Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Quran Təfsiri 14.08.2026

‘Leylətül-məbit’ ayəsi və onun təfsiri

Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur:وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!” Bu ayə İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman (“besət”in 13-cü və ya 14-cü ili, Rəbiül-əvvəl ayının 1-ci gecəsi) İmam Əlinin (ə) fəziləti ilə əlaqədar nazil olmuşdur. Həmin gün İmam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o Həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” (Gecələmə (hadisəsi) gecəsi) adı ilə məşhurdur. Bu ayənin təfsiri ilə bağlı İslamın məşhur mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. O cümlədən: 1. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan Sələbi öz təfsir kitabında bu ayənin nazil olma səbəbini belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) Mədinəyə hicrəti zamanı Əli ibn Əbi Talibi (ə) camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu. Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə alındığını gördü və Əliyə (ə) onun öz yerində yatmağını göstəriş verib buyurdu: “Mənim yaşılrəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Əli (ə) də Həzrətin göstərişinə əməl etdi. Bu zaman Allah-Taala Cəbrail və Mikailə vəhy etdi ki, mən sizin aranızda qardaşlıq peymanı bağladım və ikinizdən birinizin ömrünü uzatdım. İndi sizin hansı biriniz digərinin uzunömürlü olmasını istəyir? Onların hər biri bunu özü üçün istədikdə, Allah-Taala buyurdu: “Nə üçün siz Əli ibn Əbi Talib kimi deyilsiniz? Mən onunla Muhəmməd arasında qardaşlıq peymanı bağladım. O, Peyğəmbərin yatağında yatdı və onun həyatını öz həyatından üstün bildi. Yerə enin və onu düşmənlərdən qoruyun!” Onlar yerə endilər. Cəbrail, Əlinin başı üstə, Mikail isə ayaq tərəfində durdu. Cəbrail dedi: “Afərin, afərin! Ya Əli, kim sənin kimi ola bilər?! Allah-Taala mələklərin yanında səninlə fəxr edir!”Peyğəmbər (s) Mədinəyə tərəf yola düşdüyü zaman bu ayə nazil oldu: “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” Sələbinin nəql etdiyi bu hədisi təfsilatı ilə Qəzzali “Ehyaul-ülum” (3-cü cild, səh. 237), Gənci “Kifayətut-talib” (səh. 114), İbn Səbbağ Maliki “Əl-füsulul-muhimmə” (səh. 33), Sibt ibn Covzi Hənəfi “Təzkirətul-xəvass” (səh. 21), Şəblənci “Nurul-əbsar” (səh. 82) kitablarında nəql etmişlər. (“Əl-qədir”, c.2, səh.48.) 2. Bu rəvayəti Həskani “Şəvahidut-tənzil” kitabında azacıq fərqlə Hakim Əbu Səid Xudridən nəql etmişdir. (“Şəvahidut-tənzil”, c.1, səh. 196, hədis 133.) 3. Yenə həmin kitabda Abdullah ibn Süleymandan (başqa bir nüsxədə Abdullah ibn Abbasdan) belə nəql olunur: Peyğəmbər (s) mağaraya doğru getdiyi zaman gecə Əlini (ə) öz yatağında yatırtdı, özü isə Əbu Bəkrlə getdi. Qüreyşlilər Əliyə (ə) baxır və elə güman edirdilər ki, Peyğəmbərdir. Sübh açıldıqda gördülər ki, o Əlidir. Ondan “Muhəmməd haradadır?” – deyə soruşduqda dedi: “Mənim xəbərim yoxdur!” Dedilər: “Nahaq təəccüblənmədik ki, sənə tərəf daş atdıqda, o tərəf–bu tərəfə çevrildin, halbuki Muhəmmədə tərəf daş atdıqda, o yerindən tərpənməzdi. “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” – ayəsi bu hadisə ilə bağlı nazil olmuşdur.” (“Şəvahidut-tənzil”, c.1, səh.100.) 4. Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” adlı məşhur kitabında İbn Abbasdan belə nəql edir: “Əli (ə) Allah yolunda öz canını qurban etdi – Peyğəmbərin (s) libasını geyinib, onun yerində yatdı...” Hədisin sonunda isə belə oxuyuruq: “Bu hədis mötəbərdir, hərçənd, onu Buxari və Müslim öz kitablarında nəql etməmişlər!” 