düşürlər ki, sanki Xanım Zəhra hansısa dünya malına görə xəlifəyə qarşı çıxmışdı. Daha anlamırlar ki, dünyapərəstin cənnətdə nə işi var?! Əgər ( bu fikirdən Allaha pənah aparırıq) cənnət xanımlarının ən üstünü dünyapərəstdirsə onda cənnət kimlərin yeri hesab olunur? Bu sözü deyənlərin Allah təalanın cənnət əhlini hansı şəkildə vəsf etdiyi həqiqətindən nə qədər qafil olmaları üzə çıxır. Hamıya məlumdur ki, xanım (s.ə) hansısa bir bağa görə yox, xüsusi bir hədəfə görə mübarizə aparırdı.O hədəf qəsb edilmiş xilafət və onu qəsb edənlərin kim olduğunu üzə çıxarmaq idi. Maraqlı və diqqət olunası mühüm nöqtələrdən biri də budur ki, Əbu Bəkrdən sonra xəlifə olan Ömər Peyğəmbərin (s) sədəqələrindən bir qismini Həzrəti Əliyə(ə) və Abbasa vermişdi. Halbuki Əbu Bəkr hakimiyyəti dövründə bu sədəqələrdən heç birini Xanım Zəhraya (s.ə) verməmişdi. Bu əməlinə israr edərək, hətta and içərək Peyğəmbər sünnəsinə əməl etdiyini iddia etmişdir. Əgər sədəqələrin qaytarılmaması sünnətə əməl etmək idisə, niyə görə Əbu Bəkrdən sonra Ömər sədəqələrdən bir qismini qaytarmaq qərarına gəldi? Bu iki şəxsin bir-birinin əksinə etdiyi əməllərdən hansının sünnət olduğunu qəbul edək? Çox qəribədir, elə deyilmi? Bu dediyim mətləbi Səhihi Buxari əsərindəki “Xums” kitabının 1ci babının 3093 cü hədisində görmək olar. İndi siz deyin sədəqə bəhsində Allah rəsulunun (s) sünnəsini Ömər düz yerinə yetirmişdi, ya Əbu Bəkr? Hansının işini məqbul hesab etməliyik? Təkidlə iddia və etidaq etdiyiniz “səhabələrin hamısının ədalətli olduğu” fikri ilə birgə buna nə ad qoymaq olar? 3093 – فَقَالَ لَهَا أَبُو بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ – صلى الله عليه وسلم – قَالَ « لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ » . فَغَضِبَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – فَهَجَرَتْ أَبَا بَكْرٍ ، فَلَمْ تَزَلْ مُهَاجِرَتَهُ حَتَّى تُوُفِّيَتْ وَعَاشَتْ بَعْدَ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – سِتَّةَ أَشْهُرٍ . قَالَتْ وَكَانَتْ فَاطِمَةُ تَسْأَلُ أَبَا بَكْرٍ نَصِيبَهَا مِمَّا تَرَكَ رَسُولُ اللَّهِ – صلى الله عليه وسلم – مِنْ خَيْبَرَ وَفَدَكٍ وَصَدَقَتِهِ بِالْمَدِينَةِ ، فَأَبَى أَبُو بَكْرٍ عَلَيْهَا ذَلِكَ ، وَقَالَ لَسْتُ تَارِكًا شَيْئًا كَانَ رَسُولُ اللَّهِ – صلى الله عليه وسلم – يَعْمَلُ بِهِ إِلاَّ عَمِلْتُ بِهِ ، فَإِنِّى أَخْشَى إِنْ تَرَكْتُ شَيْئًا مِنْ أَمْرِهِ أَنْ أَزِيغَ . فَأَمَّا صَدَقَتُهُ بِالْمَدِينَةِ فَدَفَعَهَا عُمَرُ إِلَى عَلِىٍّ وَعَبَّاسٍ ، فَأَمَّا خَيْبَرُ وَفَدَكٌ فَأَمْسَكَهَا عُمَرُ وَقَالَ هُمَا صَدَقَةُ رَسُولِ اللَّهِ – صلى الله عليه وسلم – كَانَتَا لِحُقُوقِهِ الَّتِى تَعْرُوهُ وَنَوَائِبِهِ ، وَأَمْرُهُمَا إِلَى مَنْ وَلِىَ الأَمْرَ . قَالَ فَهُمَا عَلَى ذَلِكَ إِلَى الْيَوْمِ . أطرافه 3712 ، 4036 ، 4241 ، 6726 – تحفة 10678 أ Allah Rəsulunun(s) sevimli qızına olunan zülmlər bu dediklərimizlə bitmədi. Birinci xəlifəyə beyətdən imtina edənlərin sırasında olan və onların ən öncüllərindən sayılan Xanım Zəhranın evinə hücum edildi. Bəli elə bir evə hücum edildi ki, Allah yanında xüsusi dəyərə malik idi. Beləki Nur surəsinin 36-cı ayəni ((Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər)) Həzrəti Peyğəmbər(s) oxuduğu zaman bir nəfər soruşdu: Bu ev hansıdır? Həzrət buyurdu: Peyğəmbərlərin evləri. Əbu Bəkr qalxıb “Bu evdə onlardandırmı”- Əli (ə) və Fatimə(s) nın evinə işarə edərək –deyə soruşdu. Həzrət buyurdu: Bəli o ev onların ən üstünlərindəndir. (Əl Kəşşaf vəl Bəyan c7 s109; Əbu İshaq əs Sələbi ən Nişaburi “Daru ihyait turasil ərəbi” Beyrut 1422, təhqiq İmam əbu Muhəmməd bin Aşur; Əd Durrul Mənsur c6 s203, Cəlaləddin Siyuti “Darul Fikr” Beyrut 1993 ; Ruhul Məani fi təfsiril Quranil əzim c18 s184; Əllamə Alusi əl Bağdadi “Daru ihyait turasil ərəbi” Beyrut). Allah yanında ehtiramı əziz olan ev bir dəstə insan tərəfindən təcavüzə məruz qaldı. Qeyd edilənlər barədə çox qısa şəkildə bəzi mətləbləri izah etməyə çalışacağıq.Təbii ki,istifadə edəcəyimiz mənbələr öncə dediyimiz kimi yalnız əhli sünnə qaynaqlarıdı. İlk öncə evə olunan hücum barəsində bir neçə tarixi faktdan istifadə edəcəyik. Məşhur tarixçi Təbəri öz kitabında vəhy evinə hörmətsizlik olunmasını belə bəyan edir:   أتى عُمَرُ بنُ الْخَطّابِ مَنْزِلَ عَلیٍّ وَ فیهِ طَلْحَةٌ وَ الزُّبَیْرُ وَ رِجالٌ مِنَ الْمُهاجِرِینَ، فَقالَ وَاللهِ لاََحْرِقَنَّ عَلَیْکُمْ أَوْ لَتَخْرُجَنَّ إلى الْبَیْعَةِ، فَخَرَج عَلَیْهِ الزُّبیرُ مُصْلِتاً بِالسَّیْفِ فَعَثَرَ فَسَقَطَ السَّیْفُ مِنْ یَدِهِ، فَوَثَبُوا عَلَیْهِ فَأَخَذُوهُ   “Ömər ibn Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və mühacirlərdən bir qrup adam orada toplaşmışdı. Ömər onlara xitab edərək dedi: “Allaha and olsun! Beyət üçün evdən çıxmasanız evi yandıracağam!” Zübeyr qılıncını siyirmiş halda evdən çıxdı, birdən ayağı sürüşdü və qılınc əlindən düşdü. Başqaları hücum edərək qılıncı götürdülər.” . “Tarixi Təbəri”, 2-ci cild, səh. 443, Beyrut çapı. Bu məzmunda tam səhih sənədlərlə məşhur əhli-sünnə mühəddisi, Buxarinin şeyxlərindən olan İbn Əbi Şeybə özünün “əl Musənnəf” kitabının 8-ci cildinin 572-ci səhifəsinin Məğazi kitabında da söz açmışdır. Ən acınacaqlı nöqtələrdən biri də ikinci xəlifənin Allah Rəsulunun sevimli qızının evdə olmasına əhəmiyyət verməməsi idi. O evi yandırmaq qərarına gəldikdə Xanım Zəhranın evdə olması belə onu fikrindən daşındırmadı. Məşhur tarixçi ibn Qüteybə Deynəvəri “Əl-imamətu vəs-siyasət” kitabında belə yazır:   إنّ أبابَکْر(ض) تَفَقَّدَ قَوْماً تَخَلَّفُوا عَنْ بَیْعَتِهِ عِنْدَ عَلیّ کَرَّمَ اللهُ وَجْهَهُ فَبَعَثَ إِلَیْهِمْ عُمَرُ فَجٰاءَ فَنٰادٰاهُمْ وَ هُمْ فی دٰارِ عَلیٍّ، فَأَبَوْا أَنْ یَخْرُجُوا فَدَعٰا بِالْحَطَبِ وَ قٰالَ: وَالَّذی نَفْسُ عُمَرَ بِیَدِهِ لَتَخْرُجَنَّ أَوْ لأَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا، فَقِیلَ لَهُ: یٰا أَبٰا حَفْصٍ إِنَّ فِیهٰا فٰاطِمَةَ فَقٰالَ، وَإِنْ!   Əbubəkr Öməri, beyətdən imtina edərək Əlinin evinə yığılanların ardınca göndərdi. O, Əlinin evinə çatanda “çölə çıxın!” – deyə səsləndi. Onlar bu işdən imtina etdikdə Ömər odun yığdı və dedi: ” Ömərin canı Onun əlində olan Allaha and olsun! Evdən çıxmasanız, hamınızla bir yerdə evi yandıracağam!” Bir kişi Ömərə dedi: “Ey Əbuhəfsə! (Ömərin künyəsidir) Peyğəmbərin qızı Fatimə bu evdədir!”. O dedi: “Hətta o da orada olsa (yandıracağam)! (“Əl-imamətu vəs-siyasət”, İbn Qüteybə, səh.12, “Misirin “Məktəbətut-ticariyyətil-Kübra” çapxanası.) Bəziləri bu iradı irəli sürüblər ki, guya ikinci xəlifə evi yandırmamış sadəcə beyətdən imtina edənləri təhdid etmişdir. Məsələnin belə olduğunu fərz etsək belə bu zaman bir neçə sual meydana gəlir. Niyə Həzrəti Əli, Xanım Zəhra, Təlhə, Zubeyr və başqa səhabələr( bəzi mənbələrdə onların 28 nəfər olduğu qeyd olunur) birinci xəlifəyə beyətdən imtina etmişdilər? Əgər onların arasında heç bir ixtilaf olmamışdısa və onlar çox mehriban idilərsə bəs niyə ikinci xəlifə beyətdən ötrü təhdid və zor gücünə əl atmışdı? Bütün bunlar birinci xəlifənin xilafətini sual altına aparmaqdadır. Ancaq ikinci xəlifənin yalnız təhdidlə kifayətlənməsi məsələsinə gəldikdə isə bu heç də onların dediyi kimi deyil. Bu mətləbə dəlil Subki Şafeinin “Təbəqatuş Şafeiyyə” kitabının 3-cü cildi 456-cı səhifəsində Şafei məzhəbinin alimlərindən hesab etdiyi Məsudi Şafeinin “İsbatul-vəsiyyə” kitabında yazdığı tarixi faktı gətimək olar. Məsudi yazır: “Ona (evə) hücum etdilər, evin qapısını yandırdılar, onu(Əlini) zorla evdən çıxartdılar, xanımların seyyidəsini qapıda elə sıxdılar ki, Mohsin siqt oldu. فهجموا عليه وأحرقوا بابه ، واستخرجواه منه كرهاً ، وضغطوا سيّدة النساء بالباب حتّى أسقطت محسناً . اثبات الوصية ، ص143. Xanım Zəhrayi Mərziyyənin başına gətiriləcək bu müsibətlərin illər öncə Həzrəti Peyğəmbərin(s) dilindən söylənilməsinə də əhli sünnə mənbələrində rast gəlinir. Şəmsuddin Zəhəbinin ustadlarından olan və “Təzkirətul huffaz” kitabında xeyli təriflədiyi İmam Cuini, özünün “Fəraidus-Səmteyn” kitabında bu haqda belə yazdığı nəzərləri cəlb edir:   وسمعت من الامام المحدث الاوحد الاكمل فخر الاسلام صدر الدين ابراهيم بن محمد بن المؤيد بن حمويه الخراساني الجوينى … وكان شديد الاعتناء بالرواية وتحصيل الاجزاء حسن القراءة مليح الشكل مهيبا دينا صالحا . تذکرة الحفاظ ج 4 ، ص 1505- 1506 ، رقم 24 .     İmamul-hərəmeyn Cuini Həzrəti Peyğəmbərin(s) dilindən belə nəql edir ki , Allah Rəsulu belə buyururdu: “Hər zaman Fatiməni görəndə yadıma məndən sonra ona üz gətirəcək səhnə düşür, sanki zillətin onun evinə üz gətirdiyini, hörmətinin tapdalandığını, haqqının qəsb edildiyini, öz irsindən məhrum edildiyini, qabırğasının sındırıldığını, rəhmindəki uşağın siqt edildiyini, “ey Muhəmməd” deyərək nalə etdiyini lakin bir kəsin belə ona cavab vermədiyini, fəryad edərək kömək istədiyini ancaq heç kəsin onun fəryadına çatmadığını görürəm. O mənim Əhli beytimdən mənə qovuşacaq ilk şəxsdir. Mənim yanıma qəmli, giriftar və öldürülmüş halda daxil olar. Mən o zamanda deyərəm: “İlahi ona zülm edənə lənət et və onun haqqını qəsb edəni cəzalandır, onu xar edəni xar et, övladının siqt olmasına səbəb olan kəsi cəhənnəmində əbədi saxla”. Bu zaman mələklər amin deyər.” وَ أَنِّي لَمَّا رَأَيْتُهَا ذَكَرْتُ مَا يُصْنَعُ بِهَا بَعْدِي كَأَنِّي بِهَا وَ قَدْ دَخَلَ الذُّلُّ في بَيْتَهَا وَ انْتُهِكَتْ حُرْمَتُهَا وَ غُصِبَتْ حَقَّهَا وَ مُنِعَتْ‏ إِرْثَهَا وَ كُسِرَ جَنْبُهَا [وَ كُسِرَتْ جَنْبَتُهَا] وَ أَسْقَطَتْ جَنِينَهَا وَ هِيَ تُنَادِي يَا مُحَمَّدَاهْ فَلَا تُجَابُ وَ تَسْتَغِيثُ فَلَا تُغَاثُ … فَتَكُونُ أَوَّلَ مَنْ يَلْحَقُنِي مِنْ أَهْلِ بَيْتِي فَتَقْدَمُ عَلَيَّ مَحْزُونَةً مَكْرُوبَةً مَغْمُومَةً مَغْصُوبَةً مَقْتُولَة .   فَأَقُولُ عِنْدَ ذَلِكَ اللَّهُمَّ الْعَنْ مَنْ ظَلَمَهَا وَ عَاقِبْ مَنْ غَصَبَهَا وَ ذَلِّلْ مَنْ أَذَلَّهَا وَ خَلِّدْ فِي نَارِكَ مَنْ ضَرَبَ جَنْبَهَا حَتَّى أَلْقَتْ وَلَدَهَا فَتَقُولُ الْمَلَائِكَةُ عِنْدَ ذَلِكَ آمِين‏ . فرائد السمطين ج2 ، ص 34 و 35 .. Hətta Əbu Bəkrin sonralar etdiyi etiraf bir daha sübut edir ki, bəzi “səhabələr” Allah Rəsulunun möhtərəm qızının ehtiramını saxlamamış və ona ağıla gəlməz zülmlər etmişdilər. İbn Cərir Təbəri “Tarixul-uməmi vəl-muluk”kitabında yazır (2 c, 619səh) “….Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm 3 işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!……Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta mənə qarşı müharibə elan etsəydilər belə!” (Məsudi «Murəvvicuz-zəhəb» (2c, 194səh), Təbərani «əl-Mucəmul-kəbir» (1c, 62səh), Şəmsuddin Zəhəbi Tarixul İslam c3, s 117). أما إني لا آسى على شيء إلا على ثلاث فعلتهن ، وثلاث لم أفعلهن ، وثلاث وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن : وددت أني لم أكن كشفت بيت فاطمة وأن أغلق علي الحرب . تاريخ الإسلام ، ج3 ، ص118 و تاريخ الطبري، ج 2، ص 619، ج 3 ص 430 ط دار المعارف بمصر و الامامة والسياسة – ابن قتيبة الدينوري ، تحقيق الزيني – ج 1 – ص 24 و تاريخ مدينة دمشق – ابن عساكر – ج 30 – ص 422 و شرح نهج البلاغة – ابن أبي الحديد – ج 2 – ص 46 – 47 و المعجم الكبير – الطبراني – ج 1 – ص 62 و مجمع الزوائد – الهيثمي – ج 5 – ص 202 – 203 و مروج الذهب ، مسعودي شافعي ، ج1 ،‌ ص290 و ميزان الاعتدال – الذهبي – ج 3 – ص 109 و لسان الميزان – ابن حجر – ج 4 – ص 189 و كنز العمال ، المتقي الهندي ، ج 5 ، ص631 و Xanım Zəhraya qarşı olunan zülmlər o həddə çatmışdı ki, xanım ona zülm edən insanları öz sağlığında danışdırmadı və birinci xəlifəyə beyət etmədi, hətta həmin insanların onun cənazə namazında iştirak etməmələrini də Həzrəti Əlidən (ə) istəmişdi. Əli də (ə) xanımın vəsiyyətinə uyğun olaraq əməl etdi. Buxarinin Səhihində deyildiyi kimi Xanım Fatimə vəfat etdiyində həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi və Əbu Bəkrin iştirakına icazə vermədən ona namaz qıldı. وَعَاشَتْ بَعْدَ النبي صلى الله عليه وسلم سِتَّةَ أَشْهُرٍ فلما تُوُفِّيَتْ دَفَنَهَا زَوْجُهَا عَلِيٌّ لَيْلًا ولم يُؤْذِنْ بها أَبَا بَكْرٍ وَصَلَّى عليها. صحيح البخاري، ج 4، ص 1549، ح3998، كتاب المغازي، باب غزوة خيبر Bəli Xanım Zəhranın birinci xəlifəyə beyət etməməsi gün kimi hamıya aydındır. Düşündürücü nöqtələrdən biri də budur ki, zəmanəsinin imamına beyət etmək bütün islam aləmində sabit olan bir qanundur. Bu barədə əhli sünnə mənbələrində də bir sıra rəvayətlər nəql olunmuşdur. Misal ünvanında Müslimin öz Səhihində gətirdiyi hədisi göstərmək olar: “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür”.(Səhihi Müslim kit İmarə həd 1851 ,4899) وَمَنْ مَاتَ وَلَيْسَ فِي عُنُقِهِ بَيْعَةٌ مَاتَ مِيتَةً جَاهِلِيَّةً.(1851 Hədisdən məlum olur ki, beyətdən imtina etmək cahiliyyət ölümü ilə dünyadan getməkdir. Əhli sünnəyə görə Xanım Zəhranın zəmanəsindəki imamın Əbu Bəkr olduğunu nəzərə alsaq və Xanım Zəhranın da ona beyət etmədiyini qəbul etsək, o zaman bir sıra suallar yaranacaq. Necə ola bilər ki, Xanım Fatimə öz zəmanəsinin imamına beyət etmədən cənnət xanımlarının ən üstünü ola bilir? Halbuki yuxarıda qeyd edildi ki, belə bir şəxsi cahiliyyət ölümü gözləyir. Belə möhkəm sualın yeganə cavabı bundan ibarətdir ki, Xanım Zəhra yaşadığı zəmanənin imamı Əbu Bəkr olmamışdır. Həmçinin Xanım Zəhra ilə bu şəxslər arasında heç bir ixtilaf olmamışdırsa, nə üçün Həzrəti Əli(ə) Xanımı gecə dəfn edir? Nə üçün dəfni məxsusi olaraq seşilmiş şəxslərlə yerinə yetirir? Nə üçün xəlifə və onun ətraındakılara xəbər vermir? Niyə Allah Rəsulunun ən sevimli qızının qəbri gizlin qalır? Məgər bu qədər aşkar olan məsələni anlamamaq məqbul hesab edilə bilərmi? Əlbəttə bütün bu deyilənlər yalnız təəssübkeş, haqqı görüb onu danan insanlara qaranlıq qala bilər. Xanım Zəhranın bu düşünülmüş və hədəfli mübarizəsi bir daha bu insanların iç üzünü açaraq tarixə unudulmaz və olduqca dəyərli mesajlarını vermişdir. Allah Rəsulundan sonra onun ən sevimli qızını incidən insanlar , həqiqətən Allahı və onun Rəsulunu incidərək özlərini əbədi əzaba düçar etmişlər. Allahu təala Əhzab surəsinin 57 ci ayəsində buyurur:” « Allahı və Onun Peyğəmbərini incidən şəxslərə Allah dünya və axirətdə lənət etmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57) Necə ki Həzrəti Peyğəmbər buyurmuşdu: «Fatimə mənim canımın bir parasıdır, hər kəs ona əziyyət etsə sanki mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim) Həmin şəxslər bu böyük Xanıma əziyyət verərək özlərinin həqiqi kimliklərini aşkara çıxartmışdılar. İlahi, bizləri O pak və müqəddəs xanımla məşhur et. Amin Şiə Elmi Araşdırmalar Mərkəzi www.Shia.az Müəllif: Xanmirzə Huseynov

