Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Həzrət Muhəmməd (s) 02.01.2025

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞəMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

Həzrət Muhəmməd (s) 02.01.2025

İslamın əziz Peyğəmbərinin (s) besəti

Rəcəb ayının iyirmi yeddisi, islamın əziz peyğəmərin (s) ömründən qırx il ötərkən o həzrət peyğəmbərliyə təyin olundu. O gün islamın böyük bayramlarından hesab olunur. Həzrət Məhəmmədə (s) vəhyin nazil olması ilə Allahın sonuncu peyğəmbəri (s) peyğəmbərliyə təyin olundu. Sonuncu və ən kamil din olan islam dinini bəşəriyyətə ərməğan gətirdi. Be`sət dastanı Uzun illər idi ki, peyğəmbərlərin besətindən keçirdi hər bir qəbilə özünün müxtəlif əqidələrilə yaşayırdılar. Hicaz və Məkkədə o günlər bütlərə pərəstiş edirdilər. Daş, filiz, taxta, Bəzən xurma ağacına pərəstiş edir, körpə qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Qəbilələrin çoxu müharibə halında olub qan tökürdülər. Dünya azğınlıqda batmışdı. Nəhayət, məxluqatın şərəflisi, kainatın rəhbəri, həzrət Məhəmməd (s) ibn Abdullahın doğumundan qırx il keçdi. Allah onu peyğəmbərliyə təyin etdi. Cəbrail (ə) nazil olub ilahi vəhyi xüsusi qayda və mərasimlə o həzrətə çatdırdı. Rəvayətə əsasən: (Muntəhayül-amal 1-ci bölmə 6-cı fəsil səh 72). O Həzrət (s), Hira dağından qayıdırdı. Cəlal və əzəmət nuru onu bürümüşdü. Onun vücuduna tamaşa etməyə heç kəsin gücü çatmırdı. Hər bir ağacın, bitkinin, daşın yanından ötəndə o həzrətə təzim edir, açıq dillə deyirdi – Salam olsun sənə ey Allahın peyğəmbəri, salam olsun sənə ey Allahın Rəsulu!. O Həzrət (s) Xədicənin (ə.s) evinə daxil olanda onun camalından saçan nurun şüası ilə, ev işıqlandı. Xədicə (s.ə) ərz etdi: Ey Məhəmməd! sizdə müşahidə etdiyim bu nur nədir? o Həzrət (s) buyurdu: “Peyğəmbərlik nurudur”. Sonra həzrət Xədicəyə (ə.s) xitab edib buyurdu: De: “La ilahə illəllah, Məhəmmədən rəsulullah” Xədicə ərz etdi: “İllərdir ki, mən sənin peyğəmbərliyini bilirəm” sonra Allah Təalanın birliyinə və onun peyğəmbərliyinə şəhadət verdi. O zaman Həzrət (s) buyurdu: “soyuqluq hiss edirəm, mənim üstümü paltarla ört”. Həzrət (s) üstünə paltarı çəkib yatdı. Allah Təala tərəfindən nida gəldi. “Ey paltarına bürünən, qalx camaatı Allahın əzabından qorxut , Rəbbinin ucalığına təkbir de! (Muddəsir, 1) ” O həzrət qalxdı, mübarək barmağını qulağına qoyub buyurdu: ” Allahu əkbər, Allahu əkbər!” o həzrətin səsi bütün mövcüdata çatdı , hamı ona qoşuldu. (Muntəhayül-amal 1-ci bölmə, 6-cı fəsil səh 73). Peyğəmbər (s) üç məxfi şəkildə camaatı bir Allaha tərəf təvət etdi. Sonra Cəbaril (ə) gəlib ərz etdi: “Allah-taala buyurdu ki, dəvətinə aşkar et!” O həzrət Səfa dağının yuxarısına qalxıb aşkar şəkildə camaatı enzar və dəvət etdi.

Müsəlmanın həyat tərzi 02.01.2025

Sədəqə yalnız maddi olmur, işlərlə də olur

Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: “Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”. Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər? Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: “Kimin buna gücü çatar?”. Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək – sədəqədir. Başqasına yol göstərmək – sədəqədir. Xəstəni ziyarət etmək – sədəqədir. Əmr-be-məruf – sədəqədir. Nəhy-əz-munkər – sədəqədir. Salamın cavabını vermək – sədəqədir”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir”. Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: “Dilini saxla. Çünki bu iş – özünə verdiyin sədəqədir”. İmam Sadiq (ə) sədəqə haqqında buyurur: “Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”. Həzrət Peyğəmbər (s) yenə buyurur: “Pislikdən çəkinmək – sədəqədir”. İmam Sadiq (ə) buyurur: “Kar insana, bir sözü başa salmaq – gözəl bir sədəqədir”. Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.