5. Yenə həmin kitabda Həkim ibn Cübeyr İmam Zeyənlabidindən (ə) belə nəql edir: “Allahın razılığı yolunda canını fəda edən ilk şəxs Əli ibn Əbi Talibdir.”Sonra yazır: “Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) yerində yatanda, bu şeri zümzümə edirdi: وَقَـيـتُ بِـنَـفـسـي خَيرَ مَن وَطِئَ الحَصىوَمَـن طـافَ بِالبَيتِ العَتيقِ وَبِالحَجَرِمُــحَــمَّدُ لَمّــا خـافَ أَن يَـمـكُـروا بِهِفَـوَقّـاهُ رَبّـي ذو الجَـلالِ مِنَ المَكرِوَبـاتَ رَسـولُ اللَهِ فـي الغـارِ آمِناًهُـنـاكَ وَفـي حِـفـظِ الإِلَهِ وَفـي سِـتـرِوَبِــتُّ أُراعـيـهِـم مَـتـى يَـنـشُـرونَـنـيوَقَد وَطَّنتُ نَفسي عَلى القَتلِ وَالأَسر “Mən Yer üzünə qədəm qoymuş ən fəzilətli insanı, Kəbə evini və Həcərül-əsvədi təvaf edən kəsi canımla qorudum. O, Allahın Rəsulu idi. Düşmənlərin məkr və hiyləsindən qorxsa da, qüdrətli Allah onu müxaliflərin hiyləsindən qorudu. Allahın Rəsulu (s) mağarada əmin-amanlıqda olan zaman mən onları (düşmənləri) gözləyirdim. Onlar mənim Peyğəmbərin (s) yerində yatmağımı güman etmirdilər. Bir halda ki, mən ölüm və əsirliyə hazır idim.” (“Müstədrəküs-səhiheyn”, c.3, səh.4.) İmam Əlinin (ə) iman və fədakarlığını göstərən bu şerə digər kitablarda da təsadüf edilir. 6. Məşhur tarixçi Təbəri Peyğəmbəri-Əkrəmin (s) hicrəti ilə əlaqədar belə yazır: “Əli (ə) Peyğəmbərin (s) yerində yatmışdı, düşmənlər isə pusquda durub Peyğəmbərə (s) hücum çəkməyi gözləyir və onu öz yatağında uzandığını görüb deyirdilər: “And olsun ki, o Muhəmməddir!” Nəhayət, sübh açıldı və Əli (ə) Peyğəmbərin (s) yatağından qalxdı.” (Təbəri bu rəvayəti Peyğəmbərin (s) hicrəti ilə bağlı “Ənfal” surəsinin “(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün sənə qarşı hiylə qurmuşdular. Allah da tədbir tökdü...” ayəsinin (30-cu ayə) təfsirində yazmışdır.) 7. İbn Əsir “Usdul-ğabə” kitabında İmam Əlinin (ə) fəziləti haqda yazır: “Peyğəmbəri-Əkrəm (s) hicrət etmək istədikdə, əmanətləri camaata qaytarmaq üçün Əlini (ə) Məkkədə qoydu və elə həmin gecə Məkkədən mağaraya doğru yola düşdü. Halbuki müşriklər onun evini mühasirəyə almışdılar. O, Əliyə (ə) göstəriş verdi ki, onun yerində yatıb, yorğanını üstünə atsın.” Sonra o, “Leylətül-məbit” əhvalatını və Allah-Taalanın Cəbrail və Mikailə vəhyini nəql edərək yazır: “Peyğəmbər (s) Mədinəyə hərəkət etdiyi zaman Allah-Taala bu ayəni ona nazil etdi: “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!” 8. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl məşhur “Müsnəd” kitabında İbn Abbasdan “(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək, ya öldürmək, ya da (Məkkədən) çıxarıb qovmaq (sürgün etmək) üçün hiylə qurmuşdular. Allah da tədbir gördü. Allah tədbirlilərin ən yaxşısıdır” ayəsinin (“Ənfal”/30) təfsirində belə nəql edir: “Qüreyşlilər Məkkədə bir-birilə məsləhətləşib, bəziləri “Onu öldürün”, bəziləri isə “Onu sürgün edin!” – dedikləri zaman Allah-Taala Peyğəmbəri (s) bu hadisədən xəbərdar etdi. Bu zaman Əli (ə) Peyğəmbərin (s) yatağında yatdı... (və Peyğəmbər (s) Məkkədən çıxdı.)” (“Müsnədi-Əhməd”, c.1, səh.347.) Əhməd ibn Hənbəl bu rəvayəti “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır.” – ayəsinin təfsirində deyil, “Leylətül-məbit” ayəsi ilə əlaqədar nazil olan “Ənfal” surəsinin 30-cu ayəsinin təfsirində nəql etmişdir. “Leylətül-məbit” hadisəsi ilə bağlı rəvayətlər bununla başa çatmır. Digər məşhur mənbələrdə də çoxlu rəvayət nəql olunmuşdur.