Xanım Fatimeyi-Zəhra (s.ə) 11.01.2025

Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)

Bismilləhir-Rahmənir-Rəhim Müqəddəs islam dininin bərəkətli məktəbi daim özünün nümunəvi insanları ilə tanınmışdır. Bütün bəşəriyyətə örnək olan bu insanlardan ən üstünləri ilahi təlimlərdən qidalanaraq elə bir məktəb təsis ediblər ki, həm özləri yaşadıqları zamanda, həm də onların mübarək həyatından sonra bu məktəbin prinsipləri daim bəşəriyyəti səadətə doğru aparmaqda əsas mehvər rolunu oynamışdır. Müsəlman aləmində məşhurlaşmış bu dahi şəxsiyyətlərdən biri də öz zəmanəsində heç bir dəyərə malik olmayan qadınlıq məfhumunun mənfi sindromlarını sözləri və əməlləri ilə sındıran, əsl qadının necə olacağını bəşəriyyətə əyani surətdə çatdıran, qısa lakin olduqca səmərəli və bərəkətli ömür yolu keçən Həzrəti Fatiməyi-Zəhradır. Bizim bu xanım barədə olan tanıtma cəhdimiz dəryadan bir damla misalındadır. Məqaləmizdə bu xanım barədə olan bəzi məsələlərə yalnız və yalnız əhli sünnə mənbələrindən istifadə edərək qısa şəkildə işarə etməyə çalışacağıq. İlk öncə Xanım Zəhranın (s.ə) əhli sünnə kitablarına əsasən kim olduğuna nəzər salaq. Xanım Fatimə nütfəsi cənnət meyvələri ilə bağlanan və elə o səbəbdən də daim Allah Rəsulunun cənnətin iyini arzuladığı zaman qoxuladığı yeganə gülü və şərafətli qızı idi. Əhli sünnənin məşhur alimlərindən olan Suyuti özünün “Əd durrul mənsur” adlı əsərində Təbəranidən nəql edərək Aişənin dilindən bu haqda belə yazır: Rəsulullah (s.a.a) belə buyurdu: “Meraca qaldırıldığım zaman məni cənnətə daxil etdilər və mən cənnət ağaclarından olan bir ağacın yanında dayandım. O elə bir ağac idi ki, cənnətdə onun kimi gözəl, yarpaqları ağ və meyvəsi ləziz olan bir ağac görməmişdim. Onun meyvəsindən dərib yedim və bu mənim sülbümdə nütfəyə çevrildi. Yer üzünə qayıtdığımda Xədicə ilə bir araya gəldim və o da Fatiməyə hamilə qaldı. O zamandan bəri nə zaman cənnətin ətrini duymaq istəsəydim Fatiməni qoxulayardım” (Əd Durrul-Məndur isra su 1ci ayə; Müstədrək-us Səhiheyn, c.3, s.156; Usdül Ğâbə, c.5,s.520).   Xanım Zəhra bir çox cəhətdən Hz Rəsulullaha (s) bənzəyirdi.Tirmizi öz sünən adlı məşhur əsərində Aişədən belə nəql edir ki: ” Mən Rəsulullahın (s) qızı Fatimə qədər oturub durmasında, davranışında, ciddiyyət və təmkinli olmağında Rəsulullaha bənzəyən birini görmədim”. Həmçinin hədisdə bunlar da qeyd olunmuşdur ki, o xanım daim Allah Rəsulunun yanına gəldikdə Peyğəmbər(s) yerindən qalxıb onu qarşılayıb öpər öz yerində əyləşdirərdi. (Sunəni Tirmizî, Fəzailus səhabə kitabı, Fəzailu Fatimə babı c.2, s.319, hədis no: 3807; Sunənu Əbi Dâvud, s.223 hadis no: 4540; Mustədrək-us Səhiheyn, c.4, s.172; Fəth-ul Bâri, c.9, s.200; Musnədi-Əhməd, c.6, s.282 hədis no: 22343, 24839, 25209.)   Həzrəti Peyğəmbər(s) Xanım Zəhraya qarşı xüsusi mehribançılıqla davranırdı. Allah Rəsulunun ona qarşı olan rəftarı nəinki səhabələrə hətta Peyğəmbərin(s) başqa övladlarına olan münasibətindən də açıq aşkar fərqlənirdi. Xanım Zəhra Allah Rəsulunun səfərdən qayıdarkən ziyarət etdiyi ilk şəxs idi. Həmçinin Hz Peyğəmbər(s) səfərə gedərkən görüşüb vidalaşdığı sonuncu şəxs də Hz.Fatiməyi Zəhra idi. Zəhəbi “Təlxis” adlanan kitabında, Əbu Davud öz sünənində, Əhməd ibn Hənbəl özünün musnədində, Hakim Nişaburi “Mustədrəkul Səhiheyndə” və digər əhli sünnə alimləri öz əsərlərində bu mətləbə dəfələrlə işarə ediblər. Bütün bunlar Hz Peyğəmbərin Xanım Fatiməyi Zəhraya olan sonsuz diqqət və qayğısından xəbər verirdi. Bir sözlə desək Allah Rəsulu Xanım Zəhra ilə necə davranmağın yollarını bu ümmətə əyani surətdə başa salırdı. (Sunənu Əbu Dâvud, hədis no: 3680, əl-İntifa-u bi’l-Ac bölümü; Musnədi- Əhməd c.5, s.275 hadis no: 21329; Sunəni- Beyhəqi, c.1, s.26; Mustədrək-us Səhiheyn, c.1, s.489.)       Hz Zəhra barəsində tərif demək istəsək sözsüz ki, ən üstün tərif misalında Allahu təalanın Ona verdiyi dəyəri qeyd etmək lazımdır. Beləki Əhzab surəsinin 33 ayəsində buyurulan “…..Ey Əhli beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər!”ayəsindəki kəlmələrə əsasən o Xanımın məsumluğu sözümüzü əsaslandırmaqdadır. Bir çox əhli sünnə mufəssirlərinin rəyinə görə bu ayənin Xanım Zəhra, Hz Əli, İmam Həsən və İmam Huseyn barəsində nazil olduğu hər kəs üçün aşkar olan bir məsələdir. İbn Teymiyyənin ən üstün hesab etdiyi əhli sünnə təfsirçilərindən biri olan Təbəri də bu ayənin adını qeyd etdiyimiz şəxslər barədə nazil olduğunu yazmışdır. Təbəri öz sözünə məşhur əhli sünnə alimi Müslimin səhihində yer alan hədisi və həmçinin digər səhih rəvayətləri nəql etməklə dəlil gətirmişdir. (Səhih Müslim kitabı, digər çapnan səh 1883, “Peyğəmbər (s.ə.(ə.)v) Əhli beytinin fəzilətləri” babı). Bir hədisdə Aişə nəql edir: “Peyğəmbər (s) sübh çağı qara yundan hazırlanmış əbasını üstünə atıb evdən çıxdı. Həsən ibn Əli gəldi. Peyğəmbər (s) onu əbasının altına saldı. Sonra Hüseyn gəldi və qardaşının yanına daxil oldu. Sonra Fatimə gəldi, o da daxil oldu. Sonra Əli gəldi və o da əbanın altına daxil oldu. Sonra Peyğəmbər (s) bu ayəni oxudu.” “…..Ey Əhli beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər!” (Səhihi- Muslim, Fəzail-us Səhabə kitabı, c.4, 1883/2424) Tirmizi də öz sünənində bu ayənin barəsində aşağıdaki məzmunda hədisi nəql etmişdir. 4245 – حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ حَدَّثَنَا أَبُو أَحْمَدَ الزُّبَيْرِىُّ حَدَّثَنَا سُفْيَانُ عَنْ زُبَيْدٍ عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ عَنْ أُمِّ سَلَمَةَ أَنَّ النَّبِىَّ -صلى الله عليه وسلم- جَلَّلَ عَلَى الْحَسَنِ وَالْحُسَيْنِ وَعَلِىٍّ وَفَاطِمَةَ كِسَاءً ثُمَّ قَالَ « اللَّهُمَّ هَؤُلاَءِ أَهْلُ بَيْتِى وَخَاصَّتِى أَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا ». فَقَالَتْ أُمُّ سَلَمَةَ وَأَنَا مَعَهُمْ يَا رَسُولَ اللَّهِ قَالَ « إِنَّكِ إِلَى خَيْرٍ ». قَالَ هَذَا حَدِيثٌ حَسَنٌ صَحِيحٌ وَهُوَ أَحْسَنُ شَىْءٍ رُوِىَ فِى هَذَا الْبَابِ قال الشيخ الألباني : صحيح Ümmü Sələmə (radıyallahu anha) rəvayət edir: “Mən Rasulullahin (s.a.s) evinin qapısında ikən bu ayə nazil oldu: “…Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab 33). Evdə Rasulullah (s.a.s), Əli, Fatime, Hesen ve Hüseyn var idi. Onlara bir örtük bürüdü və: “Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə”- deyə dua etdi. Mən atılıb: “Ya Rasulullah, mən əhli-beytden deyiləmmi ?- deyə soruşdum”. Mənə: “Sən (yerinde dur, sən onsuz da) xeyirdəsən, sən Rasulullahın yoldaçəsan!” deye cavab verdi.( Tirmizî, Menaqıb, (3870).) Məşhur əhli-sünnə alimi Zəhəbi deyir ki: ” Fatimə, əri və oğulları haqqında bu ayə nazil olmuşdur: “ey Əhli beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər!”. Ayə nazil olduğu zaman Rəsulullah (s.a.a ) onları Kisa altına aldı və dedi: “Allahım! bunlar mənim əhli Beytimdir.” (“Tarix əl-İslam”, 3/44). Bu hədislərdə diqqət olunası nöqtə Allah Rəsulunun “Bunlar mənim Əhli beytimdir” deyə buyurmasıdır. Beləki Hz Peyğəmbər (s) bu sözü ilə Əhli beytin kimlərdən ibarət olduğunu insanlara çatdırmışdır. (Sünen-i Tirmizi, “Tefsir” kitabı, c.5, s. 351,3205; Mesabih-us Sunen (Beğavi), c.4. s.183 4796; Cami-ul Usul, c.9,155/6702, 6703 ve 6705; Müsned-i Ahmed, c.4 s.107; Müstedrek-ul Hakim, c.2 s.416, c.3, s.147-148.) Xanım Zəhra ümmətə sevilməyi və ehtiram edilməyi Allah tərəfindən vacib edilən şəxsdir.Allahu təala Şura surəsi 23 cü ayədəki yaxınlara məhəbbət və məvəddət etməyi müsəlmanlardan istəməsi dediyimiz mətləbin etimad olunacaq mənbəsidir. Göründüyü kimi Əhli-beytin (ə) kimlərdən ibarət olduğu və onları sevmənin nə dərəcədə vacib buyurulduğu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqları aydın surətdə bəyan olunmuşdur. Öncə dediyimiz ayələrdə Qurani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mənəvi üstünlüyünü isbat edirdi. Həmçinin məhz Allah təalanın əmri ilə bu şəxsləri sevərək Hz Peyğəmbərə(s) təşəkkür etməyi insanlara vacib etdiyinin də şahidi olduq. Hətta Allah Rəsulu düşmənlərlə mübahilə etdiyi zamanda belə Əhli beyti xüsusiləşdirmiş və ümmətin gözü önündə məhz bu insanlarla islam düşmənləri ilə mübahiləyə getmişdir. Bu isə onların böyük və şərafətli məqamlarınından xəbər verirdi. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydı, heç vaxt Peyğəmbərə (s) onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəmək üçün səhraya aparmağa əmr etməzdi. Həmçinin, onlara dualarının qəbul olacağını vəd etməzdi. Səhihi Müslimdə yer alan bir hədisi nəql etməklə bu mətləbin üzərindən keçirik:   “….və “de: Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” (Al-i İmran 61) ayəsi nazil olanda Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyni çağıraraq: “Allahım! Mənim əhli beytim bunlardır” dedi.” (Müslüm, “əs-Səhih”, 4/1871, Səhabənin fəziləti kitabı, hədis 2404) Bu ayədə övladlar və qadınlardan söz getsə də əziz Peyğəmbərimiz (s) yalnız dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa salmışdır ki, ümmətin qadınlarının ən seçilmiş nümunəsi həzrət Fatimə (ə) və müsəlman övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qurani-kərim onları Peyğəmbərə (s) mənsub etmişdir. Yəni onları Peyğəmbərin (s) oğulları kimi təqdim etmişdir və Quranın aşkar təbiri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. Özümüz kəlməsində isə Quran, həzrət Əlini (ə) Peyğəmbərin (s) özü kimi göstərmişdir. Ümumiyyətlə Xanım Zəhra haqqında olan mədhlərdən yazmaq istəsək çoxlu sayda kitablar ərsəyə gələcəkdir. Bütün bu xüsusiyyələri sadalamaqdakı məqsədimiz Allah Rəsulunun sonsuz məhəbbətlə ehtiram etdiyi, barəsində saysız hesabsız ayə və hədislərin olduğu bir şəxsin Peyğəmbərin (s) vəfatından sonra incidilməsi, ona əziyyət verilməsi və haqqı tapdalanması- bir sözlə Buxarinin də öz kitabında gətirdiyi “Cənnət xanımlarının ən üstünü”olan bir şəxsə tamamilə əks münasibət göstərilməsi hansı formada qəbul edilə bilər?! Əfsuslar olsun ki, hələ də bir sıra təəssübkeş insanlar bu Xanımın incidilməsini qəbul edə bilmirlər. Amma bizim sözümüz məzhəbindən asılı olmayaraq haqq sözü eşidib onu qəbul etməkdə heç bir tərəddüd etməyən insanlar üçündür. Tarixin ən acı səhifələrindən biri olan Peyğəmbərin (s) yadigarının bəzi müsəlmanlar tərəfindən əziyyət verilməsi hadisəsi bir sıra məlumatsız insanlarda müəyyən çaşqınlıq yaratmışdır. Onların əksəriyyəti bəzi səhabələrin Allah tərəfindən seçilmiş, məsum qərar verilmiş və sevilməyi vacib edilmiş bir şəxsə qarşı bu cür addımlar atdıqlarını qəbul edə bilməyiblər. Onları daim bu sual şübhəyə salmışdır: “Yəni səhabələrdən bir qismi xüsusi ilə də onlara( əhli sünnəyə) görə ən üstünləri belə bir cinayətə əl ata bilərlərmi? Məgər qəzəbi Allahın qəzəbi, razılığı Allahın razılığı olan bir şəxsi ( İbn Həcər Əsqəlani “Əl İsabə”, İbn Əsir “Usdul ğabə” , Hakim Nişaburi “Əl Mustədrək” ) qəzəbləndirməyin haram olduğunu bu səhabələr bilməyiblərmi? Allah Rəsulunun “Onu incidən məni incitmiş olar” hədisini dəfələrlə eşidən bu səhabələr məgər bu günahın nə qədər böyük olmasını başa düşməmişdilər? Əlbəttə bütün bu məsələlər tam obyektiv araşdırılarsa nəticə olaraq təəssüflə qeyd ediləcəkdir ki, tarixi dəlillərə əsasən Peyğəmbərdən(s) sonra bəzi səhabələr bu cinayətlərə əl atmışdılar. Deyilənləri isbat etmək üçün iki əsas mövzu üzərində dayanacıyıq: Şiə Elmi Araşdırmalar Mərkəzi www.Shia.az