Həzrət Muhəmməd (s) 01.01.2025

Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır

Muhəmməd (s)peyğəmbəri təhqir edənlərə bu yolla öz etirazımızı bildiririk İsa ibn Məryəm: Məndən sonra adı Əhməd (Muhəmməd peyğəmbərin digər adıdır) olan bir rəsulun gəlişini sizə müjdə verirəm. Quran, Səff sur.6 HZ Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır “Ey Peyğəmbər həqiqətən ,biz səni bir şahid , müjdəçi və qorxudan kimi göndərdik . Və həmçinin Allahın izni ilə Ona tərəf dəvət edən ,aydın və nurlu çıraq (olaraq göndərdik) “(Əhzab 45-46) Allah təala özünün ən ali əsəri olan insanı yaratdı , ona ağıl verərək şərəfləndirdi. Ağılın kənarında ona ixtiyar , azdlıq və seçim hüququ verdi ki, təyin olunmuş hədəfinə doğru öz iradəsi ilə hərəkət etsin. (bax İnsan surəsinin ilk ayələrinə). Allah təala insanın, verilmiş bu imtiyazlarilə müstəqil şəkildə düzgün addımlaya bilməyəcəyini bildiyi üçün ona peyğəmbər göndərdi .Peyğəmbər, ağılı səhv və xətalardan qorumaq üçün koməkçi rulunu oynayır. Amma bəşər elə hesab edir ki , hədəfinə çatmaq üçün peyğəmbərə ehtiyacı yoxdur . O , xoşbəxtliyə çatmaqdan ötrü özü üçün qanunlar qəbul etmiş, idiologiya yaratmışdır .Bəşər tərəfindən yaradılmış idiologiya və qanunlar nəinki onu xoşbəxt edə bilməmiş ,əksinə onu elə bir bədbəxt və qorxunc uçuruma yuvarlamışdır ki , oradan xilas olmaq mümkünsüz görünür. Bügün bəşər butun elmi və texnaloji müvəffəqiyyətlərdən sonra dərdli-dərdli inləyir. Nədən inləyir? Əskikliyi və çatışmazlıqları nədədir? Əskikliyi, insanlıq xüsusiyyətini itirməsinə görə deyilmi? Bü gün bəşər elmi cəhətdən o qədər irəliləmişdir ki, kosmosa səfər edir, lakin, ruh , xasiyyət, təbiət və mahiyyət baxımından o qədər geriləmişdir ki, “əlinə iti qılınc almış bir divanə sərxoş” – dan başqa bir şey deyildir. Bəşərin qurtuluşu peyğəmbərlərin dəvətindədir. İndiki dünyanın bu pak dəvətə olan ehtiyacı əvvəlki əsrlərdən qat-qat çoxdur. Bəşəri , yalnız, Allah təalaya olan iman , onun qoyduğu qanunlar həqiqi xoşbəxt edə bilər. Çünki, bəşəri Allah təala yaradıb və onun təbiətinə , psixiologiyasına uyğun gələn qanunun hansı olduğunu hər kəsdən daha yaxşı bilir. Xaliqinin qanunlarını kənara qoyub başqa qanunların vasitəsilə xoşbəxt olmaq istəyən şəxs, böyük quranşünas Möhsin Qəraətinin ifadəsi ilə desək “əlinə çomaq alıb təyyarəni idarə etmək istəyən çobana bənzəyir”. Bəşərə düzgün istiqamət vermək Allah təalaya zati bir vacib olduğu üçün heç vaxt bəşəri, peyğəmbərlərin dəvətindən məhrum etməmişdir. Allah təala, bütün peyğəmbərlərin dəvətinin ən mükəmməl formasını peyğəmbərlərin sonuncusu olan Hz.Muhəmmədin (s) dəvətində yerləşdirmişdir. Hz. Muhəmməd (s) peyğəmbərin gətirdiyi sonuncu din olan İslam ən mukəmməl və cavan bir din olaraq müasir insanın suallarına və tələblərinə cavab verir. İslamın zühurundan on dörd əsr keçməsinə baxmayaraq dünya elə ilk gündə olduğu qədər ona möhtacdır. Bu ehtiyacların ümumiləşəcəyi gün bəşərin İslamın qoynuna sığınmaqdan başqa yolu qalmayacaqdır. İndiki dünyada , İslam dininin və müsəlmanların əleyhinə olan maddi, mənəvi və hərbi hücumlara baxmayaraq dünya xalqları tərəfindən ən çox qəbul olunan din İslam dinidir. Böyük britaniyalı yazar Bernard Şou (1856-1950) demişkən: “Öncədən görürəm və indidən onun nişanələri görünməkdədir ki, Muhəmmədin(s) imanı sabahkı Avropa tərəfindən qəbul ediləcəkdir və mənim etiqadıma görə əgər onun kimi bir adam yeni dünyaya rəhbər olsa , dünya problemlərinin həllində elə müvəffəqiyyət qazanacaqdır ki, bəşərin arzusu, sülh və səadəti təmin olunacaqdır “. ( Mürtəza Mütəhhəri, Peyğəmbərin davranışlarına bir baxış , səhifə 12) Bütün bunlara baxmayaraq dünyada bütun dinlərə qarşı laqeyidlik yaranmışdır. İslam da öz növbəsində bir növ böhran yaşayır . Əslində İslam dini bu böhranda kilsə səhvlərinin cəriməsini verir. Əgər intibah dövründə kilsə elm, mədəniyyət qarşısında məlum xoşagəlməz və çirkin dirənişi göstərməsəydi (Elm və mədəniyyət xadimlərinin həbs edilməsi ,yandırılması və s.) dinin heysiyyətinə bu qədər zərbə dəyməzdir . Amma, ən azı İsalam tarixini mütaliə etmiş hər bir kəs