Könül oxşayan Hədislər 14.08.2026

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər. Onlara doğru danışmağı və əmanətə riayət etməyi əmr et. Onlara sükut etməyi, özlərinə aid olmayan məsələlərdə mübahisə və çəkişməni tərk etməyi, bir-birlərinə üz tutmağı və bir-birlərini ziyarət etməyi tövsiyə et. Çünki bunlar məni razı salan və mənə yaxınlaşdıran əməllərdir. Onlar bir-birlərini parçalamaqla, bir-birlərinə qarşı düşmənçilik etməklə məşğul olmasınlar. Çünki mən özümə and içmişəm ki, kim belə edər və mənim dostlarımdan birini qəzəbləndirərsə, Allahdan onun dünyada ən şiddətli əzaba düçar edilməsini diləyərəm və axirətdə də ziyana uğrayanlardan olar. Onlara bildir ki, Allah onların yaxşı əməl sahiblərini bağışlamış, pis əməl sahiblərindən də keçmişdir. Lakin Allaha şərik qoşan, mənim dostlarımdan birinə əziyyət edən və ya ona qarşı qəlbində pis niyyət bəsləyən şəxs istisnadır. Həqiqətən, Allah həmin şəxsi bu əməldən əl çəkənə qədər bağışlamaz. Əgər bundan əl çəkərsə, bağışlanar. Əks halda, iman ruhu onun qəlbindən çıxar, mənim vilayətimdən xaric olar və bizim vilayətimizdən heç bir payı qalmaz. Mən belə bir vəziyyətdən Allaha pənah aparıram.”