Xanım Fatimeyi-Zəhra (s.ə) 11.01.2025

Fədək bütün bəhanələri puç etdi!

Xanım Zəhranın (s) qiyamı iki əsas istiqamətindən ibarət idi. Onlardan biri Əlinin (ə) vilayəti uğrunda, digəri Fədək bağı uğrunda mübarizə olub. Fədək Peyğəbərə (s) hədiyyə edilmiş bağ idi. Allahın əmrilə də Peyğəmbər (s) onu özünə götürmüşdür, yəni Allah bu bağın onun əmlakına keçməsini və beytül-mala qarışmamasını istəmişdi. Peyğəmbərimiz də (s) diriliyində onu xanım Fatimeyi-Zəhraya (s) hədiyyə etmişdi. Məqsəd də Əhli-Beytin (ə) o bağın gəlirlərindən istifadə etməsi və iqtisadi cəhətdən zəifləməmsi olub. Bu, Peyğəmbər (s) tərəfindən düşünülmüş bir addım idi. Xəlifə xilafətin ilk vaxtında bu bağı xanım Fatimeyi-Zəhranın (s) əlindən alır. Xanım Fatimeyi-Zəhra da (s) Fədək uğrunda mübarizə aparmağa başlayır. Xanım Fatimeyi-Zəhra (s) nəyə görə bir bağ üçün bu qədər mübarizə aparır? Məgər xanım Zəhra (s) üçün dünya malının bu qədər əhəmiyyəti var? Xeyr. Xanım əvvəlcədən bilirdi ki, Fədəyə görə onu çox ittiham edəcəklər və dünyapərəst adlandıracaqlar. Yuxarıda qeyd olunduğu kimi, xanım Zəhra (s) Əlinin (ə) vilayəti yolunda şəxsiyyətini xərclədi və Fədək mübarizəsi bunun bir nümunəsidir. Xanım Fatimeyi-Zəhra (s) Əlinin (ə) vilayəti yolunda abrını xərcləyir. Ona yağdırılacaq ittihamlardan xəbəri ola-ola xanım Zəhra (s) mübarizəyə başlayır, çünki Fədək məsələsində haqqı sübut və düşməni ifşa etmək daha rahat və asan idi. Xanım Zəhra (s) məscidə gedir və Fədəyi tələb edir. Bu bağın onun haqqı, Peyğəmbərin (s) ona verdiyi hədiyyəsi olduğunu və xəlifənin həmin bağı onun əlindən aldığını deyir. Onlar da bir hiylə işlədir və bağın beytul-mala qatıldığını, fəqirlərin də ondan faydalanacağını deyirlər. Düşmənin bu addımı düşünülmüş idi: onlar bununla xanım Zəhranın (s) rüsvay etməyə çalışırlar. Bu sözlərdən elə çıxırdı ki, onlar bağın gəlirlərini müsəlmanların mənafeyi üçün xərcləmək istəyir, həzrət Zəhra (s) isə öz mənafeyini güdərək buna razı olmur.. Halbuki, xanım Zəhra (s) Fədək mövzusuna başqa səbəbdən müraciət etmişdi. Vilayət mövzusuna müraciət olunardısa düşmən üçün mübarizəni xilafət davası kimi təqdim etmək asan olardı. Bugünkü şəraitdə vilayətin Əliyə (ə) məxsus olduğunu əqli və nəqli dəlillərlə sübut etmək asandır, lakin o zaman camaatın düşüncə səviyyəsi buna imkan vermirdi. Bəhanələr gətirirdilər ki, xəlifə Əlidən (ə) yaşlıdır, təcrübəlidir, idarəçiliyi daha yaxşı bacarır, Əli (ə) isə cavandır, bu işlərdən anlayışı azdır. Xilafəti bu bəhanələrlə qəsb etmişdilər. Fədək mübarizəsində isə bu bəhanlərə yer yox idi. Odur ki, xanım Fatimeyi-Zəhra (s) bu sadə mövzu ilə böyük mətləbləri çatdıra bilərdi. Ancaq bu yolda Həzrət Zəhra (s) üçün abır itirmək təhlükəsi çox idi ki, xanım Zəhra (s) da abırını təhlükəyə qoydu. Xanım Zəhra (s) dünyapərəstlikdə ittiham olunacağını nəzərə aldı və mübarizəyə qalxdı. Camaata bir şey anlatdı ki, vilayətin qəsbi bir yana, onlar Fatimənin (s) şəxsi əmlakını qəsb etdilər. Onlar bunun cavabında Peyğəmbərdən (s) saxta hədis nəğıl etdilər: “Peyğəmbərlər özlərindən sonra miras qoymurlar”. Xanım Fatimeyi-Zəhra (s) Qurandan bunun əksini sübut edən ayələr gətirdi. Quranda ayələr var ki, Süleyman atası Davuddan, Yəhya atası Zəkəriyyədən irs apardı. Bunu deməklə xanım Zəhra (s) camaata çatdırır ki, özlərinə xəlifə seçdiyi adamlar Qurandan xəbərsizdilər. Bu birinci addım idi. Daha sonra xanım Zəhra (s) sual qoyur: “Necə ola bilər ki, Peyğəmbər Qurana zidd söz desin?” Bununla da xanım sübut edir ki, mədinəlilərin özlərinə rəhbər seçdiyi şəxslər Peyğəmbərin (s) adına yalan bağlamağa belə hazırdılar. Bu da ikinci addım idi. Xanım Zəhra (s) Fədəyi bəhanə edib onları ifşa edir və tədricən vilayət mövzusuna keçir. Həzrət Fatimə (s) iddia qaldırı ki, onun malını əlindən almaq istəyirlər və öz haqqlığını sübut etmək üçün onlar sübut gətirməlidi, xanım yox. Onlar da imtina etdilər və onun dəlil gətirməsini istədilər. Xanım Zəhra soruşdu: “Eşitmisiz ki, Peyğəmbər buyurub : Fatimə Siddiqeyi-Kubradır (yəni doğru danışandır)?”. Dedilər: “Bəli!” Xanım Zəhra buyurudu: “Peyğəmbər mənim barəmdə bu sözü deyibsə, deməli mən yalan danışmaram. Amma siz mənə də yalan nisbəti verdiz”. Özünə şahid qismində Əli (ə) ilə Ummül-Əimməni çağırır. Ümmül-Əimmən də Peyğəmbərin (s) və xanım Zəhranın (s) evində xidmətçi olub. Ummul-Əimmən deyir: “Eşitmişik ki, Peyğəmbər (s) buyurub: “Fatimə cənnət xanımlarının xanımıdır”. Onlar da bu hədisi təsdiqlədilər. Necə ola bilər, cənnət xanımlarının xanımı özünə məxsus olmayan bir şeyi tələb eləsin? Xəlifə dedi: “O sözləri qoy qırağa mövzu üzrə danış”. Dedi: “Bəli, mən şahidəm! Peyğəmbər mənim barəmdə də buyurub ki, Ummul-Əimmən cənnət xanımlarındandır. Mən şahidəm ki, Peyğəmbər bu bağı Zəhraya hədiyyə etmişdi”. Bu birinci şahid idi. İkinci şahid də Əli (ə) idi. Həmin Əli (ə) ki, Peyğəmbər (s) onun barəsində buyurub: “Əli Haqq, Haqq Əliylədir.” Əli (ə) də şəhadət gətirəndən sonra, dedilər bir qadın və bir kişi şahidlik üçün kifayət deyil. Xanım Zəhra (s) bu addımı ilə də bunu göstərdi ki, bunlar Əlini (s) də yalançı sayırlar. Fatimənin (s) şahidləri müqabilində xəlifə Ömərlə Aişəni şahid gətirdi. Onalr da, Peyğəbbərdən (s) irs qoymamaq barədə hədisi eşitdiklərini təsdiqlədilər. Bu iki nəfərin şəhidliyi Əli (ə) ilə Ümmül-Əimmənin şahidliyindən üstün tutuldu. Xanım Zəhra (s) bildirdi ki, İslam tarixində ilk yalan şəhadəti onlar verdilər, yalan şəhadətin əsasını onlar qoydular. Vəziyyət bu yerə çatanda, xəlifə və tərəfdarları Fədəyin beytul-mala qatılacağını və müsəlmanların ixtiyarına buraxacağını dedilər. Yəni niyyətlərinin pis olmadığını göstərmək istədilər, camaat isə onlara inandı və aldandı. Camaat aldandığına görə məsuliyyət daşıyır? Bəli. Çünki, xanım Zəhranın (s) bu qədər dəlili müqabilində, onlar bir hiyləyə aldandılar. Xanım Fatimənin (s) onlara vəziyyəti başa salırdı, onlar isə etina etmirdi. Aldanmaqda mənfəət varsa camaat özünü aldatmağa meyilli olur. Batil heç zaman mömini aldada bilməz, batilə aldanan özü aldanmaq istəyir. Xanım Zəhra (s) mədinəlilərə özlərini tanıtdırır, eyblərini göstərir, onlar isə göz yumurlar və xanım Zəhranı (s) nəsihət edirlər: madam ki, bu bağ xeyriyyə işləri üçün istifadə olunacaq, fərqi nədir kimə məxsus olacaq. Camaat istəsə idi Haqqın müdafiəsinə qalxardı, ancaq onlar rahat yol seçdilər – aldanmaq yolunu. Odur ki, xanım Zəhraya (s) zülm edən 4-5 nəfər deyildi, həmin 4-5 nəfərin təmsil etdiyi cəmiyyət idi. Biz deyə bilmərik ki, fitnə-fəsad çıxdı və mədinəlilər çaşdı. Həzrət Fatimə (s) onlara durumu açıq-aydın anlatdıqdan sonra, hansı fitnədən, çaşqınlıqdan söhbət gedə bilər. Xalq haqqı başa düşmək istəmirdi, xalq zalımların arxasında durdu. Bu cür sadə yolla Həzrət Fatimə (s) Fədək bəhanəsi ilə batili ifşa etdi. Necəki, İmam Hüseyn (ə) Əli Əsğəri Kərbəlaya aparmaqla Yezid qoşununun iç üzünü açdı. Tutalım İmam Hüseyn (ə) batildi onu öldürdülər, axı altı aylıq uşağın nə günahı var idi ki, onu da öldürdülər? Əli Əsğərin şəhadəti düşüncəli insana haqqı qəbul etməməyə üzr yeri qoymur. Müsəlmanlar heç kafirlərin də altı aylıq uşağını öldürməzlər. Xanım Zəhra da (s) vilayət mövzusunda, Fədəyi bəhanə etdi ki, üzr yeri qoymasın. Xanım Zəhra diqqəti vilayət mövzusundan yayındırdı ki, Fədək bəhsindən keçsin vilayət bəhsinə. O, mədinəlilərin gözündən pərdələri çəkməyə müvəffəq oldu. Bu günə qədər Əlinin (ə) xəlifələrdən razı olduğunu deməyə bəhanə varsa, Həzrət Zəhra barədə bunu demək mümkün deyil. Zəhra (s) etiraz etdi və axıra qədər onlarla danışmadı və onlardan incik halda dünyadan köçdü.