bilir ki , islam dininin kilsədən fərqi yer ilə göy qədərdir. İslam özü böyük bir mədəniyyətin əsasını qoymuş, özünün şanlı tarixində mədəniyyət ocağları yaratmış, bəşəriyyətə dahilər vermiş, elmə və mədəniyyətə böyük yardım etmişdir. İslamın gördüyü iş, kilsənin gördüyü işin tam ziddinədir. Kilsə nəinki müəyyən mədəniyyət yaratmadı, üstəlik əlinə keçən mədniyyəti də korladı. İslam isə parlaq bir mədəniyyət yaradıb dünyaya təqdim etdi. Təəssüflər olsun ki, müsəlmanlar bunu dəyərləndirə bilmədilər. Görkəmli Misir alimi Şeyx Muhəmməd Əbduhun dediyi kimi : ” Avropa öz dinini buraxdığı gündən irəlilədi, biz isə öz dinimizi buraxdığımız gündən geri qaldıq” (yenə həmin mənbə , səh.14) Hz. Muhəmmədin (s) kamil proqramı və uğuru İslam dini öncə kiçik bir dalğa kimi meydana çıxdı . Hz. Muhəmməd ibn Abdullah (s) daxili aləmi dəyişmiş, qeyb və mələkuti dənizə qovuşaraq, ilahi mərhəmətlə dolmuş bir halda “Hira” dağından enərək, “La ilahə illəllah” deyib nicat tapın – deyə çağırış etməklə bu dalğa başlandı. Dünyanın minlərlə hay-küylü, təntənəli dalğalarının əksinə olaraq ilk günlərdə İslam, yalnız üç nəfər – Muhəmməd (s) , Xədicə(s.ə) və Əli (ə) olan evin dörd divarından çölə çıxmırdı. Az vaxt ərzində bu dalğa Məkkənin digər evlərinə də yayıldı və təqribən on ildən sonra Məkkənin xaricinə, xüsusilə Mədinə şəhərinə çatdı. Az bir müddətdə Ərəbistan yarımadasının başqa nöqtələrinə də yayılan bu hərəkatın dalğaları yarım əsr keçməmiş o dövrki mədəni dünyanın hər yerini bürüdü və səsi bütün qulaqlara çatdı . Bu gün İslam Asiya, Afrika, Avropa, Amerika və dünyanın müxtəlif xalqları arasında ən çox mənsubu olan dindir. İslam çox qısa- yarım əsr ərzində dünyanın hər tərəfinə yayıldı, Xristianlıq isə Hz. İsadan (ə) neçə yüz il sonra müəyyən dərəcədə özünə yer tapdı . İslamın sürətlə genişlənməsi məsələsi, dünyanın mühüm tarixi məsələlərindən biridir. Hətta, məşhur fıransız şairi Lamartin deyr: “üç şeyi nəzərə alsaq heç kim İslam peyğəmbərinə çatmaz. Birincisi, maddi vəsaitin olmaması. Bir şəxs zühur edir, dəvət edir, hal bu ki, heç bir güc və qüdrəti yoxdur. Hətta ən yaxın adamları və qohumları belə onunla düşmənlik edirlər. O tək-tənha zühur edir, heç bir əməkdaşı və köməkçisi yoxdur .Özündən başlayır, həyat yoldaşı ona iman gətirir və evində olan kiçik yaşlı əmisi oğlu Əli(ə). İkincisi, sürətlə irəliləməsi. Üçüncüsü isə hədəfin böyüklüyüdür.” (yenə həmin mənbə səh.159) Hz. Muhəmməd (s)elə bir mühitdə dəvətə başladı ki, bu mühitin insanları son dərəcə cahil, nadan , mədəniyyətsiz, əxlaqsız, xüdpəsənd, millətçi və irqçi idilər. O cəmiyyətdə dövlət yox idi. Qəbilə qanunları, qisas- qanı ancaq qan yuyar pirinsipi, müharibələr, ədalətsizlik hökm sürürdü, qız uşaqlarını diri-diri torpağa göməcək qədər tənəzzül etmiş vəhşi xalq. Ən əsas məsələ isə bundan ibarət idi ki, onların dini Hz. Muhəmmədin (s) gətirdiyi “Tövhid” (təkallahlıq) dini ilə təmami ilə zidd olan bütpərəstlik idi. Hz. Muhəmmdin (s) hədəfi o qədər böyük idi ki, heç kəs onun qədər böyük hədəfə malik ola bilməz. O (s), son dərəcə geridə qalmış bu xalqı dəyişdirməli, elm, mədəniyyət, əxlaq, ədalət, insanlıq və s. gətirməli, bunların hamısından çətin olan qəlblərinə nüfuz edib dinlərini dəyişdirməlidir. Bəli, Hz. Muhəmməd (s) bu cür böyük və son dərəcə çətin olan bir hədəfə qısa müddətdə- 23 il ərzində nail oldu. Bu 23 ildə Həzrətin(s) dəvəti, ilk üç ili gizli şəkildə olmaqla, ümumilikdə 13 il Məkkədə, qalan 10 ili isə Mədinə şəhərində olmuşdur. Məkkə dövrü çox çətin və ağır idi, Mədinə dövrü isə çox səmərəli olmuşdur.Bu 10 il ərzində 83 müharibə baş vermişdir. Amma maraqlı cəhət bundan ibarətdir ki, bu müharibələrin heç birində Hz. Muhəmməd(s) müharibənin səbəbkarı olmamışdır. Həmişə ona(s) hücum olunub, o isə özünü müdafiə etmişdir. Burada belə bir sual yaranır : görəsən nə üçün İslam dini bu qədər sürətlə yayıldı və yayılmaqdadır? Bunun başlca səbəbi o Həzrətin(s) möcüzəsi sayılan Qurani-Kərim və O həzrətin (s) gözəl əxlaqıdır.(İnşaallah bu barədə növbəti məqalə yazılacaqdır) Hacı Samir Ağayev “Ehlibeyt-AkA.com SonUmidTv Media Group”

