Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Alimlərdən sitatlar 24.02.2025

ƏRBƏİN ziyarətini oxuduqdan sonra iki rəkət (hacət) namazı qılın

“ƏRBƏİN ziyarətini oxuduqdan sonra iki rəkət (hacət) namazı qılın, namazdan sonra yerinizdən qalxmadan Allahdan özünüzə və digərlərinə xeyir və məsləhət olanı istəyin ki, dualarınız qəbul olacaq”, İnşaallah. Ayətullah Cavadi Amuli (İlahi, məsləhətimiz və xeyirmiz nədədirsə, barəmizdə ona hökm et, biz Sənin məsləhətinə razıyıq)

Müsəlmanın həyat tərzi 24.02.2025

Sosial şəbəkələrdə itirilən zaman

Sosial şəbəkələrdə itirilən zaman Bu gün insanların ən böyük itkilərindən biri pul yox, zamandır. Çünki itirilən pul geri qazana bilər, amma keçən bir saniyə belə heç vaxt geri qayıtmır. Təəssüf ki, bu gün bir çox insan saatlarla sosial şəbəkələrdə məqsədsiz şəkildə vaxt keçirir. Bir videodan digərinə, bir paylaşımından başqasına keçərək fərqinə varmadan saatlarını sərf edir. Günün sonunda isə nə yeni bir elm öyrənib, nə ibadətini artırıb, nə də həyatına faydalı bir iş görüb. Allah-Taala Qurani-Kərimdə buyurur: “And olsun əsr! Həqiqətən, insan ziyan içindədir. Yalnız iman gətirənlər, saleh əməl edənlər, bir-birlərinə haqqı və səbri tövsiyə edənlər istisnadır.” (Əsr surəsi, 1–3) Diqqət edin, Allah bu surədə zamana and içir. Bu da göstərir ki, zaman insanın ən qiymətli sərvətidir. Əgər onu faydasız işlərə sərf etsək, Quranda buyurulduğu kimi ziyan edənlərdən olarıq. Peyğəmbəri-Əkrəm (s) buyurur: “İki nemət var ki, insanların çoxu onların qədrini bilmir: sağlamlıq və asudə vaxt.” Asudə vaxt bizə verilmiş böyük bir fürsətdir. Bu fürsəti elm öyrənməyə, Qurani-Kərim oxumağa, ailəmizə vaxt ayırmağa, insanlara faydalı olmağa sərf etmək əvəzinə saatlarla telefonda keçirsək, bunun peşmanlığını bir gün mütləq çəkəcəyik. Nəhcül-bəlağə kitabının 21-ci hikmətli kəlamında İmam Əli (ə) buyurur: “Fürsətlər buludlar kimi ötüb keçir. Odur ki, yaxşı işlər görmək üçün fürsətləri qənimət bilin.” Gəlin özümüzə sual verək: Bu gün telefona sərf etdiyim vaxtın nə qədəri mənə dünya və axirətdə fayda verəcək? Əgər cavab “çox az”dırsa, deməli həyatımızda dəyişiklik etməyin vaxtıdır. Allah bizə ömrümüzü Ona itaətdə, faydalı elmdə və xeyirli əməllərdə keçirməyi nəsib etsin. Amin.  