Xanım Fatimeyi-Zəhra (s.ə) 11.01.2025

Zəhranın (ə) xütbəsinin əzəməti

Zəhranın (ə) xütbəsinin əzəməti Fatimeyi-Zəhranın (ə.s) məşhur və tarixi xütbəsinin tərcüməsindən istifadə edərək, Peyğəmbərin (s) pak sülaləsinə, ismət və şərəf ailəsinə vurğun olanlar üçün onun dərin mənaları ilə tanış edirik: Yaradanın tərif və sitayişi Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi. Həmd və sənadan sonra (tərif və şükrdən) sonra Şahidlik edirəm ki, bir olan, şəriki olmayan Allahdan başqa ibadət olunan (Allah) yoxdur. Bu elə bir kəlmədir ki, sədaqət və səmimiyyəti onun şərhi və izahı etmiş, onun dəlil-sübutunu bəşərin xasiyyətində, qəlbində əmanət qoymuş və onun mənasını, məfhumunu bəşərin fikir və düşüncəsində aydınlaşdırmışdır. Şükrlər edirəm o Allaha ki, gözlər Onu görə bilmir, dillər tərifində aciz qalır və fikirlər, duyğular Onun varlığının yüksəkliyinə çatmaq iqtidarında deyil. şükrlər olsun o Allaha ki, bütün varlıqları bir-birinə bənzəməyən halda yaratdı. Allahın varlığının sübuta yetirilmiş birliyi (tovhidi) Allah-təala Öz qüdrət əlilə hamıya varlıq xələti geydirdi – Öz iradəsi ilə onları yaratdı. Allah-təalanın bu varlıqları yaratmağa heç bir ehtiyacı yox idi, bu işdə heç bir faydanı da nəzərdə tutmurdu. Əksinə, bu yaranışdan bircə məqsədi var idi: öz hikmətini üzə çıxarmaq, sonsuz qüdrətini göstərmək və bəndələrini Ona itaət və ibadət yoluna dəvət etmək və bu dəvətini həmin əlamət və nişanların dəlil-sübutları işığında zəfərlə sona yetirmək… Sonra isə Ona olan itaətin əvəzində bəndələrinə əcr və savab vermək və onlara günahlarına görə cəza göndərmək… Peyğəmbərlik və onun zəruriliyi Şahidlik edirəm ki, atam Məhəmməd (s) Onun bəndəsi və peyğəmbəridir. Onu peyğəmbər təyin etməmişdən öncə seçdi və bu namizədliyə seçməzdən əvvəl adını qabaqkı peyğəmbərlərin ruhlarına və mələklərə bildirdi. Onu öz dəvətinin təbliğinə sövq etməzdən əvvəl bu vəzifəni yerinə yetirmək üçün seçdi. Bəli, bütün bunları etdi, özü də elə bir zamanda ki, camaat hələ qeyb dövründə gizlənmiş , vahimələr zülmətinin pərdəsi ilə əhatə olunmuş və gizlinliklər aləmində qalmışdı. Bu seçki Allahın elminin bütün işlərin son nəticəsindən xəbər verir. Onun bütün zamanları əhatə edən hadisələri bilməsini, bütün zaman və məkanlara bələd olmasını göstərir. Allah Məhəmmədi (s) seçdi ki, onun peyğəmbərliyi ilə Öz hikmət və qüdrətini tam olduğu kimi nümayiş etdirsin, hökmünü icra etsin və qəti iradəsinin nüfuzu artsın. Allahın seçilmiş peyğəmbəri (s) elə bir vaxtda peyğəmbərliyə çatdı və öz dəvətini yaymağa başladı ki, dünya əhlinin çoxu ayrı-ayrı dinlərin davamçıları kimi atəşgahlarda, məbədgahlarda günlərini bütlərə pərəstişdə keçirir və Allahı danırdılar. Cahilliyə dövrünə bir nəzər Belə bir zamanda Uca və Qüdrətli Allah Öz nəfsinin bərəkəti və atam Məhəmmədin (s) varlığındakı nuru ilə bəşərin qaranlıq fikir dünyasına işıq saçdı, ürəklərin və ağılların üfüqlərindən şübhə buludlarını dağıtdı, uzaqgörənliklə xislətləri basmış ilham tozunu sildi. Və o – Məhəmməd (s) camaat arasında irəli çıxdı ki, onlara rəhbərlik etsin, azdıqları yoldan döndərsin, gözlərindəki pərdələri aradan qaldırsın, inadlarından döndərsin. Peyğəmbər (s) bunların əvəzində insanlara uzaqgörənlik və gözüaçıqlığı, həyatı dərk etməyi öyrətdi, onları möhkəm dinə dəvət etdi və doğru yola yönəltdi. (Əzab-əziyyət və işkəncə günləri, təklik və kimsəsizlik dövrü ötdü. Bütün bu acılar şirinliyə qovuşdu və qələbə-uğur zamanı yetişdi. İslam Allahın vəd etdiyi yerə qədəm basdı və İslam cəmiyyəti yarandı. Peyğəmbərin (s) fədakar səy və təlaşları əbədiyaşar uğurlar qazandı, əzəmətli zəfərlə nəticələndi. Dünya dinləri tarixində İlahinin ən ali, ən yüksək məqamı öz hədəfinə çatdı, bəşərin əbədi və əzəli məqsədinə yol açıldı. Məhəmmədin (s) peyğəmbərliyi özünün ən yüksək mərhələsinə çatdı, arzular aşıb-daşdı, dünyanın gözləri Məhəmmədin (s) Mədinəsinə, fəth olunmuş Məkkəyə və Allahın Kəbəsinə dikildi, vəd olunmuş zaman gəlib çatdı.) Nəhayət, Allah-təala onu lütfü və mərhəməti üzündən Öz rəhmət ocağına çəkərək bu fani dünyanın müsibət və əzablarından qurtardı. Beləliklə, Məhəmməd (s) pak mələklərin mübarək dəstələrinə qoşuldu, Bağışlayan Tanrının yanına yetişdi və orada əbədi rahatlıq tapdı. Atamın ruhuna Allahın salavat və salamı, rəhmət və bərəkəti olsun! O, Allahın dünya xalqları içərisindən bəşəriyyət üçün seçdiyi peyğəmbəri (s) idi… Xütbənin bu yerində Fatiımənin (ə) həyəcanlı səsi titrədi, qəlbindən nalə və fəryad qopdu, Peyğəmbərin (s) – əziz atasının bu dünyadan köçməsinə görə ürəkdən acıdı, dərindən ah çəkdi. Sonra isə ürəkləri riqqətə gətirən bir tərzdə dedi: “Əfsus! Ey Allahın bəndələri, ey İslam bayraqdarları, ey din və vəhy daşıyıcıları! Siz Allahın ən inanılmış bəndələrindən və Onun birliyini başqa xalqlara təbliğ edənlərdənsiniz. Baxın, düşünün və agah olun ki, Allahın o həqiqi rəhbəri indi də sizin aranızdadır. Ləyaqət və qabiliyyətdə heç kim onun tayı-bərabəri deyil. Bundan əvvəl də sizinlə razılaşdırılmış qərara əsasən peyğəmbərliyin böyük davamçısı olan kəs rəhbərliyə təyin olunmuşdur… Bəli, bu, Allahın kitabıdır, danışan kitabdır – Qurani-Sadiqdir, işıq saçan nurdur, yayılan şüadır. Onun bəyanı uzaqgörənliyi artıran, sirlər aşkarlayandır, zahiri əlamətləri parlaq və gözqamaşdırıcıdır… Onun – bu müqəddəs kitabın ardıcılları dünya əhlinin həsədinə səbəb olmuşlar. Ona tabe olanları behiştə düşməyə yönəldir. Onun sözlərini eşidənlər bəlalardan xilas olur. Həmin Quran vasitəsilə Allahın nurani dəlil-sübutlarını, təsvir olunmuş fərmanları, aydın fikirləri dərk etmək mümkündür.” Allah hökmlərinin fəlsəfəsindən bir nümunə Allah-təala imanı dinsizlikdən qurtarmaq və mənəvi təmizlik üçün buyurdu. Namazı yersiz qürurdan, dikbaşlıqdan yaxa qurtarmaq üçün vacib saydı. Zəkatı ruhların paklığı və ruzini artırmaq üçün, orucluğu mənəvi təmizliyin sabitliyi üçün zəruri bildi. Həcci dinin əsaslarını möhkəmlətmək üçün, ədaləti səmimiliyi üçün, fərmanlara itaət etməyi İslam millətinin nizam-intizamı üçün, imamlıq və dini rəhbərliyi aramızda təfriqənin qarşısını almaq və əmin-amanlıq üçün, cihadı İslamın izzət və şərəfi və kafirlərin – düşmənlərin zilləti üçün, səbr və dözümü xeyirxah işlərə kömək üçün, İslamın qoyduğu qadağaları doğru yola dəvət üçün, ata-anaya yaxşılıq və hörməti Allahın qəzəbindən qorunmaq üçün, nəzir-niyaz verməyi əcəlin təxirə salınması və ömrün uzanması üçün, qisası qana hörmət üçün, niyyətə vəfanı insanlıq və haqqın əfvi üçün, çəkidə düzlüyü (alıcıları aldatmamağı) başqalarının haqqına xor baxmamaq üçün, mey içməyin qadağan edilməsini yaramazlıqdan uzaq olmaq üçün, töhmətdən uzaqlığı lənət qazanmamaq üçün, oğurluğu tərk etməyi namusu və mənliyi qorumaq üçün buyurmuşdur. İlahi qarşısında paklığın, əsl tovhidin və tovhidin sağlığının qəbulu üçün çoxallahlığı (bütpərəstliyi) insanlara rəva bilmədi. (Odur ki, Allahın buyurduqlarına tam ləyaqətlə əməl edin, Onun mömin bəndəsi olun. Olmaya-olmaya, qeyri-müsəlman kimi öləsiniz). Şərif ayədə deyildiyi kimi, “Allahın buyurduqlarına, qadağan etdiklərinə itaət göstərin ki, Allahın bəndələri arasında bilici və alimlər yalnız Ondan qorxanlardır.” Əsl mətləbə giriş Dan ulduzunun parlaq işığına, yeni doğan günəş şüalarına bənzəyən bu təkanverici sözlərdən sonra o böyük xanım xütbəsinin əsl mətləbinə keçərək dedi: “Ay camaat, bilin və agah olun ki, mən Fatiməyəm. Atam Məhəmməddir (s). Bir daha deyirəm, bundan qabaq da demişəm və dediyim sözlər doğrudur. Nə edirəmsə, qayda-qanundan xaric deyil. Ona görə ki, sizə öz aranızdan bir Peyğəmbər (s) gəldi. O, sizin əzabınızdan inciyirdi, sizi tərbiyə etmək üçün bərk çalışırdı. Möminlərə qarşı çox mərhəmətli və mehriban idi. Odur ki, əgər bunu nəzərə alsanız, anlayacaqsınız ki, o mənim atamdır, sizin arvadlarınızın atası deyil. Və mənim əmim oğlunun qardaşıdır. Sizin kişilərdən deyil. Necə bir iftixara səbəbdir! O, öz peyğəmbərliyini “xəbərdarlığı” ilə bildirdi və öz yolunu müşriklərin uçurumundan aralı saldı. Onların başlarını vurdu, boğazlarından yapışıb sıxdı və hikmət dili ilə, moizələri ilə Allah yoluna dəvət etdi. Bütləri dağıtdı, başçılarının başlarını elə əzdi ki, çoxu dağıldı və arxalarını meydana çevirərək qaçdı. Sübh gecənin pərdəsini yarıb çıxdı və haqqın parlaq siması üzündəki niqabı yerə atdı. Mütləq həqiqət və əsl haqq-ədalət göründü. Din başçısı sözə başladı və şeytansifət azğınların boğazları quruyub susdu. Yolun ortasından nifaq tikanları dağıldı, küfr və nifaq düyünləri açıldı. Və nəhayət, hamı o açıqürəkli, qarnıac dəstəyə qoşulub sədaqətlə dil açdı. Halbuki siz yanar çalanın qırağında fürsət axtaran adamyeyənlərin bir tikəsi idiniz. Hər yetən sizə bir təpik vururdu. Küçədəki gölməçələrdən çirkli su içir, ağacların yarpaqlarını yeyirdiniz. Alçaqlıq və yaramazlıq kölgəsi üstünüzü bürümüşdü. Qorxurdunuz ki, olmaya-olmaya sizi bir göz qırpımında bu adamlar arasından tapalar. Bütün bunlardan sonra (bu zillət və xiffətlərin, yolazma və dinsizliklərin arxasından) Allah-təala Öz iradəsilə sizləri atam Məhəmmədin (s) əlilə xilas etdi və doğru yola yönəltdi. Halbuki onun özü insansifət yırtıcılarla, canavar xislətli ərəblərlə və dikbaş Kitab əhli[31] ilə çarpışırdı. Onlar hər dəfə savaş alovunu qızışdırdıqda (o İlahi nurlarını söndürmək məqsədilə) Allah-təalanın Özü həmin atəşi söndürürdü. Haqsızlıq və günahların baş alıb getdiyi, məlun şeytanın hər an göründüyü, dinsiz əjdahaların dil çıxararaq alov püskürdüyü o çağlarda atam – Allahın Rəsulu (ə) dərhal öz əmisi oğlu Əlini (ə) o od püskürən əjdahalarla mübarizə üçün qabağa verdi. O da (əmisi oğlunun – qardaşının, rəhbərinin və müəlliminin əmri ilə) igidcəsinə irəli çıxır və bir göz qırpımında möhkəm yumruğu ilə əjdahanı əzib suyunu çıxarırdı. Özünün iti qılıncını həmin atəşi susdurmadan yerə qoymur, rahatlıq nə olduğunu bilmirdi. Axı o, haqq yolunda əzab-əziyyətlər görmüşdü, İlahi fərmanını yerinə yetirməkdə çox sınaqlardan çıxmışdı. O, Allahın Elçisinin (s) ən yaxın (hamıdan yaxın) qohumu, İlahini sevənlərin, övliyaların başçısı idi. Daim çalışıb-əlləşərdi. Eyni zamanda hər işə qarışar, ciddi öyüd-nəsihətlər verərdi. Siz isə o qorxulu çağlarda öz eyş-işrətinizlə məşğul idiniz. Rahatca, heç nəyə fikir vermədən gününüzü zarafat və keyfdə keçirirdiniz. Gözlərinizi zilləyib, qulaqlarınızı şəkləmişdiniz ki, nə vaxt bizim başımıza bir bədbəxtlik gələcəkdir. O məsuliyyətli günlərdə mübarizədən yayınır və haqq-ədalət, namus və şərəf uğrunda döyüşdən qaçırdınız. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron kitabxanasından istifadə olunub