115 Oxu
İmam Rza (ə) 13.08.2026

İmam Rzanın (ə) həyatı

İmam Rzanın (s) şəhadəti münasibətilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o Həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o Həzrətin vəfat gününün Səfər ayının sonuncu gün olduğunu qeyd etmişdir. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.)İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.İmam Rza (ə) Harunun dövründə183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi.Vəliəhdlik məsələsiİmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o Həzrətin vəliəhdlik məsələsi idi. O Həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında İmam Rzanın (ə) mövqeyi.Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – İmam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində İmam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır.Digər məsələ İmam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o Həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi.Üçüncü məsələ isə budur ki, İmam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər.Əbusəlt Hərəvi də vəliəhdliyin İmam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun İmam Rzanı (ə) vəliəhd seçməklə camaata o Həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”Həqiqət budur ki, camaat hər vaxt İmam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş və onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın.Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o Həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o Həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi yalnız Allah bilir.”Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə İmam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.151-152.)İmam Rzanın (ə) reaksiyasıİmam Rzanın (ə) göstərdiyi ilk reaksiyanı Xorasana gəlməkdən imtina etməsi idi. O Həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, səh.488.)Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o Həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm...”Həmçinin İmam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o Həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirirdi.Nəhayət, Məmun xilafəti İmam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi.Vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, İmam Rzanın (ə) ölümlə hədələnməsi o Həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, o Həzrətin başqa çarəsi qalmamışdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini də əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi.İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun İmam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.223.)Hər halda, İmam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi.O Həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O Həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəni vəzifəyə təyin etməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, səh.148.)İmam Rza (ə) və MəmunBurada Məmunun İmam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi:1. Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi.Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi.İmam Rzanın (ə) elmi şöhrəsi Məmun tərəfindən şəhadətə yetirilməsi üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun İmam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “...Məmun vəliəhdliyi İmam Rzaya (ə) həvalə etməklə camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o Həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq İmam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun İmam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman və qeyri-müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət edirdi. Amma İmamla həmsöhbət olan hər bir müsəlman, yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, İmam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da bu xəbərləri ona çatdırırdı. Beləcə, Məmun İmam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.241.)2. Məmunla İmam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat İmam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər İmam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.227-228.)Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.)Başqa hallarda da İmam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o Həzrət Məmuna buyurmuşdu: “Nə üçün Muhəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?”İmam Rzanın (ə) şəhadətiQeyd etdiklərimizdən aydın olur ki, Məmun İmam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiylə və özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərləndiyini bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki İmam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək İmam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi-İmam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, səh.124-139; “Məsum imamların fikri-siyasi tarixi”, Ustad Rəsul Cəfərian, “İmam Rzanın həyatı” bölməsi.)uraya daxil edin...

125 Oxu
Namaz 12.08.2026

Ayət namazı necə qılınır? - QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq.    Qeyd edək ki, bu cür hadisələrdə, o cümlədən zəlzələ kimi təbii fəlakətlər zamanı ayət namazı qılınmalıdır. Ayət namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır: Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayət namazının vacib olmasına səbəb olmaz. Namazın qılınma qaydası bu cürdür:  1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Allahu səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur. Ayətullah Xameneinin fətvasına əsasən beş hissyə bölünəcək surə "İxlas" surəsi deyil, beş yerə bölünməsi mümkün olan başqa bir surə olmalıdır.  Ayət namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.in...

131 Oxu
Könül oxşayan Hədislər 12.08.2026

Çağdaş dünyamızın bütü

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ، وَ لايَبْقى‏ مِنَ الْايمانِ الّا اسْمُهُ“Bir zaman gələcək ki, insanların qarınları tanrıları, qadınları qiblələri, pulları dinləri və şərəfləri matahları olacaq və imanın adından başqa bir şey qalmayacaqdır.”Soruşdular:يا رَسُولَ اللَّه! ايَعْبُدُونَ الْاصْنامَ“Ey Allahın Rəsulu! (Müsəlmanlar) bütlərəmi pərəstiş edəcəklər?”Həzrət buyurdu:نَعَمْ، كُلُّ دِرْهَمٍ عِنْدَهُمْ صَنَمٌ“Bəli, onların bütü pul olacaq (və bu, onları Allahdan qafil edəcək).” (“Biharul-ənvar”, c.22, səh.453.)axil edin...

109 Oxu
Həzrət Muhəmməd (s) 12.08.2026

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o Həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam Peyğəmbərinin (s) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:   Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞƏMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən   «و انذر عشیرتک الاقربین»  (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər  فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین    (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü hicrətin 3-cü ilində baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

131 Oxu
Məqalə 10.08.2026

Fiqh Terminləri: İctihad və Təqlid

İctihad Nədir?İctihad, Quran və Hədis kimi dini mənbələrdən fiqhi hökmlər (şəriət qanunları) çıxarmaq bacarığıdır. Bu elmi dərəcəyə çatan şəxsə "Müctəhid" deyilir.Təqlid Nədir?Təqlid, dini hökmlərin çıxarılmasında ixtisas sahibi olmayan bir müsəlmanın, dini məsələlərdə (əqaid və üsul-id-din istisna olmaqla) adil və elmli bir Müctəhidə tabe olmasıdır. Şiə fiqhinə görə hər bir mükəlləf şəxs ya özü müctəhid olmalı, ya da təqlid etməlidir.