Könül oxşayan Hədislər 24.02.2025

And içməmək və içdirməmək

And içməmək və içdirməmək İmam Rza (ə): Hər kim (borcunu ödəyə bilməyən) borclunu hakimin (dövlət məhkəməsi/şəriət qazisi) hüzuruna gətirərsə, onun (məcbur qalıb yalandan) and içəcəyini nəzərə alaraq, Allahın adına yalandan and içilməsinin qarşısını almaq və izzət və cəlal sahibi olan Allahın ehtiramını saxlayaraq bu işdən (borclunu məhkəməyə verməkdən) əl çəkərsə (and içdirməyib onu buraxarsa), Allah-taala Qiyamət günü onun üçün Həzrət İbrahim Xəlilullahın (a.s) məqamından başqa bir məqama razı olmaz. مَنْ قَدَّمَ غَرِيماً لَهُ إِلَى السُّلْطَانِ، وَ هُوَ يَعْلَمُ أَنَّهُ يَحْلِفُ لَهُ، فَتَرَكَهُ تَعْظِيماً لِلَّهِ جَلَّ وَ عَزَّ، لَمْ يَرْضَ اللَّهُ لَهُ يَوْمَ الْقِيَامَةِ إِلَّا بِمَنْزِلَةِ إِبْرَاهِيمَ الْخَلِيلِ (ع). 📚Fiqhur-Rza (ə), s.257, bab.38. ✍Hədisdəki incə məqam odur ki, alacaqlı borclunun Allahın müqəddəs adına yalan and içəcəyini (və ya böyük bir günaha batacağını), yaxud adi bir dünyəvi iş və dünya malı üçün Allahın adının andda hallanacağını bildikdə, Allah adının əzəməti və böyük ehtiramını nəzərə alaraq öz haqqından keçir və onu and içməyə məcbur etmir. Bu alicənablıq insanı ilahi dərgahda Həzrət İbrahimin (ə) məqamına — “Xəlilullah” (Allahın dostu) dərəcəsinə ucaldan ali əxlaq kimi qiymətləndirilir. P.S: Bu hədis bir nümunədir. İstənilən yerdə əgər bilirsənsə, qarşı tərəflə bir az da çənə vursan, Allahın adına and içəcək, hətta doğruya and içsə belə, bu işdən vaz keçmək, qarşı tərəfi and içməyə vadar etməmək, Allah adının dünya işinə alət olmasına bais olmamaq, insanın məqamını “Xəlilullah” dərəcəsinə qaldırır. @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 23.02.2025

Borc verməyin savabı

“Borc verməyin mükafatı (savabı) sədəqənin mükafatından on səkkiz qat artıqdır. Çünki borc sədəqə almaq üçün şəxsiyyətini alçaltmayan (və ya sədəqə istəməyə xəcalət çəkən) alicənab və nəcib şəxsə çatır”. أَنَّ أَجْرَ الْقَرْضِ‏ ثَمَانِيَةَ عَشَرَ ضِعْفاً مِنْ أَجْرِ الصَّدَقَةِ لِأَنَّ الْقَرْضَ يَصِلُ إِلَى مَنْ لَا يَضَعُ نَفْسَهُ لِلصَّدَقَةِ لِأَخْذِ الصَّدَقَةِ. Fiqhur-Rza (ə), s.256, bab: 38. Borc verməyin savabı buna görə on səkkiz dəfə daha çoxdur ki, borc verməklə həm bir şəxsin problemini həll edir və sıxıntısını azaldırsan və həm də şərəfini, heysiyyətini, ləyaqətini və abırını qoruyursan və bundan əlavə ona məişət məsələlərində öz ayağı üstə durmağa, gəlirlərini və dolanışığını nizama salmasına kömək etmiş olursan. Çünki bir adam davamlı şəkildə sədəqə ilə dolanarsa, həm buna adət edir, həmişə gözləyir ki, kimsə onun üçün nəsə etsin və həm də hec vaxt cəmiyyətə xeyirli olacaq yetkin bir şəxsiyyətə çevirilmir, daima başqalarına yük olaraq yaşayır. Əlbəttə işləmək üçün heç bir imkanı olmayanlar, qocalar, azyaşlı yetimlər və azyaşlı yetim saxlayan xanımlar, ağır xəstələr və bu kimi kateqoriyada olan insanlar bu izahdan müstəsna edilir və onlara mütləq maddi və mənəvi dəstək (hər ikisi sədəqə sayılır) verilməlidir. @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 23.02.2025

Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq.

İslam Peyğəmbəri (s) buyurur: “Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-Taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir-bərəkət bürüyər)!” (“Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh.465. Heydərabad çapı.)