Həzrət Muhəmməd (s) 01.01.2025

Son peyğəmbərlik – oyanışın başlanğıcı

“Mən gözəl əxlaqı kamilləşdirmək üçün göndərildim” Mütəvatir və məşhur hədisə əsasən, o həzrətin özü buyurub: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər (s) əxlaqi gözəlliklərin və mənəvi dəyərlərin ümumiləşməsi, kamala çatması üçün göndərildi. Bir şəxsin özü ən yüksək əxlaqi səciyyələrə malik olmasa, Allah-Taala ona bu böyük və mühüm tapşırığı verməz. Odur ki, peyğəmbərliyin əvvəllərində Allah-Taala Peyğəmbərə (s) müraciətlə buyurur: “Həqiqətən sən böyük əxlaq sahibisən”. Onun peyğəmbər kimi yetişməsi və Allah-Taalanın öz vəhyinə münasib bildiyi çıxara malik olması peyğəmbərlikdən öncəyə aiddir. Buna görə deyilmişdir ki, gənclikdə ticarətlə məşğul olan və bu yolla çoxlu gəlir əldə edən əziz Peyğəmbər (s) onların hamısını Allah yolunda verdi və yoxsullara payladı. (Vilayet.nur-az) Peyğəmbərin (s) təkamülünün sonlarında, vəhyin nazil olmasından öncə, yəni hələ peyğəmbər olmadığı dövrdə Həra dağına çıxıb ilahi nişanələrə – səmaya, ulduzlara, yerə, müxtəlif hisslərlə və müxtəlif yollarla yer üzərində yaşayan məxluqlara baxırdı. O, bunların hamısında Allahın izini görürdü, Haqq qarşısında kiçilməsi, ilahi əmr, qadağa və ilahi iradə qarşısında təzimi günbəgün çoxalırdı, gözəl əxlaqın tumurcuqları onda günbəgün daha da inkişaf edirdi. Hədisdə göstərilir ki, o ən ağıllı və ən səxavətli insan idi. Peyğəmbər (s) bu dövrdə ilahi nişanələri müşahidə etməklə günbəgün daha da yetkinləşirdi. O nəhayət qırx yaşına çatdı. Qırx yaşında onun qəlbi ən işıqlı, (Allah qarşısında) ən çox kiçilən və ilahi sözü qəbul etmək üçün ən hazırlıqlı qəlb idi. Mənəviyyatın, ruhaniliyin və nuraniliyin bu həddinə və kamilliyin zirvəsinə çatanda Allah-Taala səmanın və qeyb aləmlərinin qapılarını onun üzünə açdı, mənəvi və qeybi aləmlərə gözünü açdı. O, mələkləri görürdü; onunla danışırdılar, onları eşidirdi və nəhayət Cəbrayıl Əmin onun yanına gəlib dedi: “Oxu!” Bu, peyğəmbərliyin başlanğıcı idi. Allahın bu bənzərsiz məxluqu, ilahi vəhyin nazil olmasından öncə belə kamillik mərhələsinə çatmış bu kamil insan peyğəmbərliyinin ilk anından mürəkkəb, hərətərfli və çətin bir cihada başladı və iyirmi üç il çox çətin şəraitdə bu cihadı davam etdirdi; öz daxilində cihadı, həqiqət haqda heç bir dərki olmayan xalqla cihadı və mütləq zülmətə qərq olmuş cəmiyyətlə cihadı. İmam Əli (ə) Nəhcülbəlağədə buyurur ki, fitnələr hər tərəfdən xalqı sıxırdı, dünyagirlik, şəhvətpərəstlik, zülm, təcavüz, insanların daxilində əxlaqi qəbahətlər, güclülərin heç bir şeydən çəkinmədən zəiflərə qarşı təcavüzü baş alıb gedirdi. Bu təcavüz yalnız Məkkədə və Ərəbistan yarımadasında deyildi, o dövrün ən üstün sivilizasiyaları olan böyük Roma imperiyasında və İran şahənşahlığında da mövcud idi. Tarixə baxın; tarixi zülmət bəşərin bütün həyatını bürümüşdü. Bu əzəmətli güclə birgə mübarizə aparmaq, dayanmadan və təsəvvürolunmaz fəaliyyətlər göstərmək peyğəmbərliyin və ilahi vəhyin ilk saatlarından başlandı. İlahi vəhy də həmişə yararlı torpağa verilən təmiz su kimi o həzrətin müqəddəs qəlbinə nazil olur, ona qüvvə bəxş edirdi. Və o bu dünyanı möhtəşəm bir dəyişikliyin başlanğıcına çatdırmaq üçün əlindən gələni etdi və məqsədinə çatdı. İslam ümmətinin ilk bünövrəsi Məkkənin çətin günlərində Peyğəmbərin (s) güclü əlləri ilə quruldu. İslam ümmətinin binası bu bünövrə üzərində dayanmalı idi. İlk möminlər, bu biliyə, bu şücaətə və bu nüraniliyə malik olub Peyğəmbərin (s) sözünün mənasını dərk edən və ona könül verən ilk şəxslər bu bünövrəni təşkil edirdilər. “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər”. Hazırlıqlı ürəklər, onların bu ilahi təlimlərə, ilahi əmrlərə sarı açıq qapıları Peyğəmbərin (s) güclü əlləri ilə düzəldi, zehinlər işıqlandı, iradələr günbəgün daha da möhkəmləndi. Məkkə dövründə azsaylı möminlərin qarşısına çıxan çətinliklər bizim üçün təsəvvüredilməzdir. Bütün dəyərlərin cahiliyyət dəyərləri olduğu, yanlış təəssübkeşliklərin, güclü ədavətlərin, qəddarlığın, rəhmsizliyin, zülmün və ehtirasın bir-birinə qarışıb həyatı ağırlaşdırdığı bir şəraitdə bərk və keçilməz qayalar arasında bu yaşıl ağaclar baş qaldırdı. Əmirəlmömininin (ə) “Səhra ağacları bərk və alovu güclüdür” cümləsinin mənası budur. Qayaların arasından cücərib boy atan bu bitkiləri, ağacları heç bir tufan tərpədə bilmirdi. On üç il ötəndən sonra bu möhkəm təməllər üzərində İslam cəmiyyəti, sivil Peyğəmbər dövləti quruldu. Ayətullah Xamenei