106 Oxu
Məqalə 10.08.2026

İslamda Əqaid və Tövhid İnancı

Əqaid nədir?Əqaid, İslam dininin əsasını təşkil edən inanc və etiqad sistemidir. Müsəlmanın dininə bağlılığı onun sağlam əqidəsindən başlayır. Əqaid elminin ən vacib bəhsi Tövhiddir (Allahın təkliyi).Tövhid, Allahın həm zatında, həm sifətlərində, həm də feillərində vahid və bənzərsiz olduğuna inanmaqdır. İmam Cəfər Sadiq (ə) buyurur ki, Tövhidin əsası Allahı heç bir yaradılmışa bənzətməməkdir.

Məqalə 10.08.2026

İmam Əli (ə) — Həyatı və Elmi

İmam Əli (ə) kimdir?İmam Əli ibn Əbu Talib (ə) İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) əmisi oğlu, kürəkəni və birinci İmamdır. Onun həyatı bütünlüklə İslamın inkişafı, ədalət və elmin yayılmasına həsr olunmuşdur.Peyğəmbər (s) buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır." Bu hədis İmam Əlinin (ə) elmi dərəcəsinin nə qədər uca olduğunu göstərir. O, eyni zamanda ədalət rəmzi hesab olunur.

Könül oxşayan Hədislər 24.02.2025

Üç əməl möminin nicаtınа sәbәb оlаr

İmam Zeynəlabidin (ə) buyurmuşdur: ثَلَاثٌ مُنْجِيَاتٌ لِلْمُؤْمِنِ كَفُّ لِسَانِهِ عَنِ النَّاسِ وَ اغْتِيَابِهِمْ وَ إِشْغَالُهُ نَفْسَهُ بِمَا يَنْفَعُهُ لآِخِرَتِهِ وَ دُنْيَاهُ وَ طُولُ الْبُكَاءِ عَلَى خَطِيئَتِهِ “Üç əməl möminin nicаtınа sәbәb оlаr: 1. dilini pis sözlәrdәn vә insanların qеybәtindәn qorumаq; 2. dünyаsı vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq; 3. öz xətalаrınа görә çox аğlаmаq. “Tuhәful-uqul”, sәh. 290.

Könül oxşayan Hədislər 24.02.2025

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

İmam Zeynəlabidin (ə) buyurmuşdur: أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ بَنَى اللَّهُ تَعَالَى لَهُ بَيْتاً فِي الْجَنَّةِ مَنْ آوَى الْيَتِيمَ وَ رَحِمَ الضَّعِيفَ وَ أَشْفَقَ عَلَى وَالِدَيْهِ وَ رَفَقَ بِمَمْلُوكِه‏ “Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr: 1. yеtimә sığınacaq vеrәnə; 2. zәiflәrә mәhәbbәt göstərənə; 3. vаlidеyninә ürәk yаndırana; 4. köləsi (tabeçiliyində olan) ilә хоş rәftаr еdənə.”“Vəsailuş-şiə”, 16-cild, səh.338.

Məhərrəm 24.02.2025

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər… O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər…” İmam Həsən Əskəri (ə) buyurmuşdur: عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ‌ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ “Möminin beş əlaməti vardır: 1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək; 3. Səcdədə alını torpağa qoymaq; 4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək; 5. Sağ ələ üzük taxmaq. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİ Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu: السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN OXUNUŞU Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ə`təytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fəl`ən­hum lə`nən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`mi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hət­ta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...