Könül oxşayan Hədislər 23.02.2025

Allah onun əli ilə ölmüş yer üzünü yenidən dirildib canlandıracaq

İmam Hüseyin (ə) buyurur: “…Allah onun əli ilə ölmüş yer üzünü yenidən dirildib canlandıracaq, sonra müşriklərin xoşuna gəlməsə də, haqq dini digər dinlərə qalib edəcək. Onun üçün bir qeyb dövrü olacaq ki, bəziləri dindən dönəcək, bəziləri isə sabit qalacaqlar. Bilin ki, qeyb dövründə təkzib və əziyyətlərə səbir edənlərin mükafatı Rəsulullahın (s) yanında qılıncla cihad edən mücahidlər kimidir.” (“Kəmalud-din”, c. 1, fəsil 30, hədis 3, səh.584.)

Alimlərdən sitatlar 23.02.2025

Ölülərin səsini heyvanlar da eşidir

Ölülərin səsini heyvanlar da eşidir Həzrət Peyğəmbər (s) buyurur: إنَّ المَوتَى ليُعذَّبونَ في قبورِهِم (عذابا)، حتَّى إنَّ البهائمَ لتسمعُ أصواتَهُم “Həqiqətən, ölülər qəbirlərində (elə bir) əzaba məruz qalarlar ki, hətta heyvanlar belə onların (fəryad) səslərini eşidər.” – (Albani, “Səhihul-cameus-səğir və ziyadətuhu”, hədis:3741 (əl-Məktəbətul-İslami, Beyrut, 1408 hq, ç.3). Oxşar bir hədis buyurur: يُعَذَّبُونَ فِي قُبُورِهِمْ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ Həzrət Peyğəmbər (s) başqa bir hədisə buyurur: لَولا أن لا تَدافَنوا لَدَعَوتُ اللهَ أن يُسمِعَكُم مِن عَذابِ القَبرِ “Əgər (dəhşətdən) bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, qəbir əzabından [bəzi səsləri] sizə də eşitdirməsi üçün Allaha dua edərdim.”  (Heysəmi, “Məcməuz-zəvaid”, c.3, s.56, hədis:4291). Bu hədis “Sahih-i Müslim” (Kitabul-Cənnə, hədis 2868 – Zeyd ibn Sabit və Ənəs ibn Malikdən) və Əhməd ibn Hənbəlin “Müsnəd”ində və Nəsainin “Sünən”ində eyni sözlərlə qeyd olunmuşdur. P.S: məntiqi nəticə: Ölülərin axirət aləmində fəryad etmələri üçün dilləri varsa, deməli eşitmək üçün qulaqları da var. Əgər onların səsini heyvanlar eşidirsə və lazım gələrsə, peyğəmbər (s) bizə də eşitdirə bilərdisə, deməli, onlar da bu dünyada baş verənləri icazəli olduqları halda görə və eşidə bilirlər. Belə isə Allahın yanında sevimli olan şəxslərin və saleh insanların qəbrinə ziyarətə getməyin, onlara salam verməyin və onlardan dua etmələrini xahiş etməyin heç bir problemi yoxdur. Çünki onlar Allah yanında uca məqam sahibdirlər, bizi görür və eşidir, arzularımızı Allaha çatdırır və qəbulu üçün dua edirlər. @mirmehemmed_beshir