Həzrət Muhəmməd (s) 01.01.2025

Aləmlərə rəhmət:

Ey əziz Allah rəsulu, növbəti bir viladət bayramını qeyd edirik. Sənin gəlişinlə dünyanın münəvvər olduğu günü özümüzə şadlıq və sevinc günü qəbul etmişik və bu əməli şəri hesab etmək üçün dəlillərə və izahlara ehtiyac görməmişik. Öz insani və təbii sevgi hislərimizə arxalanaraq sənə hörmət və məhəbbət əlaməti olaraq bu günü digərlərindən fərqləndirdik və müsəlmanlar üçün mübarək bildik. Hərçənd ki, bu əməlimizin bir çox dəlilləri vardır, amma sənə də qəribə gəldi bu sözlər, elə deyilmi? Axı insani hislərə görə nə dəlil və şəri sübut?! Ey əziz Allah rəsulu, qınama məni və səmimi şəkildə fikirlərimi ifadə etməyim sənə olan itaətimin məhəbbətlə qarışdığına görədir. Sən mənim və əqidə qardaşlarımın inancına görə mütləq itaəti vacib olan ilahi elçi olmaqdan əlavə sevilməli, nümunə qərar verilməli və məhəbbəti qəlblərin dərinliyində yerləşməli olan bir şəxsiyyətsən. Ey əziz Allah rəsulu, qınama məni. Yazıma və sənə olan müraciətimə qəribə sözlərlə başladım. Mövlud gününün bayram olanmasının təbiliyindən danışdım və bəlkə də bu səndə hetrət doğurdu. Amma ey əziz Allah rəsulu, biz çox qəribə bir zamanda yaşayırıq. Bir qrup özünü sənə nisbət verənlər var ki, təbii insani hislərin yaşanması və paylaşılmasını haram hesab edirlər. Necə də yalançı və zülmkar insanlardır. Sənin kimi qəlbi və əməli məhəbbətlə dolu olan bir insana yalan nisbət vermək necə də rəzil bir işdir. Lakin ey əziz Allah rəsulu, bizim zamanəmizdə belələri çoxalmış və yayılmışdır. Dünya əhalisi sənin dinini və uca Allahın bəşəriyyətə nazil etdiyi sonuncu mükəmməl dini o mənfur insanların adı ilə tanıyır. Çox ağır hal və durumdur. Bunu deməklə səni üzmək istəmədim və qəsdim əsla bu deyildi. Neyləyim ey rəsul, dərdimi sənə deməyimmi? Sən bu ümmətin atası deyilsənmi? Məgər müsəlmanların dərdinə dərman olmaq sənin adətin deyildimi? Məgər sən küfr əhlinin imana gəlməsi üçün gecəni gündüzünə qatıb çalışmırdınmı? Ey əziz Allah rəsulu, sən kiçik yaşlarından rəhmət olaraq göndərildiyini başqalarına hiss etdirirdin. Hələ 7 yaşında ikən sən öz dostlarını yığıb İbn Cəzan adlı kasıb bir kişiyə evini tikməkdə kömək etmişdin. Sən hələ elçilik vəzifəsinin icrasına başlamamışdın, amma hər kəs səni “əmin” biri kimi tanıyırdı. Elə-belədən deyildi ki, yaxşı-pis fərq etmədən hər kəs sənə əmanətini tapşırar və qəlb rahatlığı ilə səfərə yollanardı. Kəbə evinin təmiri zamanı müqəddəs qara daşın öz yerinə qoyulması kimi mühüm işdə Məkkə əhli arasında düşən münaqişə, sənə olan etimad sayəsində və sənin məntiqli məsləhətin nəticəsində qan davasına çevrilmədi. Həqiqətən sən rəhmət peyğəmbəri olmağa layiq idin. Uca Allah səni bütün peyğəmbərlərinin dili vəsf