İmam Əli (ə) 11.01.2025

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنکُمْ  فَإِن تَنَازَعْتُمْ فِی شَیْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن کُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْیَوْمِ الْآخِرِ ذَلِکَ خَیْرٌ وَأَحْسَنُ تَأْوِیلًا “Ey iman gətirənlər! Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun! Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. İslamın 4-cü əsrində yaşamış Əhli-Sünnənin Şafei məzhəbinin böyük hədis, tərcümeyi-hal və tarix alimi Əbu Əbdillah Məhəmməd bin Abdullah bin Məhəmməd Hakim Nişapuri (321 – 405 hq) özünün “əl-Müstədrək ələs-Səhiheyin” adlı hədis məcmuəsində yazır: أَخْبَرَنَا أَبُو أَحْمَدَ مُحَمَّدُ بْنُ مُحَمَّدٍ الشَّیْبَانِیُّ مِنْ أَصْلِ کِتَابِهِ، ثنا عَلِیُّ بْنُ سَعِیدِ بْنِ بَشِیرٍ الرَّازِیُّ، بِمِصْرَ، ثنا الْحَسَنُ بْنُ حَمَّادٍ الْحَضْرَمِیُّ، ثنا یَحْیَى بْنُ یَعْلَى، ثنا بَسَّامٌ الصَّیْرَفِیُّ، عَنِ الْحَسَنِ بْنِ عَمْرٍو الْفُقَیْمِیِّ، عَنْ مُعَاوِیَةَ بْنِ ثَعْلَبَةَ، عَنْ أَبِی ذَرٍّ رَضِیَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ: مَنْ أَطَاعَنِی فَقَدْ أَطَاعَ اللَّهَ، وَمَنْ عَصَانِی فَقَدْ عَصَى اللَّهَ، وَمَنْ أَطَاعَ عَلِیًّا فَقَدْ أَطَاعَنِی، وَمَنْ عَصَى عَلِیًّا فَقَدْ عَصَانِی Əbu Əhməd Şeybani öz kitabından mənə belə xəbər verdi: Hədis etdi mənə Əli bin Səid bin Bəşir ər-Rzai Misrdə, o da Həsən bin Həmmad əl-Həzrəmidən, o da Yəhya bin Yəəladan, o da Bəssam əs-Səyrəfidən, o da Həsən bin Əmr əl-Fuqeymidən, o da Müaviyə ibn Səələbədən, o da Əbu Zərdən ki, Həzrət  Peyğəmər (s) buyurdu: “Hər kəs mənə itaət etsə, həqiqətdə Allaha itaət edib. Hər kəs mənə üsyankarlıq etsə, həqiqətdə Allaha üsyankarlıq və günah edib. Və hər kəs Əliyə itaət etsə, mənə itaət etmişdir və hər kəs Əliyə üsyankarlıq etsə, həqiqətdə mənə üsyan və itaətsizlik edibdir”. Amma Buxari və Müslim bu hədisi kitablarında nəql etməyiblər). Hədisin qaynağı: Hakim Nişaburi, “əl-Müstədrək ələs-Səhiheyin”, c.3, s.131; Darul-Kutubul-Elmiyyə çapı. Hədisin sənəd baxımından hökmü: 1). Hakim Nişaburi: Bu hədisin isnadı səhihdir. 2). Şəmsuddin Zəhəbi: Hədis səhihdir. Mirməhəmməd Bəşir http://t.me/mirmehemmed_beshir

İmam Əli (ə) 11.01.2025

“Kərrəməllahu Vəchəhu”

Bu hörmət və ehtiram bildirən gözəl ifadəni, yəni “Kərrəməllahu Vəchəhu” sözünü Əhli-Sünnə alimləri qədim dövrdən İmam Əlinin (ə) adının ardınca işlədiblər. Digər səhabələr üçün isə “Rəziyəllahu Ənhu” (Allah ondan razı olsun) ifadəsini istifadə etmişlər. Şiələr isə İmam Əli (ə) və Peyğəmbər ailəsindən olan digər imamların adlarını deyəndə ardınca “əlyhis-səlam” (Allah ona salamı olsun) ifadəsini işlədirlər. Əhli-Sünnə alimlərinin bütün səhabələr üçün “Rəziyəllahu Ənhu” ifadəsini işlətdikləri halda təkcə İmam Əli (ə) üçün “Kərrəməllahu Vəchəhu” (Allah onu şərafətli, girami və əziz etsin) ifadəsini istifadə etməklərinin səbəbini bəzi araşdırmaçılar aşağıdakı kimi izah etmişlər: Birinci izah: İmam Əli (ə) heç vaxt bütə sitayiş və pərəstiş etməmişdir. Başqa sözlə desək İmam Əli (ə) bütün digər səhabələrdən bir çox üstünlüklərə malikdir ki, onların ən ümdəsi bunlardır: 1). İmam Əli (ə) uşaqlıqdan Peyğəmbərin (s) tərbiyəsi və elmi ilə qidalanıb və uşaqlığından Peyğəmbərə (s) ehtiram və itaət edib; 2). İmam Əli (ə) heç vaxt bütə siyayiş və pərəstiş etməyib və Allaha şərik qoşmayıb. Halbuki İslamdan öncə doğulan və sonradan İslamı qəbul edən bütün səhabələr bütə tapınmışlar və ya digər batil dinlərə xidmət etmişlər. Amma bu hal heç vaxt İmam Əlinin (ə) həyatında baş verməyib, o həzrət (ə) Allaha heç vaxt şirk qoşmayıb və hətta heç kim onun ən kiçik günah etdiyini belə görməyib. (Mömin Şiblənci, “Nurul-Əbsar”, s.156). 3). Peyğəmbər (s) heç bir səhabəni Əli (ə) qədər sevməyib; 4). Səhabələrin arasında heç kim Əli (ə) qədər şücaətli, elmli və digər üstün xüsusiyyətlərə malik olmayıb və s… Buan görə də “Kərrəməllahu Vəchəhu” ifadəsi dolayısı ilə Əhli-Sünnə alimlərinin etirafıdır buna ki: Peyğəmbərin (s) səhabələri arasında heç kim Əlidən (ə) üstün və fəzilətli deyil. (İbn Həcər Heytəmi, “əl-Fətava əl-Hədisiyyə”, c.1, s.41). İkinci izah: Bəzi araşdırmaçılar isə Əhli-Sünnə alimlərinin bu ifadəsini Qurani-Kərimin “mənim əhdim (imamət məqamı) zalimlərə çatmayacaq” (Bəqərə/14) və “və onlardan bəziləri özlərinə zülm edəndirlər” (Fatir/32) ayələri ilə əlaqələndiriblər və buradan yola çıxaraq bu ifadəni bir növ İmam Əlinin (ə) məsumluğuna və digər xəlifələrin xilafət məqamına İmam Əli (ə) qədər layiq olmadıqlarına dəlil kimi istifadə ediblər. Çünki bu ayələrə əsasən günahkar şəxs özünüə zülm etmiş sayılır və Allahın “əhdi” (imamət məqamı) zalimə çatmayacaq. Necə ki, Əhli-Sünnə alimləri İbn Həcər Heytəmi (əl-Fətava əl-Hədisiyyə, c.1, s.41) və Mömin Şiblənci (Nurul-Əbsar, s.156) bu ifadəni belə məna etmişlər: “Allah onu (Əlini) özündən başqasına tapınmaqdan qorudu”. Buradan da belə anlaşılır ki, İmam Əlini (ə) Allah-Taala seçib və günah etməkdən qoruyub və ona məsum kəslərə aid olan “imamət” məqamını vermişdir. Üçüncü izah: Əhli-Sünnə məzhəbinin hədis alimi, fəqihi və məzhəb imamı Əhməd bin Hənbəl bu ifadə barədə belə deyir (əl-Müsnəd, c.17, s.197) ki, Xeybər müharibəsində Həzrət Peyğəmbər (s) digər səhabələr məğlub qayıtdıqdan sonra bayrağı İmam Əliyə (ə) verərək buyurdu: “O bir kəsdir ki, Məhəmmədin (s) başını ucaltdı, girami və şərəfli etdi”. Bu hadisəyə görə Əhli-Sünnə alimləri digər səhabələr barədə “Allah razı olsun”, İmam Əli (ə) barədə isə “Kərrəməllahu Vəchəhu” ifadəsini işlədirlər. Qeyd: Bu ifadə bu günə qədər təkcə İmam Əli (s) barəsində istifadə edilib. Buna bütün əhli-sünnə alimləri etiraf ediblər. Təkcə müasir dövrdə Bin Baz kimi təkfirçi və nasibi vəhabi-sələfi “fətvager”ləri çox gülünc bir iddia ilə çıxış edərək bu ifadənin də şiələrin “bidət”i olduğunu deyiblər və bu ifadəni işlətmirlər. Çünki bütün əhli-sünnə alimlərin öz dövründə azğın və axmaq hesab etdiyi və vəhabi-sələfilərin şeyxi və Əhli-Beytə (ə) xüsusi düşmənçiliyi ilə fərqlənən İbn Teymiyyə yazdığı kitablarda bu ifadəni İmam Əli (ə) barədə işlətməyib. Hətta Ben Bazın şagirdi Məhəmməd Saleh əl-Münəccid (Movqiul-İslam, sualun və cavabun, c.9, s.101) keçmiş əhli-sünnə alimlərini bu ifadəyə görə nadan adlandırıb. (İlyas Qasımov, “İbn Teymiyyə, Sələfilərin imamı”, s.199).  /@mirmehemmed_beshir Mirməhəmməd Bəşir (wikishia.net)

İmam Əli (ə) 11.01.2025

İmam Əliyə (ə) dəvəni satan kim idi, alan kim? – Həqiqiq imanın 5 xüsusiyyəti və 3 təsiri