Arşdırmalar 23.02.2025

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti Mənbə: Şeyx Abbas Qummi, Müntəhəl-Amal; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45; Seyid ibn Tavus, əl-Lühuf fi Qətlə’t-Tufuf. İmam Hüseynin (ə) kiçik qızı Həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, Həzrət Rüqəyyə (ə) şəhadətə yetdiyi zaman üç-dörd yaşında idi və hicri-qəməri 61-ci ilin Səfər ayının 5-də Şam şəhərində əsirlikdə ikən şəhadətə çatmışdır. Onun Dəməşq şəhərində yerləşən müqəddəs məqbərəsi şiələrin məşhur ziyarətgahlarındandır. Həzrət Rüqəyyənin (ə) şəhadəti Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə (ə) Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində yuxuda atasını görür. Yuxudan oyandıqdan sonra atasını yanında görmədikdə ağlamağa başlayır və deyir: «Atam haradadır? Mənim atamı gətirin». Nə qədər təsəlli versələr də, sakitləşmir. Əhli-beyt (ə) əsirləri də onun naləsinə qoşularaq ağlayırlar. Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. Rəvayətə görə, Yezid hadisədən xəbər tutduqda İmam Hüseynin (ə) mübarək başının Həzrət Rüqəyyənin (ə) yanına aparılmasını əmr edir. Balaca Rüqəyyə (ə) atasının başını bağrına basır, onunla dərdləşərək deyir: «Atacan! Kaş mən sənə fəda olaydım və sənin mübarək saqqalının qana boyandığını görməyəydim». O qədər ağlayır ki, huşunu itirir və az sonra şəhadətə çatır. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş öz köynəyi ilə kəfən edib Şam xarabalığında dəfn edirlər. Mənbə: Nasixut-Təvarix (sonrakı tarix mənbələri). Həzrət Rüqəyyə (ə) dəfn olunan gecə Həzrət Ümmü-Gülsüm çox ağlayırdı. O deyirdi ki, keçən gecə Rüqəyyə (ə) ona belə demişdi: «Bibican! Bu şəhərdə mənim kimi əsir olan başqa uşaq varmı? Nə üçün bizə çörək və su vermirlər?» Mədinədə Həzrət Rüqəyyəyə (ə) əza məclisi Mənbə: Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Şeyx Müfid, əl-İrşad. Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıtdıqdan sonra matəm məclisləri təşkil etdilər. Onların qəm və kədəri o qədər böyük idi ki, uzun müddət normal həyatlarına qayıda bilmədilər. Mənbə: İbn Quləveyh, Kamilüz-Ziyarat; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 46; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Seyid ibn Tavus İmam Sadiqdən (ə) nəql edir ki, İmam Zeynəlabidin (ə) atasının müsibətinə qırx il ağladı. Hər dəfə qarşısına su və ya yemək gətiriləndə buyururdu: «قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ جَائِعًا، قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ عَطْشَانًا» «Allah Rəsulunun (s) oğlunu ac öldürdülər, Allah Rəsulunun (s) oğlunu susuz öldürdülər.» Bu sözləri deyərək göz yaşları su və yeməyə qarışana qədər ağlayardı. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix, s. 507. Mədinə əhalisi hər gün Əhli-beytin (ə) evinə gələrək başsağlığı verirdi. Həzrət Zeynəb (ə) Kərbəla, Kufə və Şam hadisələrini danışarkən Həzrət Rüqəyyəni (ə) xatırlayır və buyururdu: «Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.»

Könül oxşayan Hədislər 23.02.2025

Sizə kişilərin ən pisindən xəbər verimmi?

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم “Sizə kişilərin ən pisindən xəbər verimmi?” Dedilər: بَلَى يَا رَسُولَ اَللَّهِ “Bəli, ey Allahın Rəsulu!” Həzrət buyurdu: إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ “Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır): 1. böhtançı; 2. söyüşcül; 3. tək-tənha yemək yeyən; 4. yaxşılığını əsirgəyən; 5. köləsini döyən; 6. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.” (“Əl-kafi”, c.2, səh.292.)

Pak sülalə 23.02.2025

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb?

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb? Übeydullah ibn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin (ə) boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı. Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir: 1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır. 2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur. 3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir. Mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Pak sülalə 23.02.2025