etmiş və öncədən sənin gəlişini xəbər vermişdi. Musaya Turi-Sinada gələn nurun Məkkə yaxınlığındaki bir dağda şəfəq saçacağını Allah, İsrail oğullarına bildirmişdi. Hər şeydən agah olan Allah İsanın dili ilə səni “Əhməd” deyə adlandırmışdı. “Əhməd”, “Muhəmməd” və “Mahmud” kimi gözəl ismlər sənə məxsus oldu. Həqiqətən sən uca Allah və Onun bütün mələkləri tərəfindən bəyənilmiş, seçilmiş və sevilən bir rəsul idin. Ey əziz Allah rəsulu, sən böyük əxlaq sahibi idin. Sən möminlərin halına yanırdın və günahkarlara qarşı da anlayışlı və mehriban idin. Amma bizim zamanəmizin mənfurları heç kimin halına acımırlar. Sən uşaqlara qarşı çox şəfqətli idin. Onlarla oynayar, onlara xoş davranar və salamı ilk öncə verməkdə onları qabaqlayardın. Bununla da onların qayğısına olan diqqətin vacibliyini əməli şəkildə sübut etmişdin. Hətta müharibə şəraitində belə küfr əhlinin uşaqlarının, qadınların və qocaların qətlini haram etmişdin və bunun əsla yolverilməz olduğunu bildirmişdin. İnsan və heyvan qalsın bir kənara, sən hətta ağacların belə səbəbsiz yerə kəsilməsini qadağan etmişdin. İnsafı olan hər şəxs sənin rəhmət peyğəmbəri olduğunu görürdü. Amma ey əziz Allah rəsulu, bu bizim muasir mənfurlar müqəddəs “Allahu əkbər” sədası altında müsəlman uşaqlarının başlarını vəhşicəsinə kəsirlər. Nə qadınlara rəhm edirlər, nə də qocalara. Sən kafir əsirlərə əziyyət verməyi haram etmişdin və hətta nə insan, hətta itə belə zülm olunmaz əxlaqını insanlara öyrətmişdin. Amma bu vəhşilər onlarla vuruşmayanları belə tutub öldürürlər. Əsir tutub zülm etməmək əxlaqının anlayışı belə bunlarda yoxdur. Ey əziz Allah rəsulu, sən Məkkəyə qayıtdığın və ətrafındakı minlərlə müsəlmanla birgə öz vətəninə döndüyün zaman necə lütfkar davranmışdın. Səninlə müharibələr etmiş, Həmzə və bu kimi bir çox əzizlərinin ölümünə səbəb olmuş o Məkkənin əyanları və onlara köməklik etmiş o Məkkə camaatından qisas almağa haqqın çatdığı halda onları bir göz qırpımında bağışladın və rəhmət peyğəmbəri olduğunu göstərdin. Zatən uca Allah səni Öz kitabında “kərim” biri kimi tanıtmışdı (Təkvir surəsi 19). Sən camaatla namaz qıldığın zaman bir körpənin ağlamaq səsini eşidib namazını sürətləndirmiş və tez bitirmişdin. Çünki o körpənin anası ilə birgə məscidə gəldiyini və onun ağlamağının anasını namaz zamanı narahat etdiyini sən dərk etmişdin. Bununla da insanların narahatçılığı ilə ilahi itaətin bir yerə sığmadığını əyani surətdə nümayiş etdirmişdin. Pulunu itirmiş bir qız uşağını görüb öz pulunu ona verən və incitməsinlər deyə ona qoşulub valideynlərinin yanına gedən mülayim və yumşaq qəlbli rəhmət peyğəmbəri idin sən, ey bizim mövlamız. Ey əziz Allah rəsulu və rəhmət peyğəmbəri, viladət günün mübarək olsun.