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) Qurani-Kərimdə möminlərin beş bariz sifətləri bəyan edilmişdir ki, onlardan üçü qəlb sifətləridir. İkisi isə zahiri sifətlərdir. Bu sifətlər ibarətdir: 1. Allahdan əqli cəhətdən qorxmaq. Möminin qəlbi Allahı yada salan zaman Onun böyüklüyünə və cəlal sifətlərinə görə titrəyər. Bu qorxunun sirri möminin qəlbinin Allahdan qeyrisindən boş olmasına görədir. Bu qorxu qəlbdə yəqinliyin yaranmasının zəminəsidir. 2. İmanın güclü olması. Mömin insan Quran oxuyan zaman imanının kəmiyyəti və keyfiyyəti artar. Çünki oxuduğu ayələr barəsində düşünər və təfəkkür edər. Möminin imanının Quran ayələri sayəsində güclənməsinin üç səbəbi vardır: a) Oxuduğu ayələrdə daha çox bürhanlar olar; b) Daha kamil və qüvvətli bürhanlar təqdim olunar; c) Bürhanla yanaşı onda şühud da olar ki, bu da imanın güclənməsinə gətirib çıxardar. 3. Allaha təvəkkül etmək. Həqiqi möminlər bütün işlərində ancaq Allaha təvəkkül edərlər. Çünki özlərinin nə qədər zəif olduqlarını yaxşı anlayırlar. Bütün işlərində ancaq Allaha söykənirlər. Allahdan başqa heç kəs onun ehtiyacını ödəyə bilməz. 4. Namaz qılmaq. İman möminin qəlbində sabit olandan sonra, kamal həddinə çatar. Bu cür bəndə Allaha müti və xaliscəsinə ibadət edər və namaz qılar. Nəinki özü namaz qılar, çalışar ki, ətrafında olan hər kəs namaz qılsın. 5. Allah yolunda infaq edər. Həqiqi möminlər Allahın onlara verdiyindən simiclik etməzlər. Öz ruzilərini və nemətlərini Allah yolunda xərcləyərlər. Fəqirlərin ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Onlar nəinki mallarından infaq edərlər, elm və biliklərindən də infaq edərlər. Həqiqi imanın təsirləri. Həqiqi imanın əslində 3 mühüm təsiri olar. 1. Behiştdə dərəcəyə malik olmaq. Həqiqi möminlər Qiyamət günü insanlar üçün iftixar mənbəyi olacaqlar. Çünki bu dərəcə fəzilətdir və dünyada olduğu kimi insanlara lovğalanmaq vasitəsi deyildir. 2. İlahi bağışlanmağa şamil olmaq. Həqiqi möminlər Qiyamət günü İlahi bağışlanmadan bəhrələnərlər. Əgər günahları vardırsa, Allah tərəfindən əfv olunarlar. 3. Kərim ruzidən bəhrələnərlər. Kərim ruzi dedikdə, o böyük nemətlər nəzərdə tutulur ki, heç bir eybə və nöqsana malik deyildirlər. Həqiqi möminlər o kəslərdir ki, Qiyamət günü bu cür ruzi onların intizarındadır. Kərim ruzi ancaq axirətə aid deyildir. Bu dünyada da həqiqi möminlərə verilər. Hədislərin birində oxuyuruq ki, Həzrət Zəhra (s.ə) İmam Əliyə (ə) bir köynək verir ki, İmam Həsən (ə) üçün bir şey alsın. İmam (ə) da bu köynəyi 6 dirhəmə satır. Ancaq bir yoxsula rast gəlir və pulu həmin şəxsə verir. Sonra bir nəfərə rast gəlir ki, dəvəsini nisyə olaraq 60 dirhəmə satırdı. Onu nəqd pul verən şəxsə 66 dirhəmə satır. Qərara alır ki, 60 dirhəmi dəvənin sahibinə qaytarsın. Ancaq nə qədər gəzirsə, həmin şəxsi tapa bilmir. Mövzunu Peyğəmbərə (s) danışır. Həzrət (s) ona buyurur: “O yoxsul ki, səndən bir şey istəyirdi və sən də pullarını ona bağışladın – behişt xəzinədarı Rizvandır. Dəvəni satan isə Mikayil (ə) idi. Dəvəni alan isə Cəbrayil (ə) idi”. Bu hadisə həyatda olan kərim ruzinin bir nümunəsidir. İman iki hissəyə bölünür: həqiqi və qeyri-həqiqi. Həqiqi iman əgər mömində meydana gələrsə, Allahdan qorxar. Quran ayələrini oxumaq və dinləməklə imanı artar. Bütün işlərində Allaha təvəkkül edər. Davamlı olaraq Allahla rabitədə olar. Ona görə də namaz qılar. Ona nəsib olan halal ruzidən yoxsullara infaq edər. Əgər insan belə imana malik olarsa, Allah yanında dərəcəyə malik olar. İkincisi Onun tərəfindən bağışlanar. Üçüncüsü isə kərim ruziyə sahib olar. (Hədənə/Deyerler.org/) Allah Təala bizlərə də bu tövfiqi nəsib etsin!