Bəşir ibn Əmr əl-Həzrəmi

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən sonda və Bəni-Haşimdən öncə şəhid olan iki nəfərdən biridir. Çox vəfalı və bəsirətli bir kişi idi. Bəşir İmam Hüseynin (ə) karvanına Aşuradan bir neçə gün öncə Kərbəlada qoşuldu. O, Reydə əsirlikdə və həbsdə olan oğlunun sorağına gedəcəkdi. Buna görə də İmam Hüseyn (ə) ondan beyətini götürdü və gedə bilərsən dedi. Amma o özünü beyətdən azad etmədi və imamını tək buraxmayaraq dedi: “Əgər səni tək qoyarsam, yırtıcılar məni diri-diri yesinlər! Mən gedim?! Getmək üçün səndən minik istəyim?! Səni bu az əshabınla tək qoyum, özüm isə asudə xatirlə geri qayıdım?! Yox, heç vaxt bu belə olamayacaq! “ Aşura günü bütün əshab şəhid olmuşdu. Təkcə iki nəfər qalmışdılar. O iki nəfərdən biri Bəşir idi. İmamdan (ə) döyüşmək üçün icazə aldı. Düşmənlərə hücum çəkdi. İlk döyüşdə şəhid oldu. Mübarək məzarı Kərbəlada İmam Hüseynin (ə) ayaq tərəfində şəhidlərin ümumi

Pak sülalə 23.02.2025

Həbib ibn Məzahir əl-Əsədi (r)

Həbib ibn Məzahir əl-Əsədi (r) Həbib ibn Məzahir əl-Əsədi İmam Hüseynin (ə) ən sadiq və tanınmış səhabələrindən idi. O, Bəni Əsəd qəbiləsinə mənsub idi və İslamın ilk dövrlərində Peyğəmbər Məhəmmədi (s) görərək onun səhabələri sırasında yer almışdı. Həbib ömrünü Quranın öyrənilməsinə, ibadətə və Peyğəmbər (s) Əhli-beytinə məhəbbət yolunda keçirmişdi.Pe yğəmbərin (s) vəfatından sonra o, həmişə haqqın yanında oldu. İmam Əlinin (ə) xilafəti dövründə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində onun ordusunda vuruşdu və İmamına sədaqət göstərdi. Daha sonra İmam Həsənin (ə) imamətini qəbul etdi və Əhli-beyt yolundan bir an belə ayrılmadı.Ye zid hakimiyyətə gəldikdən sonra Kufə əhalisi İmam Hüseyni (ə) şəhərə dəvət etdi. Həbib ibn Məzahir də İmamı Kufəyə çağıran möminlərdən idi. Lakin Übeydullah ibn Ziyad Kufəyə hakim təyin edildikdən sonra şəhərdə güclü təzyiq və təqiblər başladı. Buna baxmayaraq, Həbib fürsət taparaq gizli şəkildə Kufədən çıxıb Kərbəlaya çatdı və İmam Hüseynin (ə) karvanına qoşuldu.Mə hərrəmin doqquzuncu və onuncu gecəsində Həbib bütün varlığı ilə İmamın yanında idi. O, digər səhabələrlə birlikdə son ana qədər beyətinə sadiq qalacağını bildirdi və şəhadəti böyük bir şərəf hesab etdiyini söylədi.Aş ura günü İmam Hüseyn (ə) onu ordunun sol cinahına rəhbər təyin etdi. Həbib əvvəlcə düşmənə nəsihət etdi, Peyğəmbərin (s) nəvəsinə qarşı qılınc qaldırmamağa çağırdı. Lakin haqq sözü qəbul edilmədikdə, böyük şücaətlə döyüş meydanına atıldı. Yaşının çox olmasına baxmayaraq, misilsiz cəsarət göstərərək düşmən sıralarını yarır, İmamını müdafiə edirdi.Nə hayət, uzun döyüşdən sonra düşmən onu mühasirəyə aldı. O, aldığı ağır yaralar nəticəsində şəhadətə qovuşdu. İmam Hüseyn (ə) onun mübarək cəsədi üzərinə gəlib buyurdu:«S əni Allahın rəhməti əhatə etsin. Sən fəzilətli və Quranla ünsiyyətdə olan bir insan idin.»Hə bib ibn Məzahir ömrünün son anına qədər imamına sədaqət göstərərək Kərbəla məktəbinin ən parlaq simalarından biri oldu. Onun adı tarixdə iman, vəfa, cəsarət və Əhli-beytə sonsuz məhəbbətin simvolu kimi yaşayır.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...