Həzrət Muhəmməd (s) 01.01.2025

İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI

NƏBİYYİ ƏZƏM MUHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) Şərif ləqəbi: Mustəfa. Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa. Atası: Əbdüllah Anası: Amənə binti Vəhəb. Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı. Doğulduğu yer: Məkkeyi Müəzzəmə. Doğulduğu il: Fil ili (amül-fil) Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı. Vəfat etdiyi il: Hicrətin11-ci ili. Ömrü: 63 il. Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər. Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). Oğlanları: 1. Qasim (Tahir). 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir. 3. İbrahim (anası Mariyədir). Qızları: 1. Zeynəb. 2. Rüqəyyə. 3. Ümmü Gülsüm. 4. Fatimə (salamullahi əleyha). Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah). Peyğəmbərin (s) doğum ili dəqiq mə’lum deyildir. İbni Hişаmın və bаşqаlаrının yаzdığınа görə o, Аmul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni virаn etməyə gələn ildə аnаdаn olmuşdur. O hаdisəni öz gözləri ilə görənlərə əgər bu tаrix аydın olsа dа belə, bаşqаlаrı üçün mə’lum deyildir, çünki hələ də o hаdisənin hаnsı ildə bаş verməsi müəyyən edilməmişdir. Tаrixçilər Peyğəmbərin vəfаtını 632-ci milаdi ilinə аid edirlər. Peyğəmbər dünyаdаn köçəndə 63 yаşı vаrmış, deməli onun аnаdаn olmа tаrixi 569-570-ci illərə təsаdüf edir. Tаrixçilər onun həyаtı bаrəsində müxtəlif hekаyələr nəql etmişlər. Аncаq mö’təbər sənədlərə istinаd etməklə tаrixi həqiqəti dаstаn və hekаyələrdən аyırmаq olаr. O illərin hаdisələrini аydınlаşdırа biləcək yegаnə sənəd Qur’аni-kərim və Peyğəmbərin sünnəsidir. Lаkin Qur’аni-kərimdə o hаdisələrə çox qısаcа işаrə edilmişdir. Bu kiçik işаrələrə və tаrixçilərin verdiyi mə’lumаtа istinаd edərək demək olаr ki, Həzrət Məhəmməd (s) uşаqlıqdаn yetim qаlmışdır. Аtаsı Аbdullаh bəni Zöhrə tаyfаsının bаşçısı Vəhəbin qızı Аminə ilə аilə həyаtı qurduqdаn bir neçə аy sonrа, ticаrət səfərlərinin birində, Şаmdаn geri dönərkən Yəsrib şəhərində vəfаt etmişdir. Bə’zi tаrixçilər isə onun, Həzrətin (s) dünyаyа gəlişindən bir neçə аy sonrа vəfаt etdiyini yаzmışlаr. Həzrət Peyğəmbər (s) hələ körpə ikən (südəmər vаxtı) bəni Sə’d qəbiləsindən olаn Həlimə аdlı qаdının yаnındа olаn zаmаn аnаsı dünyаdаn köçmüş və bаbаsı Əbdül Müttəlib onun himаyəsini öz üzərinə götürmüşdür. Səkkiz yаşındа isə Əbdül Müttəlib dünyаdаn köçür və ondаn sonrа əmisi Əbu Tаlibin qəyyumluğu аltınа düşür. Tаrixçilərin yаzdığınа görə həzrəti Peyğəmbər (s) hələ uşаq ikən əmisinin Şаmа etdiyi ticаrət səfərlərinin birində onunlа getmişdi. Yoldа Busrа аdlаnаn yerdə Bəhirа аdlı xristiаn keşişi ilə rаstlаşmış və keşiş ondа peyğəmbərliyin əlаmətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tаpşırmış, xüsusilə bu uşаğı onunlа düşmən olаn yəhudilərdən qorumаğı tövsiyə etmişdi. Deyilənlərə görə kаrvаnlа gələnlər Bəhirаnın ətrаfındаn dаğıldıqdаn sonrа o, Həzrəti sаxlаmış və onu Lаt və Uzzаyа (büt аdlаrıdır) аnd verərək bir neçə suаlınа cаvаb verməyi istəmişdi. Həzrət (s) cаvаbındа demişdi ki, məni Lаt və Uzzаyа аnd vermə, çünki dünyаdа ən xoşumа gəlməyən şey bu iki bütdür. Bəhirа sonrа onu Аllаhа аnd vermişdi.