İmam Əli (ə) 11.01.2025

Qədir Xum xütbəsindən nümunələr

Yeganəlikdə ən üstün Yaradan, sitayişdə ən layiqli olan Allaha həmd olsun. Qədir Xum xütbəsindən nümunələr: اَلْحَمْدُ لِلَّهِ الَّذي عَلا في تَوَحُّدِهِ وَ دَنا في تَفَرُّدِهِ وَجَلَّ في سُلْطانِهِ وَعَظُمَ في اَرْكانِهِ، وَاَحاطَ بِكُلِّ شَيءٍ عِلْماً وَ هُوَ في مَكانِهِ وَ قَهَرَ جَميعَ الْخَلْقِ بِقُدْرَتِهِ وَ بُرْهانِهِ، حَميداً لَمْ يَزَلْ، مَحْموداً لايَزالُ (وَ مَجيداً لايَزولُ، وَمُبْدِئاً وَمُعيداً وَ كُلُّ أَمْرٍ إِلَيْهِ يَعُودُ). بارِئُ الْمَسْمُوكاتِ وَداحِي الْمَدْحُوّاتِ وَجَبّارُ الْأَرَضينَ وَ السّماواتِ، قُدُّوسٌ سُبُّوحٌ، رَبُّ الْمَلائكَةِ وَالرُّوحِ، مُتَفَضِّلٌ عَلي جَميعِ مَنْ بَرَأَهُ، مُتَطَوِّلٌ عَلي جَميعِ مَنْ أَنشَأَهُ. يَلْحَظُ كُلَّ عَيْنٍ وَالْعُيُونُ لاتَراهُ. Yeganəlikdə ən üstün Yaradan, sitayişdə ən layiqli olan Allaha həmd olsun. Onun səltənəti çox yüksək, Xilqət sütunları isə çox böyükdür. Onun bu böyüklüyü heç bir məkanı tutmur, Onun hər bir şeyə əhatəsi vardır. O, bütün məxluqlara Öz Qüdrəti və Burhanı ilə Qalibdir. O, həmişə Bəyənilmiş olub, olacaq da. Onun Böyüklüyü sona çatmayacaq. Bütün başlanğıclar və sonluqlar hamısı Onunlardır. O, göyləri Yaradan, yerləri Genişləndirən, hər bir şeyə Hakimdir. Allah yaratdıqlarının xüsusiyyətlərindən uzaq, Paklıqda da hər bir şeydən Üstündür. Mələklər və ruhun Pərvərdigarı Odur. Məxluqlara artıq ətalar edən, nemət verən də Odur. Bir baxışla hər bir şeyi Görən, lakin görünənlərin gözündən uzaqdır. كَريمٌ حَليمٌ ذُوأَناتٍ، قَدْ وَسِعَ كُلَّ شَيءٍ رَحْمَتُهُ وَ مَنَّ عَلَيْهِمْ بِنِعْمَتِهِ. لا يَعْجَلُ بِانْتِقامِهِ، وَلايُبادِرُ إِلَيْهِمْ بِمَا اسْتَحَقُّوا مِنْ عَذابِهِ. قَدْفَهِمَ السَّرائِرَ وَ عَلِمَ الضَّمائِرَ، وَلَمْ تَخْفَ عَلَيْهِ اَلْمَكْنوناتُ ولا اشْتَبَهَتْ عَلَيْهِ الْخَفِيّاتُ. لَهُ الْإِحاطَةُ بِكُلِّ شَيءٍ، والغَلَبَةُ علي كُلِّ شَيءٍ والقُوَّةُ في كُلِّ شَئٍ والقُدْرَةُ عَلي كُلِّ شَئٍ وَلَيْسَ مِثْلَهُ شَيءٌ. وَ هُوَ مُنْشِئُ الشَّيءِ حينَ لاشَيءَ دائمٌ حَي وَقائمٌ بِالْقِسْطِ، لاإِلاهَ إِلاَّ هُوَ الْعَزيزُالْحَكيمُ. جَلَّ عَنْ أَنْ تُدْرِكَهُ الْأَبْصارُ وَ هُوَ يُدْرِكُ الْأَبْصارَ وَ هُوَاللَّطيفُ الْخَبيرُ. لايَلْحَقُ أَحَدٌ وَصْفَهُ مِنْ مُعايَنَةٍ، وَلايَجِدُ أَحَدٌ كَيْفَ هُوَمِنْ سِرٍ وَ عَلانِيَةٍ إِلاّ بِمادَلَّ عَزَّوَجَلَّ عَلي نَفْسِهِ. O, Kərim, Həlim və Səbirlidir. Rəhməti dünyaşümul, Ətası isə minnət qoyar. İntiqamda tələsməz, əzaba layiqliləri cəzalandırmaqda Səbirli və Həlimdir. Batinlərə agah, sirləri Biləndir. Gizlinlər Ona aşkar, qaranlıqlar Ona aydındır. O, bütün varlıq aləminə Hakim və Əhatəlidir. Məxluqların qüdrəti Onun Qüdrətindəndir və hər bir varlığın istedadı Ona aiddir. Ona tay heç bir şey yoxdur, O, mövcudatı puçluq zülmətindən çıxaran Yaradandır. O, Cavidan, Diri və Ədalətlidir. Ondan başqa Pərvərdigar yoxdur, O, Əziz və Həkimdir. Gözlər onu dərk etməz, O, gözləri Dərk edəndir. Gizlinlərə Agah, bütün əməlləri Biləndir. Heç kəs Onu vəsf etmək qüdrətinə malik deyil, Onun Özündən başqa heç kəs Onun kim olduğunu dəqiq anlaya bilməz. O, Özü Yol göstərib Tanıdandır. وَأَشْهَدُ أَنَّهُ الله ألَّذي مَلَأَ الدَّهْرَ قُدْسُهُ، وَالَّذي يَغْشَي الْأَبَدَ نُورُهُ، وَالَّذي يُنْفِذُ أَمْرَهُ بِلامُشاوَرَةِ مُشيرٍ وَلامَعَهُ شَريكٌ في تَقْديرِهِ وَلايُعاوَنُ في تَدْبيرِهِ. صَوَّرَ مَا ابْتَدَعَ عَلي غَيْرِ مِثالٍ، وَ خَلَقَ ما خَلَقَ بِلامَعُونَةٍ مِنْ أَحَدٍ وَلا تَكَلُّفٍ وَلاَ احْتِيالٍ. أَنْشَأَها فَكانَتْ وَ بَرَأَها فَبانَتْ. فَهُوَالله الَّذي لا إِلاهَ إِلاَّ هُوالمُتْقِنُ الصَّنْعَةَ، اَلْحَسَنُ الصَّنيعَةِ، الْعَدْلُ الَّذي لايَجُوُر، وَالْأَكْرَمُ الَّذي تَرْجِعُ إِلَيْهِ الْأُمُورُ. وَأَشْهَدُ أَنَّهُ الله الَّذي تَواضَعَ كُلُّ شَيءٍ لِعَظَمَتِهِ، وَذَلَّ كُلُّ شَيءٍ لِعِزَّتِهِ، وَاسْتَسْلَمَ كُلُّ شَيءٍ لِقُدْرَتِهِ، وَخَضَعَ كُلُّ شَيءٍ لِهَيْبَتِهِ. مَلِكُ الْاَمْلاكِ وَ مُفَلِّكُ الْأَفْلاكِ وَمُسَخِّرُالشَّمْسِ وَالْقَمَرِ، كُلٌّ يَجْري لاَِجَلٍ مُسَمّي. يُكَوِّرُالَّليْلَ عَلَي النَّهارِ وَيُكَوِّرُالنَّهارَ عَلَي الَّليْلِ يَطْلُبُهُ حَثيثاً. قاصِمُ كُلِّ جَبّارٍ عَنيدٍ وَ مُهْلِكُ كُلِّ شَيْطانٍ مَريدٍ. Şəhadət verirəm ki, O, Allahdır. O, başdan-başa dünyanın və həyatın Pakı, Əbədi Nuru ilə doldurandır. Məsləhətçisiz və fərmanlarının icra olunduğu, Qüdrətli şəriksiz, yardımçısız və hər bir şeyi sahmana salandır. Heç kəs Ona oxşamaz. O, köməkçisi olmadan, zəhmətə düşmədən, çarə axtarmadan bütün dinayaya varlıq Bəxş edəndir. Dünya Onun vücudu hesabına yaranmış, Onun fərmanı ilə həyata qədəm qoymuşdur. Belə isə O, Misilsiz bir məbud olan Allahdır. Onun Yaradan olması Möhkəm, yaratdıqları isə gözəldir. Heç bir zülmü rəva bilməyən Hakim, bütün işlərin Ona sarı qayıtdığı Kərimdir. Onun Əzəməti qarşısında təzim olunası, İzzəti müqabilində ram, Qüdrətinə təslim, Heybətinə və Böyüklüyünə ehtiramın vacib olan Allah olduğunu şəhadət verirəm. Varlıqların Padşahı, fələkləri İdarə edən, hər birinin bir işə qulluq etdiyi Günəş və Ayı fırladan, Allah Odur. O, gecə pərdəsini gündüzə, tələsərək gecənin ardınca qaçan gündüzü gecəyə bürüyəndir. Bütün inadkar zalımlara baş əydirən və qovulmuş şeytanı məhv edən Odur. لَمْ يَكُنْ لَهُ ضِدٌّ وَلا مَعَهُ نِدٌّ أَحَدٌ صَمَدٌ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفْواً أَحَدٌ. إلاهٌ واحِدٌ وَرَبٌّ ماجِدٌ يَشاءُ فَيُمْضي، وَيُريدُ فَيَقْضي، وَيَعْلَمُ فَيُحْصي، وَيُميتُ وَيُحْيي، وَيُفْقِرُ وَيُغْني، وَيُضْحِكُ وَيُبْكي، (وَيُدْني وَ يُقْصي) وَيَمْنَعُ وَ يُعْطي، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلي كُلِّ شَيءٍ قَديرٌ. يُولِجُ الَّليْلَ فِي النَّهارِ وَيُولِجُ النَّهارَ في الَّليْلِ، لاإِلاهَ إِلاّهُوَالْعَزيزُ الْغَفّارُ. مُسْتَجيبُ الدُّعاءِ وَمُجْزِلُ الْعَطاءِ، مُحْصِي الْأَنْفاسِ وَ رَبُّ الْجِنَّةِ وَالنّاسِ، الَّذي لايُشْكِلُ عَلَيْهِ شَيءٌ، وَ لايُضجِرُهُ صُراخُ الْمُسْتَصْرِخينَ وَلايُبْرِمُهُ إِلْحاحُ الْمُلِحّينَ. اَلْعاصِمُ لِلصّالِحينَ، وَالْمُوَفِّقُ لِلْمُفْلِحينَ، وَ مَوْلَي الْمُؤْمِنينَ وَرَبُّ الْعالَمينَ. الَّذِي اسْتَحَقَّ مِنْ كُلِّ مَنْ خَلَقَ أَنْ يَشْكُرَهُ وَيَحْمَدَهُ (عَلي كُلِّ حالٍ). Ona tay yoxdur və O, heç kəsə tay olmaz. O, doğulmamışdır və heç kəs Ondan doğulmaz. Ona bərabər bir kimsə yoxdur. Pərvərdigar Yeganə və Əzəmətlidir. İstədiyi iş yerinə yetər. İradə etdiyi zaman hökm edər. Bilən və Hesablayandır. Öldürən, Yaşadan və həyat Verəndir. Ehtiyaclı və ehtiyacsız Edəndir. Güldürən və Ağladandır. Yaxınlaşdırıb və uzaqlaşdırandır. Qadağan və Əta edəndir. Ondan başqa Padşah yoxdur. Bütün sitayişlər Onun üçündür. Xeyirlər Onun ixtiyarındadır. O, hər bir şeyə Qadirdir. Gecəni gündüzə, gündüzü gecəyə çevirəndir. Ondan başqa heç bir Məbud yoxdur. Dəyərli və Bağışlayandır. Duaları qəbul edən, ətaları çoxaldandır. Nəfəsləri sayandır. Mələkləri və insanları Yaradandır. Heç bir şey Onun üçün çətin deyil, fəryad edənləri fəryadı israr edənlərin israrı Onu narahat etməz. Salehləri qoruyar, sadiqlərə dost olar, möminləri ixtiyar sahibi edən dünyaların Pərvərdigarı Odur. O, bütün hallarda həmdə layiq Yaradan Allahdır. أَحْمَدُهُ كَثيراً وَأَشْكُرُهُ دائماً عَلَي السَّرّاءِ والضَّرّاءِ وَالشِّدَّةِ وَالرَّخاءِ، وَأُومِنُ بِهِ و بِمَلائكَتِهِ وكُتُبِهِ وَرُسُلِهِ. أَسْمَعُ لاَِمْرِهِ وَاُطيعُ وَأُبادِرُ إِلي كُلِّ مايَرْضاهُ وَأَسْتَسْلِمُ لِماقَضاهُ، رَغْبَةً في طاعَتِهِ وَ خَوْفاً مِنْ عُقُوبَتِهِ، لاَِنَّهُ الله الَّذي لايُؤْمَنُ مَكْرُهُ وَلايُخافُ جَورُهُ. Ona çox şükürlər edib, əbədi təşəkkürümüzü söyləyirik. Şadlıqda, qüssədə, rahatlıq, çətinlik, asayişdə Ona, Onun mələklərinə, göndərdiyi rəsullarına iman gətirib, Onun fərmanına tabe olub itaət edirik. Onun dərgahına, Onun razılığını qazanmağa, hökmlərinə təslim olmağa tələsirik. Çünki Ona itaət etməyə şövqlü, əzabından qorxuruq. Ona görə ki, O, məkrindən heç kəsin amanda qalmadığı, Ədalətindən şübhə olunmayan Allahdır (çünki O, zülm etməyəndir). وَأُقِرُّلَهُ عَلي نَفْسي بِالْعُبُودِيَّةِ وَ أَشْهَدُ لَهُ بِالرُّبُوبِيَّةِ، وَأُؤَدّي ما أَوْحي بِهِ إِلَي حَذَراً مِنْ أَنْ لا أَفْعَلَ فَتَحِلَّ بي مِنْهُ قارِعَةٌ لايَدْفَعُها عَنّي أَحَدٌ وَإِنْ عَظُمَتْ حيلَتُهُ وَصَفَتْ خُلَّتُهُ – لاإِلاهَ إِلاَّهُوَ – لاَِنَّهُ قَدْأَعْلَمَني أَنِّي إِنْ لَمْ أُبَلِّغْ ما أَنْزَلَ إِلَي (في حَقِّ عَلِي) فَما بَلَّغْتُ رِسالَتَهُ، وَقَدْ ضَمِنَ لي تَبارَكَ وَتَعالَي الْعِصْمَةَ (مِنَ النّاسِ) وَ هُوَالله الْكافِي الْكَريمُ. Özümün Allaha bəndə olduğuma iqrar edir və Onun pərvərdigarlığına şəhadət verirəm. Onun mənə vəhy etdiyini yerinə yetirirəm. Çünki, əgər onu yerinə yetirməsəm, Onun tərəfindən mənə elə bir əzabın nazil olmasından qorxuram ki, heç kəs böyük bir tədbir töksə də və o şəxsin məhəbbəti xalis olsa da belə, o əzabın qarşısını ala bilməz. Ondan başqa heç bir Məbud yoxdur. Çünki, Allah mənə göstəriş vermişdir ki, əgər Əlinin haqqında mənə nazil olanı (fərmanı) sizə çatdırmasam, Onun fərmanını çatdırmamışam. Həmçinin O, məni xalqın şərrindən qorumağa zamin olubdur və Allah Kifayətedici və Kərimdir. فَأَوْحي إِلَي: (بِسْمِ الله الرَّحْمانِ الرَّحيمِ، يا أَيُهَاالرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ – في عَلِي يَعْني فِي الْخِلاَفَةِ لِعَلِي بْنِ أَبي طالِبٍ – وَإِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَالله يَعْصِمُكَ مِنَ النّاسِ). مَعاشِرَالنّاسِ، ما قَصَّرْتُ في تَبْليغِ ما أَنْزَلَ الله تَعالي إِلَي، وَ أَنَا أُبَيِّنُ لَكُمْ سَبَبَ هذِهِ الْآيَةِ: إِنَّ جَبْرئيلَ هَبَطَ إِلَي مِراراً ثَلاثاً يَأْمُرُني عَنِ السَّلامِ رَبّي – وَ هُوالسَّلامُ – أَنْ أَقُومَ في هذَا الْمَشْهَدِ فَأُعْلِمَ كُلَّ أَبْيَضَ وَأَسْوَدَ: أَنَّ عَلِي بْنَ أَبي طالِبٍ أَخي وَ وَصِيّي وَ خَليفَتي (عَلي أُمَّتي) وَالْإِمامُ مِنْ بَعْدي، الَّذي مَحَلُّهُ مِنّي مَحَلُّ هارُونَ مِنْ مُوسي إِلاَّ أَنَّهُ لانَبِي بَعْدي وَهُوَ وَلِيُّكُمْ بَعْدَالله وَ رَسُولِهِ. وَقَدْ أَنْزَلَ الله تَبارَكَ وَ تَعالي عَلَي بِذالِكَ آيَةً مِنْ كِتابِهِ (هِي): (إِنَّما وَلِيُّكُمُ الله وَ رَسُولُهُ وَالَّذينَ آمَنُواالَّذينَ يُقيمُونَ الصَّلاةَ وَيُؤْتونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ)، وَ عَلِي بْنُ أَبي طالِبٍ الَّذي أَقامَ الصَّلاةَ وَ آتَي الزَّكاةَ وَهُوَ راكِعٌ يُريدُالله عَزَّوَجَلَّ في كُلِّ حالٍ. Allah Taala belə vəhy etmişdir: “Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamışsan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. Ey camaat! Mən Allahın mənə nazil etdiyi (göstərişi) sizə çatdırmaqda səhlənkarlıq etməmişəm və mən bu ayənin nazil olmasının səbəbini sizin üçün bəyan edirəm: Cəbrayıl (ə) üç dəfə mənə nazil olaraq, Pərvərdigarım tərəfindən məni bu məkanda toplantı qurmağa və hər bir ağ və qara dərili insana Əli İbn Əbu Talibin mənim qardaşım, ümmətim üçün mənim canişinim və məndən sonra rəhbər (imam) olduğunu elan etməyə məmur etdi. Əlinin mənə olan nisbəti Harunun Musa üçün olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra bir peyğəmbər məbus olmayacaqdır. O, Allah və Onun peyğəmbərindən sonra sizin ixtiyar sahibinizdir. Allah Taala bu barədə öz kitabında mənə belə bir ayə nazil etmişdir: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir..” (Maidə/55) (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Həzrət Əlinin (ə) rüku halında üzük bağışlamasıdır). وَسَأَلْتُ جَبْرَئيلَ أَنْ يَسْتَعْفِي لِي (السَّلامَ) عَنْ تَبْليغِ ذالِكَ إِليْكُمْ – أَيُّهَاالنّاسُ – لِعِلْمي بِقِلَّةِ الْمُتَّقينَ وَكَثْرَةِ الْمُنافِقينَ وَإِدغالِ اللّائمينَ وَ حِيَلِ الْمُسْتَهْزِئينَ بِالْإِسْلامِ، الَّذينَ وَصَفَهُمُ الله في كِتابِهِ بِأَنَّهُمْ يَقُولُونَ بِأَلْسِنَتِهِمْ مالَيْسَ في قُلوبِهِمْ، وَيَحْسَبُونَهُ هَيِّناً وَ هُوَ عِنْدَالله عَظيمٌ. وَكَثْرَةِ أَذاهُمْ لي غَيْرَ مَرَّةٍ حَتّي سَمَّوني أُذُناً وَ زَعَمُوا أَنِّي كَذالِكَ لِكَثْرَةِ مُلازَمَتِهِ إِيّي وَ إِقْبالي عَلَيْهِ (وَ هَواهُ وَ قَبُولِهِ مِنِّي) حَتّي أَنْزَلَ الله عَزَّوَجَلَّ في ذالِكَ (وَ مِنْهُمُ الَّذينَ يُؤْذونَ النَّبِي وَ يَقولونَ هُوَ أُذُنٌ، قُلْ أُذُنُ – (عَلَي الَّذينَ يَزْعُمونَ أَنَّهُ أُذُنٌ) – خَيْرٍ لَكُمْ، يُؤْمِنُ بِالله وَ يُؤْمِنُ لِلْمُؤْمِنينَ) الآيَةُ. Ey cammat! Mən Cəbrayıldan xahiş etdim ki, Allahdan məni bu mühüm sözü xalqa çatdırmaqda üzürlü hesab etməsini istəsin. Çünki təqvalıların sayının azlığından, münafiqlərin çoxluğundan, irad tutanların fəsada bais olmasından və İslam (dinini) ələ salanların hiyləsindən xəbərdaram. Allah Taala onları Öz kitabında belə vəsf edir ki: Onlar dildə qəlblərində olmayanları deyir və bu işi kiçik sayırlar. Bir halda ki, bu iş Allah Taala dərgahında çox böyükdür. Münafiqlər məni dəfələrlə inciltdikləri üçün bu işdən boyun qaçırırdım. Allah Taala Onun (Əlinin) əksər vaxtlar mənimlə birgə olub, mənə qarşı meylli olduğu və mənim etimadımı kəsb etdiyi üçün bu barədə (bu ayələri) nazil etdi: “Onların bəziləri Peyğəmbəri incidir və “o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir”, Allahın Peyğəmbərini incidənlər üçün ağrılı bir əzab olacaqdır. وَلَوْشِئْتُ أَنْ أُسَمِّي الْقائلينَ بِذالِكَ بِأَسْمائهِمْ لَسَمَّيْتُ وَأَنْ أُوْمِئَ إِلَيْهِمْ بِأَعْيانِهِمْ لَأَوْمَأْتُ وَأَنْ أَدُلَّ عَلَيْهِمُ لَدَلَلْتُ، وَلكِنِّي وَالله في أُمورِهمْ قَدْ تَكَرَّمْتُ. وَكُلُّ ذالِكَ لايَرْضَي الله مِنّي إِلاّ أَنْ أُبَلِّغَ ما أَنْزَلَ الله إِلَي (في حَقِّ عَلِي)، ثُمَّ تلا: (يا أَيُّهَاالرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ – في حَقِّ عَلِي – وَ انْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَالله يَعْصِمُكَ مِنَ النّاسِ Əgər mənə bu (hörmətsizliyi edənlərin) adlarını çəkmək, onları tanıtdırmaq və (özlərinə xas) əlamətlərlə onlara işarə etmək istəsəm, bunu yerinə yetirməyə qadirəm. Lakin and olsun Allaha ki, mən onların bu hörmətsizliyi qarşısında alicənablıqla rəftar etmişəm. Bütün (bu ərz etdiyim sözlərdən) sonra mənə Əlinin haqqında nazil olmuş (göstərişi) çatdırmayınca, Allah Taala məndən razı qalmaz. Daha sonra Həzrət Peyğəmbər(s) bu ayəni oxudu: “Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. فَاعْلَمُوا مَعاشِرَ النّاسِ (ذالِكَ فيهِ وَافْهَموهُ وَاعْلَمُوا) أَنَّ الله قَدْ نَصَبَهُ لَكُمْ وَلِيّاً وَإِماماً فَرَضَ طاعَتَهُ عَلَي الْمُهاجِرينَ وَالْأَنْصارِ وَ عَلَي التّابِعينَ لَهُمْ بِإِحْسانٍ، وَ عَلَي الْبادي وَالْحاضِرِ، وَ عَلَي الْعَجَمِي وَالْعَرَبي، وَالْحُرِّ وَالْمَمْلوكِ وَالصَّغيرِ وَالْكَبيرِ، وَ عَلَي الْأَبْيَضِ وَالأَسْوَدِ، وَ عَلي كُلِّ مُوَحِّدٍ. ماضٍ حُكْمُهُ، جازٍ قَوْلُهُ، نافِذٌ أَمْرُهُ، مَلْعونٌ مَنْ خالَفَهُ، مَرْحومٌ مَنْ تَبِعَهُ وَ صَدَّقَهُ، فَقَدْ غَفَرَالله لَهُ وَلِمَنْ سَمِعَ مِنْهُ وَ أَطاعَ لَهُ. مَعاشِرَالنّاسِ، إِنَّهُ آخِرُ مَقامٍ أَقُومُهُ في هذا الْمَشْهَدِ، فَاسْمَعوا وَ أَطيعوا وَانْقادوا لاَِمْرِ(الله) رَبِّكُمْ، فَإِنَّ الله عَزَّوَجَلَّ هُوَ مَوْلاكُمْ وَإِلاهُكُمْ، ثُمَّ مِنْ دونِهِ رَسولُهُ وَنَبِيُهُ الُْمخاطِبُ لَكُمْ، ثُمَّ مِنْ بَعْدي عَلي وَلِيُّكُمْ وَ إِمامُكُمْ بِأَمْرِالله رَبِّكُمْ، ثُمَّ الْإِمامَةُ في ذُرِّيَّتي مِنْ وُلْدِهِ إِلي يَوْمٍ تَلْقَوْنَ الله وَرَسولَهُ….. “Ey camaat…Allah mənim ixtiyar sahibim, mövlam və mən də möminlərin ixtiyar sahibi, mövlasıyam. Mən möminlərə onların özündən daha yaxınam. Beləliklə, mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol. Ey camaat, qiyamət günü mən sizin qarşınızda olan halda yol gedəcəyəm və sizin hamınız eni Dəməşqin Busra şəhəri ilə Yəmənin Səna şəhərinin arası qədər olan Kövsər hovuzunun kənarına gələcəksiniz. O hovuzda ulduzların sayı qədər qədəhlər vardır. Orada siz mənim yanıma gələn zaman mən sizdən dünyadan gedərkən əmanət qoyduğum o iki əmanət haqqında soruşacağam ki, görüm siz onlarla necə davranmısınız? Onlardan biri Allahın kitabı Qurandır. O, uca Allahla sizin aranızda bir rabitədir. Onun göstərişlərinə əməl edin ki, yolunuzdan azmayasınız və müsəlmanlığınızı əldən verməyəsiniz. İkincisi isə İtrətim, Əhli Beytimdir. Allah mənə bildirmişdir ki, Allahın kitabı və Əhli Beytim qiyamətəcən bir-birindən ayrılmayacaq, beləliklə də Kövsər hovuzunun kənarında mənə birləşəcəklər. “Burada olanlar sözlərimi burada olmayanlara çatdırsınlar”.

İmam Əli (ə) 11.01.2025

Qədir Xum Bayramı və bu günün əməlləri haqda izahlı məlumat

“Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığınından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır. Qədir-Xum bayramının və bu böyük və müqəddəs günün əməlləri ilə tanış olaq və görək bu gün hansı əməllərin yerinə yetirilməsi müqəddəs şəriətimiz tərəfindən lazım, məqsədə uyğun və daha çox fəzilətlidir. Bu mövzuda söhbət açmamışdan qabaq bir-neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırmağı zəruri və lazım bilirəm: 1).Qədir-Xum bayramı günü üçün tövsiyə olunan əməllərdən məqsəd Peyğəmbərin (s) sünnətindən və bu gün üçün nəzərdə tutulmuş müstəhəb və bəyənilmiş əməllərdir. Bu müstəhəb əməllər Peyğəmbər (s) və o həzrətin (s) əhli-beytindən məsum imamlar (ə) tərəfindən çox saylı rəvayətlərdə bu günümüzə gəlib çatmışdır ki, biz bu rəvayətləri öz növbəsində sıra ilə bəyan edəcəyik, inşaəlla-təala. 2). Biz dini qaynaqlarımıza nəzər saldıqda görürük ki, bu gün üçün çox sayda savab və fəzilətli əmllər mövcuddur. Bu isə onu göstərir ki, “Qədir-Xum”günü əzəmətli, İslam tarixində böyük əhəmiyyətə və həlledici rola malik bir gün kimi özünə yer tutmuşdur. İslam dinində heç bir gün üçün nə qədər mühüm və müqəddəs bir gün olsada belə, bu sayda əməl, ayin, savab və fəzilət mövcud deyildir. Dini qaynaqlarda “Qurban, Fitir, Ərəfə və Mübahələ” kimi mübarək günlər üçün müxtəlif sayda savab və fəzilətli əməllər mövcuddur, lakin bu əməllərin hamısını bir yerə toplasaq da belə, bu əməllərin sayı “Qədir –Xum bayramı üçün bəyan olunmuş əməllərin sayına çatmayacaqdır. 3). “Qədir-Xum” bayramının ikinci mühüm xüsusiyyəti, bu gün üçün bəyan olunmuş əməllərin daha geniş dairə və əhatəyə malik və demək olar ki, bütün sahələri əhatə etməsidir. Bu günün əməllərində insan həyatının buütün sahə və mərhələləri üçün gərəkli olan əməl və səciyyəvi xüsusiyyətlərdən ən azı bir müstəhəb əməl nəzərdə tutulmuşdur. İbadətdən tutmuş ictimai və siyasi əməllərə kimi, eyibsiz, nöqsansız və kamil şəkildə bəyan olmuşdur. Hansı ki, bu əməllərin icrası insan hüquqlarının bərabərliyi, insanların səadət və xoşbəxtliyi və onların sülh və əmin-amanlıqla dolu bir həyat yaşamasına zamindir. Başqa sözlə ifadə etsək, bu əməllərin əhatə dairəsi o qədər genişdir ki, İslam dininin kamilliyi Qədir-Xum güzgüsündə tam olaraq öz əksini tapmışdır. 4). “Qədir-Xum” günün üçüncü fərdi xüsusiyyəti budur ki, bu gün üçün nəzərdə tutulmuş əməllərin fəzilət, savab və üstünlüyü özünəməxsusdur və başqa günlər və əməllər üçün belə bir fəzilət və savab qeyd olunmamışdır və demək olar ki, bu günün əməllərinin savabı və fəziləti mübarək Ramazan ayının əməllərinin savab və fəzilətindən də çoxdur. Mərhum Mirzə Cavad Ağa Təbrizi (allah rəhmət etsin) buyurmuşdur: “Qədir-Xum günü üçün bəyan olunmuş fəzilətlər, Mübarək Ramazan ayı üçün buyurulmuş fəzilətlərdən daha çoxdur”. Qədir-Xum gününün əməllərini deyərkən bu fəzilətlərdən bəzilərinə işarə edəcəyik. 5). Soruşula bilər ki, nəyə görə Qədir-Xum günü üçün bu qədər çox sayda əməl və fəzilət bəyan olunmuşdur? İmam Sadiq (ə) bu sualın cavabında buyurur: “Buna görə ki, bu əməlləri yerinə yetirməklə bu günü əzəmətli, böyük və mübarək bir gün kimi qeyd edəsən”. İmam Sadiq (ə) bu kəlamı ilə iki məsələyə işarə edir: 1. – Qədir-Xum günü ehtiram və əzəmətlə və Qədir-Xum sahibinə layiq olaraq yad edilməlidir. 2. – Qədir-Xum gününün yad edilməsi bu günün özünəməxsus əməlləri ilə həyata keçirilməlidir. İndi isə bu mubarək günün bəzi əmlləri ilə tanış olaq: 1. Oruc tutmaq: Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir. İmam Əli (ə) buyurur: “Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”. Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz. Yenədə o həzrət (ə) buyurur: “… Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”. İmam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı: “Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”. Yenədə o həzrət buyurur: “Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”. 2. İftar vermək: Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır. Möminlərin ağası İmam Əli (ə) buyurur: “Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”. Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu: ” (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”. (az fasilədən) sonra sözünə belə davam etdi: “Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”. Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur. Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı. 3. Qardaşlıq: Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar: “Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”. Bax elə buna əsasəndə qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır. Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır: İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir: “Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”. Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”. 4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək). İmam Sadiq (ə) buyurdu: “Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ” 5. Təzə və pak libas geyinmək: İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”. Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi. 6. Təbrik: Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir. Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!” İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”. İmam Rza (ə) buyurdu: ” (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” . 7. Təbəssüm: İmam Rza (ə) buyurdu: “… Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”. 8. Xoş həyat: Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər. İmam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”. 9. Bayram etmək: İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı. 10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək: Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”. İmam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin. 11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək): Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir. İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” . Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar. 12. Ziyarət: Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür: 1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin iki bərabərini azad edir” . Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir . 2). Ümumi ziyarətlər: Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur: *- Əminəllah ziyarətnaməsi: السَّلامُ عَلَيْکَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَي عِبَادِهِ السَّلامُ عَلَيْکَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْهَدُ أَنَّکَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِيِّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَ آلِهِ حَتَّي دَعَاکَ اللَّهُ إِلَي جِوَارِهِ فَقَبَضَکَ إِلَيْهِ بِاخْتِيَارِهِ وَ أَلْزَمَ أَعْدَاءَکَ الْحُجَّةَ مَعَ مَا لَکَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلَي جَمِيعِ خَلْقِهِ اللَّهُمَّ فَاجْعَلْ نَفْسِي مُطْمَئِنَّةً بِقَدَرِکَ رَاضِيَةً بِقَضَائِکَ مُولَعَةً بِذِکْرِکَ وَ دُعَائِکَ مُحِبَّةً لِصَفْوَةِ أَوْلِيَائِکَ مَحْبُوبَةً فِي أَرْضِکَ وَ سَمَائِکَ صَابِرَةً عَلَي نُزُولِ بَلائِکَ [شَاکِرَةً لِفَوَاضِلِ نَعْمَائِکَ ذَاکِرَةً لِسَوَابِغِ آلائِکَ‏] مُشْتَاقَةً إِلَي فَرْحَةِ لِقَائِکَ مُتَزَوِّدَةً التَّقْوَي لِيَوْمِ جَزَائِکَ مُسْتَنَّةً بِسُنَنِ أَوْلِيَائِکَ مُفَارِقَةً لِأَخْلاقِ أَعْدَائِکَ مَشْغُولَةً عَنِ الدُّنْيَا بِحَمْدِکَ وَ ثَنَائِکَ پس پهلوي روي مبارک خود را بر قبر گذاشت و گفت: اللَّهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْکَ وَالِهَةٌ وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْکَ شَارِعَةٌ وَ أَعْلامَ الْقَاصِدِينَ إِلَيْکَ وَاضِحَةٌ وَ أَفْئِدَةَ الْعَارِفِينَ مِنْکَ فَازِعَةٌ وَ أَصْوَاتَ الدَّاعِينَ إِلَيْکَ صَاعِدَةٌ وَ أَبْوَابَ الْإِجَابَةِ لَهُمْ مُفَتَّحَةٌ وَ دَعْوَةَ مَنْ نَاجَاکَ مُسْتَجَابَةٌ وَ تَوْبَةَ مَنْ أَنَابَ إِلَيْکَ مَقْبُولَةٌ وَ عَبْرَةَ مَنْ بَکَي مِنْ خَوْفِکَ مَرْحُومَةٌ وَ الْإِغَاثَةَ لِمَنِ اسْتَغَاثَ بِکَ مَوْجُودَةٌ [مَبْذُولَةٌ] وَ الْإِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِکَ مَبْذُولَةٌ [مَوْجُودَةٌ] وَ عِدَاتِکَ لِعِبَادِکَ مُنْجَزَةٌ وَ زَلَلَ مَنِ اسْتَقَالَکَ مُقَالَةٌ وَ أَعْمَالَ الْعَامِلِينَ لَدَيْکَ مَحْفُوظَةٌ وَ أَرْزَاقَکَ إِلَي الْخَلائِقِ مِنْ لَدُنْکَ نَازِلَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ إِلَيْهِمْ وَاصِلَةٌ وَ ذُنُوبَ الْمُسْتَغْفِرِينَ مَغْفُورَةٌ وَ حَوَائِجَ خَلْقِکَ عِنْدَکَ مَقْضِيَّةٌ وَ جَوَائِزَ السَّائِلِينَ عِنْدَکَ مُوَفَّرَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ مُتَوَاتِرَةٌ وَ مَوَائِدَ الْمُسْتَطْعِمِينَ مُعَدَّةٌ وَ مَنَاهِلَ الظِّمَاءِ [لَدَيْکَ‏] مُتْرَعَةٌ اللَّهُمَّ فَاسْتَجِبْ دُعَائِي وَ اقْبَلْ ثَنَائِي وَ اجْمَعْ بَيْنِي وَ بَيْنَ أَوْلِيَائِي بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ إِنَّکَ وَلِيُّ نَعْمَائِي وَ مُنْتَهَي مُنَايَ وَ غَايَةُ رَجَائِي فِي مُنْقَلَبِي وَ مَثْوَايَ و در کامل الزيارة بعد از اين زيارت اين فقرات نيز مسطور است: أَنْتَ إِلَهِي وَ سَيِّدِي وَ مَوْلايَ اغْفِرْ لِأَوْلِيَائِنَا وَ کُفَّ عَنَّا أَعْدَاءَنَا وَ اشْغَلْهُمْ عَنْ أَذَانَا وَ أَظْهِرْ کَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا وَ أَدْحِضْ کَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَي إِنَّکَ عَلَي کُلِّ شَيْ‏ءٍ قَدِيرٌ *- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur. 13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq: İamam Sadiq (ə) buyurur: “Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”. Qədir-Xum bayramının gözəl adətlərindən biri də budur ki, müsəlmanlar bu gündə ev-eşiklərini bəzəyib və təzə libaslar geyinməklə bu günə əsil bayram əhval-ruhiyyəsi bəxş etsinlər, və başqa bayramlarla müqayisədə daha çox şadyanalıq etsinlər, çünki Qədir-Xum bayramı bayramların şahıdır. Bu əməlin böyük fəzilət və savabı vardır. İmam Rza (ə) buyurur: “Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”. 14. Təşəkkür: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”. 15. Sədəqə vermək: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”. 16. Peyğəmbər (s) və əhli-beytə (ə) salam və salavat göndərmək: İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd اللهمّ صَلِّ عَلي مُحمّد و آل محمّد 17. Qonaqlıq: Qədir-Xum günü möminlərə qonaqlıq vermək və ziyafət süfrəsinə dəvət etməyin böyük əhəmiyyət və savabı vardır. İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”. İmam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”. 18. İbadət: İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”. 19. Ətir vurmaq: Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər. 20. Saleh əməl etmək: Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir. 21. Qüsl vermək: Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər. 22. Möminlərin xahiş və istəyini həyata keçirmək: İmam Sadiq (ə) buyurur:”Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”. 23. Kömək etmək: Fəqir, zəif və ehtiyacı olanlara kömək etmək, Qədir-Xum sahibinin bu gün üçün xüsusi sifarişlərindəndir. O həzrətin (ə) göstərişinə əsasən gərək varlılar kasıblara, güclülər zəiflərə kömək etsinlər. Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər. İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”. Bu hədisdən iki mühüm nöqtəyə toxunulur: 1. Qədir gününün əhəmiyyəti və dəyərinə görə borc almaq başqa vaxtlarda bəyənilmiş bir iç olmsada bu gün üçün isə sifariş olunmuşdur. 2. “Həqqün-nas” yəni başqalarını haqqını mənimsəyən adam heç vaxt Allah-taala tərəfindən bağışlanılmır, lakin Allah-taala borclun şəxsin borcu Qədir-xum günü başqasına kömək etmək üçün aldığına onu bağışlayır, yəni onun borcunu qiyamət günü borc sahibini razı salmaqla, geri qaytarmış hesab edir. 24. Əfv və güzəşt etmək: Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır. 25. Gülərüzlü olmaq: İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”. 26. Müsavat və bərabərlik: Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”. 27. Əllə salamlaşmaq: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”. 28. Mehribançılıq: İmam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır. 29. Namaz: Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır. Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən. *Qədir gününün namazı: Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur. *Qədir məscidinin namazı: İmam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır” . 30. Dua: Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318). 31. Yaxşılıq və ehsan: Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır. İmam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin” . 32. Hədiyyə vermək: İmam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”. Başqa bir hədisdə buyurur: “Allahın nemətlərini bir-birinizə hədiyyə edin, necə ki, Allah-taala sizə bağışlayıbdır”. İmam Rza (ə) buyurur: “Bu gün (qədir-xum) dini qardaşlarınıza hədiyyə verin!”. Rəvayətlərdə var ki, İmam Rza (ə) qədir-xum bayramında bəzi səhabələrinin ailəsinə yemək, buğda, təzə libas, üzük və ayaqqabı göndərədi. 33. Toplanış və Yığıncaq: Müsəlmanların bir yerə toplaşması qədir-xum gününün əsas əməllərindən biri sayılır. Bu dini-siyasi hökm Allah-taala tərəfindən müsəlmanların birliyini və bir-birləri ilə əlaqələrinin möhkəmliyinin qorunub saxlanması üçün əmr olunubdur. İmam Əli (ə) buyurur: “Qədir-xum günü bir yerə toplaşın ki, Allah-taala sizin işlərinizin nizama salınmasında və problemlərinizin həll olunmasında sizə yardımçı olsun”.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...