Namaz Vaxtı 01.01.2025

Bakı və Abşeron üfüqü ilə Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli

Bakı və Abşeron üfüqü ilə Oktyabr ayı üçün gündəlik namazların azan cədvəli İmsak vaxtı Sübh azanı Günəş çıxır Günorta azanı Axşam azanı Gecəyarı 01 05:01 05:16 06:36 12:30 18:38 23:50 02 05:02 05:17 06:37 12:30 18:36 23:50 03 05:03 05:18 06:38 12:29 18:34 23:50 04 05:04 05:19 06:39 12:29 18:33 23:50 05 05:05 05:20 06:40 12:29 18:31 23:49 06 05:06 05:21 06:41 12:29 18:30 23:49 07 05:07 05:22 06:42 12:28 18:26 23:49 08 05:08 05:23 06:43 12:28 18:26 23:48 09 05:10 05:25 06:44 12:28 18:25 23:48 10 05:11 05:26 06:45 12:27 18:23 23:48 11 05:12 05:27 06:47 12:27 18:22 23:48 12 05:13 05:28 06:48 12:27 18:20 23:47 13 05:14 05:29 06:49 12:27 18:19 23:47 14 05:15 05:30 06:50 12:26 18:17 23:47 15 05:16 05:31 06:51 12:26 18:16 23:47 16 05:17 05:32 06:52 12:26 18:14 23:46 17 05:18 05:33 06:53 12:26 18:13 23:46 18 05:19 05:34 06:54 12:26 18:11 23:46 19 05:20 05:35 06:55 12:25 18:10 23:46 20 05:21 05:36 06:56 12:25 18:08 23:45 21 05:22 05:37 06:57 12:25 18:07 23:45 22 05:23 05:38 06:58 12:25 18:06 23:45 23 05:24 05:39 06:59 12:25 18:04 23:45 24 05:25 05:40 07:01 12:25 18:03 23:45 25 05:26 05:41 07:02 12:24 18:02 23:44 26 05:27 05:42 07:03 12:24 18:01 23:44 27 05:28 05:43 07:04 12:24 17:59 23:44 28 05:29 05:44 07:05 12:24 17:58 23:44 29 05:30 05:45 07:06 12:24 17:56 23:44 30 05:31 05:46 07:07 12:24 17:55 23:44 31 05:32 05:47 07:08 12:24 17:54 23:44  

MÜQƏDDƏS AYLAR (İslam ayları) 01.01.2025

Rəbiül-əvvəl ayının əməlləri

1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır. Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur. 9-cu gün: Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yosxullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir. 12-ci gün: Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir. 17-ci gün: Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.

Həzrət Muhəmməd (s) 01.01.2025

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

İmam Rza (ə) 01.01.2025

İmam Rzanın (ə) şəhadət günüdür

30 səfər – İmam Rzanın (ə) şəhadət günüdür İmam Rzanın (s) şəhadəti münasibətilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o Həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o Həzrətin vəfat gününün Səfər ayının sonuncu gün olduğunu qeyd etmişdir. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.) İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir. İmam Rza (ə) Harunun dövründə 183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi. Vəliəhdlik məsələsi İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o Həzrətin vəliəhdlik məsələsi idi. O Həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında İmam Rzanın (ə) mövqeyi. Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – İmam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində İmam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır. Digər məsələ İmam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o Həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi. Üçüncü məsələ isə budur ki, İmam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər. Əbusəlt Hərəvi də vəliəhdliyin İmam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun İmam Rzanı (ə) vəliəhd seçməklə camaata o Həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.” Həqiqət budur ki, camaat hər vaxt İmam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş və onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın. Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o Həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o Həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi yalnız Allah bilir.” Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə İmam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.151-152.) İmam Rzanın (ə) reaksiyası İmam Rzanın (ə) göstərdiyi ilk reaksiyanı Xorasana gəlməkdən imtina etməsi idi. O Həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, səh.488.) Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o Həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm…” Həmçinin İmam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o Həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirirdi. Nəhayət, Məmun xilafəti İmam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi. Vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, İmam Rzanın (ə) ölümlə hədələnməsi o Həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, o Həzrətin başqa çarəsi qalmamışdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini də əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi. İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun İmam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.223.) Hər halda, İmam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi. O Həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O Həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəni vəzifəyə təyin etməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, səh.148.) İmam Rza (ə) və Məmun Burada Məmunun İmam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi: 1. Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi. Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi. İmam Rzanın (ə) elmi şöhrəsi Məmun tərəfindən şəhadətə yetirilməsi üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun İmam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “…Məmun vəliəhdliyi İmam Rzaya (ə) həvalə etməklə camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o Həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq İmam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun İmam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman və qeyri-müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət edirdi. Amma İmamla həmsöhbət olan hər bir müsəlman, yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, İmam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da bu xəbərləri ona çatdırırdı. Beləcə, Məmun İmam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.241.) 2. Məmunla İmam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat İmam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər İmam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.227-228.) Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.) Başqa hallarda da İmam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o Həzrət Məmuna buyurmuşdu: “Nə üçün Muhəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?” İmam Rzanın (ə) şəhadəti Qeyd etdiklərimizdən aydın olur ki, Məmun İmam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiylə və özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərləndiyini bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki İmam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək İmam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi-İmam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, səh.124-139; “Məsum imamların fikri-siyasi tarixi”, Ustad Rəsul Cəfərian, “İmam Rzanın həyatı” bölməsi.)

İmam Həsən (ə) 01.01.2025

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1 İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. Məzlumların köməkçisi İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar. İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi. Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»1 İbrətamiz incəlik İmam Həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi. Elm və fəzilət ailəsi Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər. Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?[1] ” Misilsiz bəxşiş İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»[2] 1 Mənaqibi-Ali-Əbutalib (İbn Şəhr Aşub) c.4, səh.28; İrşadi-Şeyx Müfid, səh.187. 1 Tarixül-xüləfa (Süyuti), səh.189. [1] Biharül-ənvar, c.43, səh.333. [2] Tarixül xüləfa. səh.190; Tarixi-Yə’qubi, c.2, səh.215; Təzkirətül-xəvas səh.196.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...